Bakı şəhər orta ümumtəhsil məktəblərinin rəhbərləri liseydə

Novruz bayramının gəlişi münasibəti ilə bir qrup Bakı şəhər orta ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər Bakı Özəl Türk Liseyinin qonağı olublar. Əvvəlcə qonaqlara bayram ziyafəti verilib. Sonra qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, idman məşq otaqları və şagirdlərin sosial şəraiti ilə yaxından tanış olublar. Bakı ÖTL-nin müdiri Hayrettin Ünver qonaqlara liseyin fəaliyyəti, əldə etdikləri uğurları barədə ətraflı məlumat verib. Liseyi ziyarət edən tədris müəssisəsi rəhbərləri liseydə şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiriblər. Daha sonra liseyin iclas zalında bayram şənliyi keçirilib. Bayram şənliyində iştirak edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib. Sonra qonaqlara “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərinin Azərbaycanda fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından, məzunlarının dünyanın bir çox tanınmış universitetlərində təhsillərini davam etdirmələrindən geniş söhbət açıb.  Daha sonra Bakı Özəl Türk və “Tərəqqi” Liseylərinin şagirdləri, IX Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan finalının qalibi Hidayət Cahangiroğlu, Elitar Gimnaziyasının “Asiman” rəqs ansamblı rəngarəng mahnılarla rəqslərlə şənlik iştirakçılarına xoş anlar yaşadıb.    

www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır