26 Mart 2011 Cumartesi

ATƏT nümayəndələri Quba Özəl Türk Liseyində

Görüşdə çıxış edən Marko Kubni cəmiyyət dəstəkli polis layihəsi çərçivəsində məktəb-polis əməkdaşlığının əhəmiyyətindən ətraflı söhbət açıb. Bu layihənin bir neçə ölkədə keçirildiyini, məktəblilərin hüquqi maariflənmə baxımından uğurlu olduğunu qeyd edib. Sonra ATƏT nümayəndələri şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin nümayəndələri Marko Kubni, Serbiyadakı Baş polis müşaviri cəmiyyət dəstəkli polis layihəsinin rəhbəri Eduard Kabina, Vyanadakı strateji polis məsələləri üzrə müşaviri Torften Studek, şimal bölgə üzrə nümayəndəsi Halil Avcılar eləcə də Daxili İşlər Nazirliyinin Quba rayon polis idarəsinin əməkdaşları Quba Özəl Türk Liseyində müəllim və şagirdlərlə görüş keçiriblər. Əvvəlcə qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu qonaqlara liseyin fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. ATƏT nümayəndələri liseydə şagirdlər üçün təşkil edilmiş şəraitdən şagirdlərin nizam-intizamından məmnun olduqlarını bildiriblər.   

 

  www.cag.edu.az

Bakı Özəl Türk Liseyinin Şagirdləri Azersun şirkətini ziyarət ediblər


Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver və liseyin 8E sinif şagirdləri  Azersun şirkətinin Yağ emalı zavodunda olublar. Şagirdlər zavodda istehsal olunan yağların emal qaydası və iş prosesi ilə tanış olublar. Qonaqlara Azərsunun digər zavodları barədə də məlumat verilib. Sonra şirkətin direktoru Məhəmməd Umudovla görüşüblər. Görüş zamanı Bakı ÖTL-nin müdiri H. Ünver liseyin fəaliyyəti, təhsildə əldə etdikləri uğurları və yenilikləri barədə ətraflı məlumat verib. Respublika və Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri  tutmalarından, məzunlarının dünyanın bir çox tanınmış universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Məhəmməd Umudov “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərinin təhsildə qazandıqları nailiyyətlərdən məmnun olduğunu bildirib. Bakı Özəl Türk Liseyinin kollektivinə yeni-yeni uğurlar arzulayıb.


  www.cag.edu.az

Çanaqqala Zəfəri coşquyla qeyd edildi

Dünya hərb tarixində öz əzəməti, dəst xətti ilə tanınan Çanaqqala Zəfəri indi təkcə Türkiyədə deyil, həmçinin canı canından, qanı qanından olan Azərbaycan və bir çox Türk dövlətlərində də anılır. Məhz bu münasibətlə Sumqayıt Dövlət Universitetində keçirilmiş tədbir iştirakçılarını riqqətə gətirdi. Qeyd edildi ki, Türk əyilməzdir. Vətən, torpaq, bayraq müqəddəsdir. Dünyaya sübut etdi ki, Türk insanının vətənə bağlılığı, sevgisi, bir millət kimi ayaqda dura biləcək qeyrəti əbədidir, sarsılmazdır.
Tədbir Azərbaycan və Türkiyə Cumhuriyyətinin Dövlət Himni və İstiqlal marşının səsləndirilməsi ilə başlayıb. Sonra Çanaqqala şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan çıxış edərək bildirib ki, təpədən dırnağadək o dövrün ən müasir silahları ilə silahlanmış İngilis-Fransız hərbi dəniz qüvvələrinə qarşı rəşadətlə sinə gərmiş Türk əsgərlərinin qəhramanlığından, düşmənlərin məkrli niyyətlərindən əl çəkməmələrindən ətraflı danışıb. Bu döyüşdə 3000 qədər könüllü azərbaycanlı əsgərlərin türk əsgərləri ilə çiyin çiyinə vuruşduqları və Türkiyəni ana vətən bilərək orada şəhid olduqlarını, o dövrdə Türkiyə tərəfinə maddi və mənəvi dəstəyin göstərildiyini qeyd edib və Türkiyə-Azərbaycan dostluğu-qardaşlığı sarsılmaz olduğunu vurğulayıb.
 Sonra universitetin tələbələri Mustafa Kabay, “Çanaqqala türküsü”nü, Ayhan Kaplan M.A.Ersoyun “Çanakkale Geçilmez” şeirini, Abdullah Uçar Atatürkün “Gəncliyə Xitab”ını, Günel Mustafayeva “Şəhidim”, “Yıkılmadı Şehidim” şeirlərini söyləyiblər və xorla “Eftelya” türküsünü oxuyublar.


  www.cag.edu.az 

20 Mart 2011 Pazar

Novruz Bayramınız Mübarek!

Qafqaz universitetinde 11- ci sinif şagirdlərinə seminar

  
Qafqaz universitetinin psixoloğu Hüseyin Xəlilov ve Prorektor Tayyar Mustafayevin Bakı şəhəri Sabınçı rayonu arazisinde yerleşen Araz Hazırlıq kursunun 11- ci sinif şagirdlərinə 05.03.2011 -ci ildə keçirdiyi seminar.

18 Mart 2011 Cuma

Qafqaz Universiteti Novruz şənliyi keçirib


Qafqaz Universitetinin mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədi gecə keçirildi . Tədbirdə çıxış edən Qafqaz Universitetinin  mühəndislik fakultəsinin dekanı  professor Həmzağa Orucov Novruz bayramı  dərin  tarixiə malik olan  təkcə  təkamül rəmzi deyil, həmdə təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir . Novruz bayramında şiriniyyat növləri (qoğal,külçə,paxlava,şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,  tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Mühəndislik fakultəsinin dekanı  professor Həmzağa Orucovun  çıxışından sonra   2010- 2011 ci tədris ilində Respublikamızda keçirilən idman yarışlarında universiteti  təmsil edən  tələbələrə Abşeron şəhəri Gənclər və İdman idarəsinin rəisi    Əsgər  Əmirəliyev  tərəfindən  hədiyyələr təqdim edildi.Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət  Xor kollektivi “Bayram olsun “,Rəqs kollektivi “Arşın mal alan “qızlardan ibarət kollektiv “Bağlamalar “,”Kosa və Keçəl” səhnəcikləri göstərildi.Xonça yarışması musabiqəsi keçirildi.
 

Dr. Enver Özeren 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

Dr. Enver Özeren

Çağ Öğretim İşletmeleri
Yönetim Kurulu Başkanı


Dr. Enver Özeren 9. Türkçe Olimpiyatı Azerbaycan... by qafqazlife

Bu Qala Daşlı Qala 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Bu Qala Daşlı Qala
Erhan Güleryüz

Bu qala daşlı qala 9. Türkçe Olimpiyatı... by qafqazlife

Aç Sineni Ummanlar Gibi Olsun 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Aç Sineni Ummanlar Gibi Olsun
Ertuğrul Erkişi

Aç Sineni Ummanlar Gibi Olsun 9... by qafqazlife

Aziz Dost 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Aziz Dost
Gökmen

Aziz Dost 9. Türkçe Olimpiyatı Azerbaycan Baku... by qafqazlife

Özel Beceriler 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Polat Alemdar ve TabutçuÖzel Beceriler


Polat Alemdar ve Tabutçu by qafqazlife

Yiğitler Raksı 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Qafqaz Üniversitesi Halk Oyunları Ekibi
Yiğitler Raksı

Bakı şəhər orta ümumtəhsil məktəblərinin rəhbərləri liseydə

Novruz bayramının gəlişi münasibəti ilə bir qrup Bakı şəhər orta ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər Bakı Özəl Türk Liseyinin qonağı olublar. Əvvəlcə qonaqlara bayram ziyafəti verilib. Sonra qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, idman məşq otaqları və şagirdlərin sosial şəraiti ilə yaxından tanış olublar. Bakı ÖTL-nin müdiri Hayrettin Ünver qonaqlara liseyin fəaliyyəti, əldə etdikləri uğurları barədə ətraflı məlumat verib. Liseyi ziyarət edən tədris müəssisəsi rəhbərləri liseydə şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiriblər. Daha sonra liseyin iclas zalında bayram şənliyi keçirilib. Bayram şənliyində iştirak edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib. Sonra qonaqlara “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərinin Azərbaycanda fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından, məzunlarının dünyanın bir çox tanınmış universitetlərində təhsillərini davam etdirmələrindən geniş söhbət açıb.  Daha sonra Bakı Özəl Türk və “Tərəqqi” Liseylərinin şagirdləri, IX Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan finalının qalibi Hidayət Cahangiroğlu, Elitar Gimnaziyasının “Asiman” rəqs ansamblı rəngarəng mahnılarla rəqslərlə şənlik iştirakçılarına xoş anlar yaşadıb.    

www.cag.edu.az

Novruz tədris müəssisələrimizdə təntənə ilə qeyd edilir

İlimizin təqvimində bayramlar çoxdur. Hər birinin də öz yeri öz mənası var. Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün təşkil ediblər. Lakin bu bayramlar sırasında elələri də var ki, bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır. Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar.
Respublikamızın hər yerində olduğu kimi “Çağ”Öyrətim İşlətmələri şirkətinin bütün tədris müəssisələrində “Qafqaz” Universitetində, ”Araz” Kurslarında, eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərində də Novruzu böyük coşqu ilə, nəğməilə sevinclə qarşılayıblar. Novruzla bağlı keçirilən şənliklərdə çıxış edənlər bildiriblər ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir.
   Bununla əlaqədar olaraq martın 16-da “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında geniş bayram şənliyi keçirilib. Bayram şənliyini “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş açıq elan edərək şənlikdə iştirak edənləri Novruz bayramı münasibəti ilə təbrik edib. Gimnaziyanın şagirdləri Novruza aid şeirlər söyləyiblər nəğmələr oxuyublar, Keçəllə Kosanın məzəli deyimlərinə oyunlarına tamaşa ediblər. “Qafqaz” Universitetinin rəqs ansamblı da öz maraqlı çıxışı ilə iştirakçıları feyziyab edib. Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Novruz bayramı münasibəti ilə şənlik iştirakçılarını təbrik ediblər. Muğənnilərdən Elton Hüseynəliyev və Xatun xanım rəngarəng mahnıları ilə şənlik iştirakçılarına xoş anlar yaşadıblar. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz  muğənnilərə xatirə hədiyyəsi təqdim edib. Sonra şənlik iştirakçıları Novruz tonqalı yandıraraq ətrafinda Novruzun gəlişi ilə əlaqədar nəğmələr oxuyublar.   

 
 

www.cag.edu.az
 

Rusiyanın Volijskiy Şəhər Azərbaycan Diasporunun sədri liseyin qonağı olub

Martın 14-də Rusiya Federasiyası Volqoqrad vilayəti, Voljiskiy şəhər Azərbaycan Diasporunun sədri İbrahim Rzayev və Diasporun Baş məsləhətçisi Mərziyə xanım Hüseynova Sumqayıt Özəl Türk Liseyinin qonağı olublar. Sumqayıt ÖTL-nin müdiri Ahmet Çamalan qonaqlara liseyin fəaliyyəti, qazandıqları nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və bu tədris ilini də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildirib. Qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası və şagirdlərin sosial şəraiti ilə yaxından tanış olublar. Burada məktəblilər üçün təşkil olunmuş şəraitdən, şagirdlərin nizam- intizamından və gördükləri yeniliklərdən qürur hissi keçirdiklərini bildiriblər. Diaspora adından Sumqayıt Özəl Türk Liseyinin müdirinə təşəkkür məktubunu təqdim ediblər. Liseyin kollektivinə təhsildə uğurlar arzulayıblar. 
www.cag.edu.az

Azərbaycan Prezidentinin mükafatlandırdığı ziyalılarla liseydə görüş

Martın 11-də Ağdaş Özəl Türk Liseyində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  tərəfindən Ağdaş rayonunun sosial iqtisadi və mədəni həyatında xidmətlərinə görə fəxri ad və medallarla təltif  edilmiş bir qrup ziyalılarla görüş keçirilib. Görüşdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının ictimai təşkilatlarla iş şöbəsinin müdiri Azər Mehdiyev, rayon Təhsil şöbəsinin müdiri Lütvi Paşayev, orta ümumtəhsil məktəblərinin rəhbərləri və müxtəlif sahələrdə çalışan iş adamları iştirak ediblər. Görüş zamanı Ağdaş ÖTL-nin müdiri Ramazan Tomay liseyin fəaliyyətə başladığı dövrdən qazandıqları nailiyyətləri və əldə etdiklər uğurları barədə ətraflı məlumat verib. “Çağ” Öyrətim İşlətmələri şirkətinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Sonra tədbir iştirakçıları liseyinin sinif otaqları, laboratoriyaları, kitabxanası, idman zalı və sosial şəraiti ilə yaxından tanış olublar. Qonaqlaqlar burada şagirdlər üçün hazırlanmış şəraitdən məktəblilərin nizam-intizamından, məmnun qaldıqlarını bildiriblər. Görüşdə çıxış edən R. Tomay fəxri ad və medallarla təltif  edilmiş ziyalıları Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində yüksək mükafata layiq görülməsi münasibəti ilə  təbrik edib və onlara çalışdıqları sahələrdə uğurlar diləyib. Görüşdə çıxış edən natiqlər Azərbaycan prezidenti İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər və bundan sonrakı fəaliyyətlərində daha yüksək ruhla çalışacaqlarını söyləyiblər.
Sonra Liseyin özfəaliyyət ansamblı görüş iştirakçılarına rənga-rəng musiqiləri ilə xoş anlar yaşadıb. Şagirdlər şeirlər səsləndiriblər. Daha sonra Azərbaycan prezidentinin mükafatlandırdığı ziyalıların şərəfinə ziyafət verilib və liseyin xüsusi hədiyyələri, gül çiçək dəsdələri təqdim edilib.

 
 
 

  www.cag.edu.az

Şagirdlər kimya fənni üzrə bacarıqlarını nümayiş etdiriblər

Şirvan Özəl Türk Liseyində Azərbaycanın görkəmli kimyaçısı Yusif  Məmmədəliyevin xatirəsinə həsr olunmuş Liseylərarası Kimya Təcrübə Yarışı keçirilib. Bu yarışmada lisey və orta ümumtəhsil məktəblərinin 8-9-cu sinifləri arasından 20 şagird və10 lisey müəllimi öz bilik və bacarıqlarını  nümayiş etdiriblər. Yarışmanın məqsəd lisey şagirdlərinin kimya üzrə  biliklərini tədbiqi olaraq yoxlamaq olub. Yarışmanın nəticəsinə görə 1-ci yeri Quba Özəl Türk Liseyinin şagirdləri Elvin Əmirbəyov və Enrike Nurməmmədov, 2- ci yeri Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri Fərrux Hacıyev və Elçin Əliyev,  “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdləri  Behcet Ələkbərov və Nicat Qoçuyev, 3-cü yeri isə Şirvan Özəl Türk Liseyinin şagirdləri Eldar İbrahimov, Turqay Əlisalamzadə , Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri Elnur Abdurrahimov, Murad Qallacoy və  Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Cavid Tahirli və İsmayıl Babazadə layiq görülüblər. Yarışmanın sonunda qaliblərə  hədiyyələr və medallar təqdim olunub.
Yarışda  Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev və bir sıra orta məktəb rəhbərləri, müəllimlər iştirak ediblər.

www.cag.edu.az

Lənkəran Şəhər Dram Teatrının müdiri ilə görüş

Martın 11-də Teatr Günü münasibətilə Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” kurslarının müdiri Musa Şükürov Lənkəran Şəhər Dram Teatrının müdiri İslam Həsənovla görüşü olub. Görüş zamanı M. Kadifeci və M. Şükürov rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti ilə bağlı əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Ötən tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər.
Lənkəran Şəhər Dram Teatrının müdiri İslam Həsənov Lənkəran ÖTL-nin və Lənkəran “Araz” Kurslarının ən nüfuzlu tədris müəssisələrindən olduğunu bildirib. Liseyin fəaliyyətindən məmnunluqla danışan İ. Həsənov onlara təhsildə uğurlar diləyib.

Lisey şagirdləri kimsəsiz uşaqlar evini ziyarət ediblər

Fevralın 26-da Quba Özəl Türk Liseyinin 7-A sinif şagirdləri Quba şəhərindəki kimsəsiz uşaqlar evini ziyarət ediblər. Liseyin şagirdləri burada həmyaşıdları ilə yaxından tanış olmaq məqsədi ilə məktəbin yataqxanasını, yeməkxanasını, dərs otaqlarını gəziblər və onlarlın arzu və istəklərini öyrəniblər. Ata-ana himayəsindən məhrum olmuş məktəblilərə Quba ÖTL-nin şagirdləri, hədiyyələr bağışlayıblar.  www.cag.edu.az

Berivanım 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Berivanım
Sebuhi Abdullahzade
Şirvan Şehri

Bir Şarkısın Sen 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

 !!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Bir Şarkısın Sen
Zeynep Abdullayeva
Gence Şehri
Bir şarkısın sen, 9. Türkçe Olimpiyatı... by qafqazlife

Fetih Marşı 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Fetih Marşı
Cevat Niftaliyev
Guba Şehri
Fetih Marşı 9. Türkçe Olimpiyatı Azerbaycan Baku... by qafqazlife

Zahidem 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Zahidem
Cafer Şamiloğlu
Zahidem 9. Türkçe Olimpiyatı Azerbaycan Baku... by qafqazlife

Ellerimizin Büyük Boşluğu 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

 !!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali 
BİR DUYGU SELİ
Ellerimizin Büyük Boşluğu
Saniye Mirzayeva
 
Ellerimizin büyük boşluğu 9. Türkçe Olimpiyatı... by qafqazlife

Ellerimizin Büyük Boşluğu

Burası dünya ve biz artık çok sıkıldık
Alıp başımızı sana gelmek istiyoruz
Sana gelmek
Sana gelmek, orada kalmak istiyoruz
Çok unuttuk hatırlamak istiyoruz
Başımızın okşanmasını gözyaşımızın silinmesini,kolumuza girilmesini istiyoruz
Yağmurunu ve meleklerini yeniden istiyoruz
Rüzgarın sesini, ırmağın sesini
Dağların dağ, denizlerin deniz, kadınların kadın, çocukların çocuk
Erkeklerin erkek, ekmeğin ekmek, olduğu bir dünyayı yeniden isterken
Seni istiyoruz aslında.Bunu söyleyemiyoruz

Her yer gece, çok gece
Ve biz meleklerini istiyoruz Rabbim
Çok yenildik yetmez mi ?
Bir bankanın önünde, bir koltuğun altında, bir ziyafetin ortasında, bir günahın tenhasında
Büyütüp durduk siyahı

Gece gece gece
Her yağmur tanesini bir melek indirirken yeryüzüne
Her yalanı yüz şeytan taşıyor olabilir mi
Bilmiyoruz
Çünkü
Bilincimiz içerken binlerce yılın karmaşık şurubunu
Kameraya bakıp kalabalık şeyler söylemek ve gülümsemekle meşgulüz şuan
Sonra oturup düşüneceğiz bütün bu olanları
Yusuf’u düşüneceğiz, Yakup’u, Musa’yı
İsa’yı düşüneceğiz, Nuh’u ve öbürlerini
Ve Efendimizi
Efendimizi

Kuyular kuyular kuyular kazdık
Bir nefes üflemen için yeryüzü bataklığında sazdık
Kestik kendimizi deldik yaktık
Sonra sana değil dünyaya aktık
Dünya ki mescid dir biz onu otel yapmışız
Kalktık ki yenilmişiz değişmişiz azmışız
Bir sızı kalmış içimizde başka şey yok
Bu sızıdan yol bulup kapına dayanmışız

Bir çocuk oyuncağını alamamış
Bir kız sevdiğini saramamış
Bir anne yıllardır kolları açık bekliyor oğlunu
Bir adam paramparça bir çift göz için
Birisi ekmek götürememiş evine
Birisi aşk
Birimiz dünyayı kurtaracak
Birimiz yarını
Birimizin aklı tutuşmuş yanıyor
Birimiz bomboş kalbine bakıp birini anıyor
Birimiz ayrılığın ilk günü gibi her akşam kanıyor
Birimiz kıyametin koptuğuna inanıyor
Birimiz çekip gitmiş yeryüzünden ellerini hala açık sanıyor

Geldik işte bunlar ellerimiz
Açılmış bak bilirsin ne diye
Ki bilirsin biz bu ellerle neler işledik
Açtık işte bunlar ellerimiz
Burası dünya
Şu biziz
Bunlarda ellerimiz
Öyle açık öyle acemi öyle boş
Öyle mahcup öyle dalgın öyle boş
Öyle boş

Senin değil miyiz hepimiz
Senin değil mi her şey
Alırsın kime ne verirsin kime ne
Ve bu açtığımız eller senin değil mi
Senin değil miyiz hepimiz Rabbim
Bir yıldız bir ağaç bir buğday tanesi kadar

Kimsesiziz kime gidelim
Yaralarımız var kime
Sıcak birşey arıyoruz kime
Merhamet istiyoruz kime
Bağışlanmak istiyoruz kime gidelim
Sorumuz ve cevabımız sen değil misin
Yorgunuz kaybetmişiz dalgınız kırgınız küsmüşüz
Bu çocuklar birer birer kaybolurken sisler içinde kime gidelim
Çok yürüdük yollar kayboldu yol olduk sana geldik
Ne getirdim deme bize senden başka neyimiz varsa o bizim yokumuzdur.

Geldik işte bunlar ellerimiz
Bunlarda ellerimizin büyük boşluğu
Beş duygum harap, altı yönüm harap
On parmağımda on acı Ya Rab
Denize dalan bir desti nasıl tahammül etsin suya
Fırlattın beni dünyaya
Yeniden al kucağına, çağır beni yeniden
Bu saman çöpünü kasırgada bırakma
Büyük bir kapının önünde bir karınca vurmuş kapıyı bekliyor
Kapı açılacak yoksa niye var
Rahmet örtecek günahı
Geride kalacak gazabın adımları
Duyulacak büyük bahçenin o büyük şarkıları
Sunulan şarabı çekinmeden içeceğiz
Görüneceksin durmadan kendimizden geçeceğiz
Görüneceksin her şeyimizle sana göçeceğiz

Ol dedin olduk senden
Gel dedin geldik sana
Başımız yerde
Açtık ellerimizi sevgilinle birlikte
Bize bak çekip çıkalım uçurumlardan
Bize bak çıkalım dünyanın bütün kulluklarından
Parçansak al bizi bir daha ayırma evinde uyuyalım
Yabancıysak dost ol bize senden ayrılmayalım
Elimiz açık başımız ve ruhumuz secdede durmuş bekliyoruz
Sevdiklerin aşkına sevenlerin aşkına
İnşirah inşirah inşirah
Ayetin değil miyiz senin Ya Allah 
Mevlana İdris Zengin

17 Mart 2011 Perşembe

Rüveyda 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

 !!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali 
BİR DUYGU FIRTINASI 
BİR GÖZYAŞI SELİ
Rüveyda
Mehpare Zeynalova
Ruveyda 9. Türkçe Olimpiyatı Azerbaycan Baku... by qafqazlife

Yalan Dünya 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali

!!! MUHTEŞEM PERFORMANSLAR!!!
9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
Yalan Dünya
Leman Sultanova
Yalan Dünya 9. Türkçe Olimpiyatı Azerbaycan Baku... by qafqazlife

16 Mart 2011 Çarşamba

Azerfon şirkəti Qafqaz Universitetində karyera günləri keçirdi.


16 March, 2011
Azerfon şirkətinin İşə qəbul şöbəsinin  əməkdaşları Qafqaz Universitetində  “Kompyuter Mühəndisliyi”, “İnformasiya  texnologiyaları sistemləri mühəndisliyi”, “Biznesin idaredilməsi”, “İngilis dili ədədbiyyatı” və “Tərcümə -İngilis dili” ixtisaslarında təhsil alan 3-cü və 4-cü kurs tələbələri və həmin ixtisaslarda təhsil alan magistrlarla görüş keçirdi.
Görüşdə  Azerfon şirkətinin İşə qəbul və sənədləşmə üzrə meneceri İlqar Musabaliyev təmsil etdiyi şirkətin tələbələrin karyeralarının inkişafı üçün verdiyi imkanlar haqqında məlumat verdi. Bu məqsədlə müvafiq istiqamətlər göstərildi. Tələbələrin sualları cavablandırıldı.
http://qu.edu.az/view_news.php?news=600
Görüşdən sonra isə Qafqaz Universitetinin müəllimləri ilə  Azerfon şirkətinin nümayəndə heyəti birlikdə proqramı dəyərləndirərək,  gələcəkdə yerinə yetiriləcək işlər planlaşdırıldı.

Azerfon şirkəti Qafqaz Universitetində karyera günləri keçirdi. | Qafqaz Universiteti

Azerfon şirkəti Qafqaz Universitetində karyera günləri keçirdi. | Qafqaz Universiteti

13 Mart 2011 Pazar

“Elm və həyat” jurnalının əməkdaşları liseydə

Martın 11-də “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova, jurnalın əməkdaşı Arif Quliyev, Şərqşunaslıq institutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova, Fizika İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru Nazilə Soltanova, Texniki Universitetin professoru, texnika elmləri namizədi Telman Əliyev, Tibb və Turizm Universitetlərinin müəllimi, tarix elmləri doktoru Həcər Verdiyeva, Bakı Özəl Türk Liseyinin qonağı olublar. Qonaqları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz  “Çağ” Öyrətim İşlətmələri şirkətinin müşaviri Ağarəsul Məmmədov qarşılayıblar. Qonaqlar Bakı Özəl Türk Liseyinin sinif otaqları, laboratoriyaları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz  “Elm və həyat” jurnalının əməkdaşlarına liseylərin Azərbaycanda fəaliyyətə başladığı dövrdən əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından, məzunlarının dünyanın bir çox tanınmış universitetlərində təhsillərini davam etdirmələrindən geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına məqsəd qoyduqlarını bildirib.
“Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova jurnalın 50 illik fəaliyyətindən, əhəmiyyətindən, elmi biliklərin təbliği ilə məşğul olmalarından, bir çox elm adamlarının məqalələrinin bu jurnalda dərc olunmalarından, qarşılaşdiqları problemlər və dərc etdikləri elmi məqalələr eləcə də gələcək planlarından danışıb. Sonra burada şagirdlər üçün hazırlanmış şəraitdən və onların təhsildə əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. Gələcəyin elm adamlarının məhs bu liseylərdə yetişdiyini deyib. Bunun üçün burada lazımi imkanların olduğunu eləcə də müasir təhsil avadanlıqları ilə təmin edildiyini vurğulayıb.
“Çağ” Öyrətin İşlətmələrinin eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərinin rəhbərliklərinə və pedaqoji kollektivinə təhsildə uğurlar arzulayib.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif  Gömləksiz “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova “Çağ” Öyrətin İşlətmələrinin 15 illiyinə həsr olunmuş kitabı və xatirə hədiyyəsi təqdim edib.

 

www.cag.edu.az

“Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində 8 mart Beynəlxalq Qadınlar günü qeyd olunub

Sonra gimnaziyasının şagirdi  “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibi Gültəkin Qaradağlı “Cənab leytenant”, Bakı Bülbül adına məktəbin şagirdi IX Beynəlxalq Türk dili olimpiadasının Azərbaycan finalının qalibi Hidayət Cahangiroğlu, gimnaziyanın rəqs ansamblı çıxış ediblər. Bununla bərabər şagirdlər Ana, övlad sevgisi, Vətən, torpaq haqqında seirlər söyləyiblər və mahnılar ifa ediblər. Məktəblilərin göstərdikləri ana məhəbbətinə həsr olunmuş səhnəciklər iştirakçılara daha duyğulu anlar yaşadıb. Daha sonra “Çağ” Öyrətim İşlətmələri şirkətinin müşaviri Ağarəsul Məmmədov çıxış edərək xanımları 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib və xanımlara sağlam gənc nəsil yetişrmək arzulayıb. Sonra tədbirdə iştirak edən Respublikanının Əməkdar Artisti Tünzalə xanım Ağayeva mahnıları ilə iştirakçıları feziyab edib. ATÖL Baş İdarəsinin rəisi A. Gömleksiz Tünzalə xanim Əliyevaya xatirə hədiyyəsi təqdim edib. Tədbirdə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasın müdiri Serhat Aktaş çıxış edərək xanımları təbrik edib.          
8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində, Azərbaycan-Türkiyə Özəl Liseylərində təbirlər keçirilib. Belə ki, “Qafqaz” universiteti, “Araz” hazırlıq kursları, Bakı, Sumqayıt, Gəncə, Şəki Azərbaycan, Lənkəran, Ağdaş, Şirvan, Quba, “Dədə Qorqud” və Mingəçevir Özəl Türk Liseylərində eləcə də “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında bayram şənliyi keçirilib. Gimnaziyada keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arıf Gömleksiz əvvəlcə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib. A. Gömləksiz təbrik nitqində bildirib ki, adətən ən güclü sərkərdələrin yanında güclü xanım ömür-gün yoldaşı olub. Həyatda əldə etdikləri nailiyyətləri müvəffəqiyyətləri birgə qazanıblar. Həyat yoldaşlarına məsləhət verən, yol göstərən olublar. Ümummilli Liderimiz Heydər Əliyevin həyat yoldaşı görkəmli oftomoloq həkim, Zərifə xanım Əliyeva kimi xanımlar olub. Biz həmişə belə qəhrəman xanımlarla fəxr etmişik.
www.cag.edu.az

10 Mart 2011 Perşembe

Ana Dilimizi Sevek Sevdirek 2011 Full Program


Ana Dilimizi Sevek Sevdirek Müsabakasının 2011 yılında Baku- Azerbaycan'da yapılan Final Yarışmasından Muhteşem Görüntüler
Xezer TV'de yayınlanan program

İyi Seyirler

Ana Dilimizi Sevek Sevdirek 2010 Amatör Kamera Full


Ana Dilimizi Sevek Sevdirek Müsabakasının 2010 yılı Final Merhalesi Görüntüleri
Baku-Azerbaycan
İyi Seyirler

Qafqaz Üniversitesi Halk Oyunları Performansları


Qafqaz Üniversitesinin Halk Oyunları Ekiplerinin Muhtelif Programlarda Sergiledikleri Performanslar
Kafkas Yöresi Oyunlarından Güzel Gösteriler
İyi Seyirler

7 Mart 2011 Pazartesi

Aman Adanalım


8. Uluslararası Türkçe Olimpiyatları Azerbaycan Finali, 6 Mart 2010 Cumartesi günü Bakü'de Qafqaz Universitesinde yapılmıştı. Bu muhteşem finalden Amatör Çekim görüntüleri, Aman Adanalım

Bir fırtına tuttu bizi


8. Uluslararası Türkçe Olimpiyatları Azerbaycan Finali, 6 Mart 2010 Cumartesi günü Bakü'de Qafqaz Universitesinde yapılmıştı. Bu muhteşem finalden Amatör Çekim görüntüleri, Bir Fırtına Tuttu Bizi

8. Türkçe Olimpiyatları Azerbaycan Finali Amatör Çekim


8. Uluslararası Türkçe Olimpiyatları Azerbaycan Finali, 6 Mart 2010 Cumartesi günü Bakü'de Qafqaz Universitesinde yapılmıştı. Bu muhteşem finalden Amatör Çekim görüntüleri

Türk dili Olimpiadasının Azərbaycan finalının qailbləri mükafatlandırıldı

Martın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ənənəvi IX Beynəlxalq Türk dili Olimpiadasının şeir və mahnı kateqoriyası üzrə Azərbaycan finalının mükafatlandırma mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Cümhuriyyətinin İstiqlal marşının səsləndirilməsi ilə başlayıb.
 
  Sonra mərasimdə iştirak edən Təşkilat Komitəsinin Sədri, Azərbaycan- Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək bu ilə qədər müsabiqələrdə 15 qızıl, 29 gümüş və 13 bürünc medal əldə olunmasından  danışıb. A. Gömleksiz bildirib ki, Türk dili əsrlərin sınağından uğurla keçərək bu gün bizlərə gəlib çatıb. Ötən bu illər əzində çox maneələrlə üz-üzə gəlib. Lakin, hər dəfə də daha da güclənib. Dünya ədəbiyyatına Nizamilər, Füzulilər, Yunus Əmrələr, Mehmet Akiflər, Əlişir Nəvailər, Yahya Kamallar, Yusuf  Has Haciplər kimi neçə-neçə dahilər yetişdirib. Onlar da məhs bu dildə danışıb, bu dildə  yazıblar. Türk dili sadəcə danışıq dilidir deyənlərə yazdıqları əsərləri ilə cavab veriblər. Biz də sevgi dili olan Türkcəmizi daha yaxşı öyrənib başqalarına da öyrətməliyik. Bu torpağın böyük şairi Bəxtiyar Vahabzadənin söylədiyi kimi “Ana südü kimi saf və təmiz Türkcəmizi, sevgi dili türkcəmizi qoruyub yaşatmalıyıq”. 
Sonra müsabiqə qaliblərini Türkiyə və Azərbaycan sənət adamlarından ibarət münsiflər heyəti dəyərləndiriblər. Onların qərarına görə şeir kateqoriyası üzrə Şirvan 9 saylı orta məktəbin şagirdi Saniyə Mirzəyeva, mahnı kateqoriyasında Bakı Bülbül adına məktəbin şagirdi Hidayət Cahangiroğlu, qrammatika kateqoriyası üzrə Kafkas İlköğretim okulunun şagirdi Orxan Muradov, inşa kateqoriyası üzrə Bakı Anadolu Özəl Türk liseyinin şagirdi Əminə Bayramova, nitq kateqoriyası üzrə Bakı Anadolu Özəl Türk liseyinin şagirdi Elvina Gülverdiyeva, seir kateqoriyası üzrə Kafkas İlköğretim okulunun şagirdi Yaren Yurtbaşı, inşa kateqoriyası üzrə Kafkas İlköğretim okulunun şagirdi Burak Koyuncuoğlu, qeyri-adi qabiliyyətlərin kateqoriyaları üzrə “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdləri Rafik Gulusoylu və Taleh Hüseyinli müsabiqənin qızıl medalına layiq görülüblər. Şeir kateqoriyasında ikinci yeri Şirvan 9 saylı orta məktəbin şagirdi Xədicə Bayraməliyeva, mahnı kateqoriyasında Şirvan 20 saylı orta məktəbin şagirdi Səbuhi Abdullazadə, üçüncü yeri şeir kateqoriyasında Bakı şəhər 250 saylı orta məktəbin şagirdi Mehparə Zeynalova, mahnı kateqoriyasında Bakı şəhər 258 saylı orta məktəbin şagirdi Qəfər Şamilovqazanıblar. Mükafatları Türkiyədən gəlmiş elm və iş adamları təqdim ediblər.

“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özeren çıxışında ötən illərə nəzər salaraq, bir vaxtlar Türkiyədə Azərbaycan musiqilərini, muğamlarını sevə-sevə həsrətlə dinləmələrindən xüsusilə də məşhur şair Əhməd Cavadın “Çırpinirdi qara dəniz, baxıb, türkün bayrağına” şerini dinləyən hər kəs kövrəlməsindən danışıb. Türk dilinin dünya dilləri içərisində zəngin, necə böyük bir dil olduğunu, inkişaf etdiyini hamının göz qabağında olduğunu qeyd edib. Bu dildə yazan Azərbaycanın dahi yazıçı şairlərindən İlyas Əfəndiyev, Rəsul Rza kimi şəxsiyyətlərinin adlarını xüsusilə qeyd edib. Şagirdlərin bu günkü çıxışları bir daha göstərdiki Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi “ Biz bir millət iki dövlətik”. Çıxışını Xalq Şairi Bəxtiyar Vahabzadənin “Dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə də yoxdur” sözləri ilə bitirib.
Tədbirdə Azərbaycan və Türkiyənin bir sıra mədəniyyət və incəsənət xadimləri, xarici ölkə səfirlik və nümayəndələri, ali və orta tədris müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müsabiqədə  Türkiyədən gəlmiş bir qrup sənət adamları-Gökmən, Ərhan Gülərüz, Ərtoğrul Ərkişi Azərbaycan mahnılarını ifa ediblər. Qafqaz üniversitetinin  rəqs ansamblı da öz maraqlı çıxışı ilə iştirakçıları feyziyab edib.
 
 
 
 

www.cag.edu.az

Şagirdlər Beynəlxalq futzal turnirində iştirak edəcək

Martın 9-14 də Türkiyənin İstanbul şəhərində yerləçən “Burç” Kollecində ənənəvi IV Beynəlxalq Futzal Turniri keçiriləcək. Bu turnirin keçirilməsində əsas məqsədlərdən biri də məktəbli idmançılar arasında dosluq, qardaşlıq münasibətlərinin qurulmasıdır. Turnirdə dünyanın bir çox yerlərindən Avstraliya, Afrika, Avropa, Asiya və Türkiyənin, Melburun, Seneqal, Keniya, Yunanıstan, Bolqarıstan, Rumınya, Almaniya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İrakdan olan futzalçılar iştirak edəcəklər. Sonra futzal turniri qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edəkki, 2008-ci ildə keçirilmiş Beynəlxalq Futzal Turnirində Türkiyənin Bursa İlkbahar Kolleci, 2009-2010- cu ildə isə İzmir İlk Öyrətim Okulu çempion adına layiq görülmüşdür. 

5 Mart 2011 Cumartesi

Türkcə Olimpiadasının Azərbaycan qalibləri bəlli oldu

Türkiyə və Azərbaycan sənət adamlarından təşkil olunmuş 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Şirvan məktəblisi Saniyə Mirzəyeva, mahnı kateqoriyasında isə Hidayət Cahangiroğlu (Bakı) qızıl medala layiq görülüblər

Dünən Gənc Tamaşaçılar Teatrında IX Beynəlxalq Türkcə Olimpiadasının Azərbaycan finalı keçirilib. Finalda mahnı və şeir kateqoriyalarında 10 şagird ilk yerlər uğrunda mübarizə aparıb. Türkiyə və Azərbaycan sənət adamlarından təşkil olunmuş 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Şirvan məktəblisi Saniyə Mirzəyeva, mahnı kateqoriyasında isə Hidayət Cahangiroğlu (Bakı) qızıl medala layiq görülüblər. İkinci yeri Xədicə Bayraməliyeva (şeir), Səbuhi Abdullazadə (mahnı), üçüncü yeri Mehparə Zeynalova (şeir), Qafar Şamilov (mahnı) qazanıblar. Qaliblərə medalları Türkiyədən gəlmiş elm, iş adamları təqdim ediblər.  
Birinci yeri qazananlar bu ilin iyun ayının 15-30-də İstanbulda və Ankarada 130 ölkənin iştirakı ilə keçiriləcək IX Beynəlxalq Türkcə Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, hər il olduğu kimi bu il də olimpiadaya inşa, qrammatika, nitq, tamaşa, dünyagörüşü, qeyri-adi qabiliyyətlərin kateqoriyaları üzrə ölkəmizin daha 7 şagirdi də qatılacaq.
Tədbirdə çıxış edən “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz Təşkilat Komitəsi adından müsabiqənin yekun mərhələsinədək keçən yola qısa bir nəzər salmaqla yanaşı, bildirdi ki, IX Beynəlxalq Türkcə Olimpiadasında dünyanın müxtəlif ölkələrindən gəlmiş, ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlər türkcə oxuyacaqları şeir və mahnılarla öz duyğularını dünyaya bəyan edəcəklər: türk dilinin gözəllik və zənginliyini, onun sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdıracaqlar. Onların arasında bu missiyanı  Azərbaycan finalının qalibləri yerinə yetirəcəklər. “Çağ” Öyrətim İşlətmələrinin prezidenti Ənvər Özərən də türk dilinin incəliklərindən söz açdı. O dedi ki, bu qaliblər türk dili və mədəniyyətinin dünyada necə böyük bir sürətlə inkişaf etdiyini göz önünə sərgiləyəcəklər. Bu dilin beynəlxalq dil statusuna layiq olduğunu nümayiş etdirəcəklər. O, çıxışını  Bəxtiyar Vahabzadənin bu sözləri ilə tamamladı: “Dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə də yoxdur”.
Digər çıxış edənlər Azərbaycan təmsilçilərinin öz mahnı və şeirləri ilə bütün dünyanı ayağa qaldıracaqlarını əminliklə dilə gətirdilər. Onların Vətənə qızıl medallarla qayıdacaqlarını əminliklə bildirdilər.
Məlumat üçün bildirək ki, tədbirdə Türkiyədən gəlmiş sənət adamları - Gökmən, Ərhan Gülərüz, Ərtoğrul Ərkişi Azərbaycan dilində oxuduqları mahnıları ilə həm yarış iştirakçılarına, həm də tədbiri izləyənlərə xoş anlar yaşatdılar.

1 Mart Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə Şirvan Özəl Türk Liseyində tədbir keçirilib

Hər kəs fövqəladə hallara hazır olmalıdır

1 Mart Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə  Şirvan Özəl Türk Liseyində tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının I müavini Samit Abıyev Şirvan Şəhər İcra Hakimiyyəti Mülki Müdafiə Qərərgah rəisi Hənifə Mövlayev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Muğan regional Mərkəzinin MMİ təşkili şöbəsinin zabiti Emin  Abbasov  Şirvan Regional FH və Mülki Müdafiə Şöbəsinin rəisi Vidadi Abbasov və Qızıl Aypara Cəmiyyətinin Şirvan şəhər nümayəndəsi Ülviyyə  xanım Balayeva Şirvan Özəl Türk Liseyinin Gənclərin Çağrışa Qədər Hazırlığı müəllimi Təbriz Həsənov iştirak ediblər. Tədbir iştirakçıları  liseydə şagirdlərinə fövqəladə hallarda davranmaq qaydaları haqqında ətraflı məlumat veriblər. Məktəblilərin əleyhiqazdan və digər bu kimi geyimlərdən istifadə etməyin vacibliyindən danışıblar.  Məktəblilərin hazırlığını yoxlamaq üçün bir qrup lisey şagirdləri müəyyən olunmuş vaxt ərzində geyimlərdən istifadə ediblər.
 Sonra tədbir iştirakçıları, hər bir kəsin fövqəladə hallara hazır olmalarını arzulayıblar.

3 Mart 2011 Perşembe

Mədəniyyətimizdə mühüm hadisə Bakuvinin əsəri ana dilində çapdan çıxıb

Qafqaz Universitetinin müəllimi, dosent Mehmet Rıhtımın hazırladığı bu kitab Azərbaycan ictimai fikrinin formalaşmasında mühüm tarixi rol oynamış  mənbədir.

Qafqaz Universitetinin müəllimi, dosent Mehmet Rıhtım yeddiillik gərgin zəhmətdən sonra Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olan Seyid Yəhya Şirvani əl Bakuvinin “Şəfa əl-Əsrar” (sufiliyin sirləri) əsərini nəşrə hazırlayıb. Nəfis şəkildə çap olunan kitabda çox sayda alimin səmərəli əməyi diqqəti çəkir.
Seyid Yəhya Şirvani XV əsrdə Azərbaycan ictimai şüurunun formalaşmasında mühüm rol oynamış, xəlvətilik təriqətinin şeyxlərindən biri olmuşdur. Bu düşüncə əsrlər boyu Azərbaycanda dünyagörüşün formalaşması istiqamətində ən mühüm amillərdən hesab olunub.
Kitabda Bakuvinin dini görüşləri, Qurandan alınmış bəzi ayələrin təfsiri, dünya-axirət münasibətləri Quran və sünnə işığında təqdim olunur.
Bilgi üçün söyləməyi lazım bilirik ki, Seyid Yəhya Şirvani Azərbaycan ictimai fikrinin formalaşmasında müstəsna yeri olan, ancaq bu zamana qədər öyrənilməmiş möhtəşəm tarixi simalarımızdan biridir.
Kitabın ziyalılar, tələbələr, düşünməyi öyrənmək istəyən hər kəs üçün çox dəyərli mənbə olduğunu bildirir və yaxın vaxtlarda dosent Mehmet Rıhtımla bu mövzuda ətraflı söhbəti diqqətinizə çatdırmağı vəd edirik. 
http://www.zaman.az


“Araz”dan razılıq etdilər

 Şəki Şəhər İcra Hakimiyyətinin başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova “Çağ” Öyrətim Şirkətinin fəaliyyətini yüksək qiymətləndirdiklərini söyləyib.
Şəkidəki “Firuzə” şadlıq sarayında 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı - Şəki məktəblisi” adlı tədbir kecirilib. Tədbiri giriş sözü ilə acan Şəki “Araz” kursunun müdiri Cəlil Ərdəm bu tədbirin əhəmiyyətindən söz açıb. Şəki Şəhər İcra Hakimiyyətinin başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova “Çağ” Öyrətim Şirkətinin fəaliyyətini yüksək qiymətləndirdiklərini söyləyib. O, bu tədris ocağında Vətənə, millətə sevginin daha yüksək təbliğ olunduğunu vurğulayıb. Şəki Şəhər Təhsil Söbəsinin müdiri Südabər İsmayılova da Şəki “Araz” kursunun fəaliyyətindən razı qaldığını dilə gətirib. Millət vəkili Cavanşir Feyziyev isə bildirib ki, bu gün “Çağ” və onun nəzdində fəaliyyət göstərən bütün təhsil ocaqları ölkəmizin təhsilinə öz töhfələrini verməkdədir. Tədbirin sonunda Şəki “Araz” kursunda keçirilən ənənəvi 3-cü Bilik yarışının qalibləri mükafatlandırılıblar.
Tədbirdə “Çağ”ın nailiyyətlərini əks etdirən videofilm də nümayiş olunub.
www.zaman.az

Lisey, savadlı və tərbiyəli gənclər yetişdirir

Fevralın 25- də Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay, Ağdaş Rayon Xəstəxanasının Baş həkimi Nuru Nuriyevlə görüşüb. Görüş zamanı R. Tomay əvvəlcə Nuru Nuriyevi Əməkdar Həkim adına layiq görülməsi münasibəti ilə təbrik edib. Liseyin fəaliyyəti, Respublika və beynəlxalq fənn olimpiadalarında əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Baş həkim liseyin fəaliyyətindən, xalqımıza, savadlı və tərbiyəli gənclərin yetişdirilməsindəki xidmətlərindən, burada təhsilin, təlim-tərbiyənin yüksək səviyyədə olmasından məmnun olduğunu bildirib. Sonra rəhbərlik etdiyi tibb ocağının fəaliyyətindən, səhiyyə sahəsinin inkişafından, əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması üçün müasir tibbi avadanlıqlarla təmin olunmalarından danışıb. Təhsildə liseyin kollektivinə uğurlar arzulayıb.

www.cag.edu.az

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini İltimas Məmmədov "Qafqaz" Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında olub.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini İltimas Məmmədov "Qafqaz" Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında olub. Səmimi şəraitdə keçən görüşdə S. Aktaş təhsildə əldə etdikləri uğurları, nailiyyətləri barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına məqsəd qoyduqlarını bildirib.
Nazir müavini burada şagirdlər üçün hazırlanmış şəraitdən onların nizam-intizamından əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin eləcə də „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının təhsildə qazandıqları uğurlarının şahidi olduğunu deyib. Gimnaziyanın kollektivinə təhsildə yeni-yeni uğurlar diləyib.   
www.cag.edu.az
 

Türkiyənin Firat Universitetinin prorektoru liseydə

Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Aqrar Universitetində(ADUA) keçiriləcək Avrasiya məkanındakı türk dilli ölkələrin universitetlərinin “Bilgi İşlem” Simpoziuma hazırlıq məqsədi ilə Türkiyənin Firat Universitetinin prorektoru Bülent Şen və şöbə müdiri Cabir Bingöl və ADAU-nın bir qrup müəllimi Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində olublar. Qonaqlar liseyin tədris şəraiti sinif otaqları, laboratoriyaları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Liseyin müdiri Kenan Güzel qonaqlara rəhbərlik etdiyi tədris müəssisəsinin əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib. Prorektor B. Şen və şöbə müdiri C. Bingöl burada şagirdlər üçün hazırlanmış şəraitdən və şagirdlərin nizam- intizamından məmnun olduqlarını bildiriblər. Onlara təhsildə uğurlar arzulayıblar.
Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Türkiyənin Firat Universitetinin prorektoru Bülent Şenə liseyin xatirə hədiyyəsini təqdim edib.

 
www.cag.edu.az

Qafqaz universitetinin psixoloqu Hüseyn Xəlilovun "Abituriyentlərin hazırlığında valideynlərin rolu " mövzusunda seminarı

Qafqaz universitetinin psixoloqu Hüseyn Xəlilovun Araz Hazırlıq kursunun 27.02.2011 -ci ildə keçirdiyi Test sınaq imtahanları zamanı valideynlərə verdiyi "Abituriyentlərin hazırlığında valideynlərin rolu " mövzusunda seminarı keçirilmişdir. İlk öncə seminarı aşan Qafqaz Universitetinin İctimaiyyətlə əlaqələr üzrə prorektoru Uğur Arif Bölək Valideynləri salamlayaraq universitet haqqında məlumat vermişdir.Daha sonra isə psixoloq Hüseyn Xəlilov seminarda abituriyentlərin imtahan qabağı keçirdiyi stres və həyacanın psixoloji yolla qaldırılmasından bəhs etmişdir.
BÜTÜN SEMİNERİ İZLEYEBİLİRSİNİZ
WATCH ONLİNE


1 Mart 2011 Salı

MEMORY OF THE KHOJALY SACRIFICES REMEMBERED

 
Ahmet Sanic, the rector of Qafqaz University made a speech in the event organized at Qafqaz University in connection with Khojaly and noted that, time is already over to give the political estimating to the Khojaly genocide in the international world. To carry out this mission, each of us, particularly our youths must be active.

Jala Aliyeva, the deputy of the National Assembly stresses that, with its Christian fanaticism, the West takes a passive position to the events happened in Khojaly.  Only Islam Conference Organization has officially recognized this tragedy as genocide.  

Xocalı qurbanlarının xatirəsi anılır


Bakı Qafqaz Universitetində bu münasibətlə düzənlənən tədbirdə çıxış edən təhsil ocağının rektoru, professor Ahmet Saniç Xocalı soyqırımının beynəlxalq aləmdə siyasi qiymət verilməsinin zamanının artıq yetişdiyini qeyd edib: “Bu missiyanın baş tutmasında hər birimiz, xüsusilə, gənclərimiz daha fəal olmalıdırlar.
Bakı Qafqaz Universitetində bu münasibətlə düzənlənən tədbirdə çıxış edən təhsil ocağının rektoru, professor Ahmet Saniç Xocalı soyqırımının beynəlxalq aləmdə siyasi qiymət verilməsinin zamanının artıq yetişdiyini qeyd edib: “Bu missiyanın baş tutmasında hər birimiz, xüsusilə, gənclərimiz daha fəal olmalıdırlar”. 

Millət vəkili Jalə Əliyeva isə qərbin xristianlıq təssübkeşliyi ilə Xocalıda baş verən bu faciəyə hələ də seyirci qaldığını bildirib. O, hazırda   yalnız İslam Konfransı Təşkilatının bu faciəni rəsmən soyqırım kimi tanındığını bildirib.