Qaliblər mükafatlandırıldılar

Tədbirdə “Qafqaz”ın rektoru prof. dr. Əhməd Saniç şagirdləri qazandıqları nailiyyət münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, əməkdar müəllim Vidadi Bağırov “Qafqaz”la rəhbərlik etdiyi şöbə arasındakı sıx əməkdaşlıqdan söz açıb və bildirib ki, artıq bu əməkdaşlıq ənənə şəklini alıb
Qafqaz Universitetinin böyük akt zalında 2010/2011-ci tədris ilinin respublika fənn olimpiadalarının şəhər turunun (Sumqayıt şəhəri üzrə) bağlanış mərasimi keçirilib. Tədbirdə “Qafqaz”ın rektoru prof. dr. Əhməd Saniç şagirdləri qazandıqları nailiyyət münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, əməkdar müəllim Vidadi Bağırov “Qafqaz”la rəhbərlik etdiyi şöbə arasındakı sıx əməkdaşlıqdan söz açıb və bildirib ki, artıq bu əməkdaşlıq ənənə şəklini alıb. Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov öz çıxışında isə ölkə, həmçinin şəhər rəhbərliyinin gənclərə göstərdiyi qayğıdan danışıb. O belə tədbirlərdə “Qafqaz”ın onlara həmişə yardımçı olduğunu deyib. Təhsil Şöbəsinin metodmərkəzinin direktoru, fənn olimpiadalarının təşkilat komitəsinin katibi,  əməkdar müəllim Sabir Məmmədov ötən illərdə keçirilmiş bilik yarışlarının ətraflı statistik məlumatını verib. Tədbirin sonunda fənn olimpiadalarının şəhər mərhələsindən respublika turuna vəsiqə qazanmış sumqayıtlı məktəblilərə Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Təhsil Şöbəsinin və Qafqaz Universitetinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.
Ceyhun Məmmədov Sumqayıt
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF