Qaliblər mükafatlandırıldı

Kafkas İlköğretim okulunda Azernet, Everbest, Aloo Beynəlxalq şirkətlərinin və  Estet Məhdud Məsuliyyətli Cəmiyyətinin himayədarlığı ilə Azərbaycan-Türkiyə Özəl Liseyləri şagirdlərinin ən müxtəlif kompyuter proqramlarında hazırladıqları layihələri nümayiş etdirilib. Tədbiri Kafkas İlköğretim okulunun müdiri İlhami Atmaca açıq elan edərək şagirdlərə uğurlar diləyib.Sonra məktəblilərin hazırladıqları layihələrə mütəxəssislər və qonaqlar tərəfindən baxış keçirilib. Biri- birindən daha rəngarəng hazırlanmış layihələr hamıda maraq doğurub. Qonaqlar arasında Azərbaycan Milli Elmlər Akademiyası İnstitunun və Koreya Milli Araşdırmalar Fondunun məsləhətçisi Con Cesanq, Azernet şirkətinin rəhbəri Anar Novruzov, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin Tədris İşləri üzrə rəis müavini Murat Topçu və başqaları iştirak edib. Daha sonra Kafkas İlköğretim okulunun konfrans zalında mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə məktəblilərin kompyuter proqramlarında hazırladıqları layihələrdə ötən 3 ildə əldə etdikləri nailiyyətlərdən bəhs edən qısa metrajlı film nümayiş olunub. Münsiflər heyətinin qərarına əsasən Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Hüseyn Əliyev  Computer ART, Kənan Məmmədov, Nizami Eminov Digital Content, Sərxan İbayev Programming, Rəşid Qaziyev Mənə Dərs Anlat və “Dədə Qorqud” Özəl  Türk Liseyinin şagirdi Emil Əhmədov Poster proqram layihələrində 1-ci yerlərə layiq görülüblər. “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Səbinə Əliyeva və Gözəl Məmmədova Computer ART  “Save OUR WOLD”, “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdləri Sənan Sadıqoğlu Digital Content Azərbaycan dili və qadir olduğu potensiyalı,Emil Kərimov Poster, Bakı Özəl Türk Liseyinin şagirdləri Azad Salahlı və Elşən Hacıyev Programming kitabxana proqramı, Ağdaş Özəl Türk Liseyinin şagirdi Firudin Davudzadə Mənə Dərs Anlat Kompyuter virusları proqram layihələrində 2-ci yerlərə və Sumqayıt Özəl Türk Liseyinin şagirdləri İskəndər Məsiyev Computer ART, Röyal Hümbətli və Təbriz Hacıyev Poster, “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdləri Yaqub Şükürov və Əhməd Həsənov Digital Content “Ekoloji problemlər və qlobal istiləşmə “, Quba Özəl Türk Liseyinin şagirdi Cahandar Musayev Programming və “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdi Leyla Cəfərli Mənə Dərs Anlat “Adobe C53 ilə İphone” proqram layihələrində 3-cü yerləri tutublar. Mükafatları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin İdarəetmə İşləri üzrə rəis müavini Ayhan Sipahi, Kafkas İlköğretim okulunun müdiri İlhami Atmaca və Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan təqdim ediblər.         

Sonra  Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin İdarəetmə İşləri üzrə rəis müavini Ayhan Sipahi və Bilgisayar üzrə müdiri Orhan Karslı çıxış edərək qalib şagirdləri qazandıqları uğurları münasibəti ilə təbrik ediblər. Şagirdlərə yeni-yeni nailiyyətlər arzulayıblar. www.cag.az
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF