Tovuz Rayon İcra Hakimiyyətində görüş

Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Tovuz Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Bəhruzər Rüstəmovla görüşüb. Görüş zamanı K. Güzel B. Rüstəmova liseyin fəaliyyəti, nailiyyərləri barədə ətraflı məlumat verib. Şagirdlərinin Beynəlxalq Fənn Olimpiadalarından medallarla ölkəmizə qayıtmalarından və məzunlarının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamalarından eləcə də respublikamızın və dünyanın bir sıra aparıcı universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Ötən il TQDK-nin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında II qrup üzrə 695 bal toplamış Gəncə ATÖL-nin məzunu Elvin Məmmədlinin məhz Tovuz rayon sakini olduğunu bildirib. 

Tovuz rayon İH-nin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri B. Rüstəmov Azərbaycan-Türkiyə Özəl Liseylərinin respublikamızda fəaliyyətə başladığı vaxtdan Azərbaycan təhsilinin inkişafında xüsusi rolu olduğunu bildirib. Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin təhsildə əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu və bunun da ölkələrimiz arasında dostluq və qardaşlığın bariz nümunəsi kimi qiymətləndirdiyini deyib. Gəncə ATÖL-nə təhsildə yeni-yeni uğurlar diləyib.
www.cag.edu.az

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır