“Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində 8 mart Beynəlxalq Qadınlar günü qeyd olunub

Sonra gimnaziyasının şagirdi  “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibi Gültəkin Qaradağlı “Cənab leytenant”, Bakı Bülbül adına məktəbin şagirdi IX Beynəlxalq Türk dili olimpiadasının Azərbaycan finalının qalibi Hidayət Cahangiroğlu, gimnaziyanın rəqs ansamblı çıxış ediblər. Bununla bərabər şagirdlər Ana, övlad sevgisi, Vətən, torpaq haqqında seirlər söyləyiblər və mahnılar ifa ediblər. Məktəblilərin göstərdikləri ana məhəbbətinə həsr olunmuş səhnəciklər iştirakçılara daha duyğulu anlar yaşadıb. Daha sonra “Çağ” Öyrətim İşlətmələri şirkətinin müşaviri Ağarəsul Məmmədov çıxış edərək xanımları 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib və xanımlara sağlam gənc nəsil yetişrmək arzulayıb. Sonra tədbirdə iştirak edən Respublikanının Əməkdar Artisti Tünzalə xanım Ağayeva mahnıları ilə iştirakçıları feziyab edib. ATÖL Baş İdarəsinin rəisi A. Gömleksiz Tünzalə xanim Əliyevaya xatirə hədiyyəsi təqdim edib. Tədbirdə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasın müdiri Serhat Aktaş çıxış edərək xanımları təbrik edib.          
8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində, Azərbaycan-Türkiyə Özəl Liseylərində təbirlər keçirilib. Belə ki, “Qafqaz” universiteti, “Araz” hazırlıq kursları, Bakı, Sumqayıt, Gəncə, Şəki Azərbaycan, Lənkəran, Ağdaş, Şirvan, Quba, “Dədə Qorqud” və Mingəçevir Özəl Türk Liseylərində eləcə də “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında bayram şənliyi keçirilib. Gimnaziyada keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arıf Gömleksiz əvvəlcə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib. A. Gömləksiz təbrik nitqində bildirib ki, adətən ən güclü sərkərdələrin yanında güclü xanım ömür-gün yoldaşı olub. Həyatda əldə etdikləri nailiyyətləri müvəffəqiyyətləri birgə qazanıblar. Həyat yoldaşlarına məsləhət verən, yol göstərən olublar. Ümummilli Liderimiz Heydər Əliyevin həyat yoldaşı görkəmli oftomoloq həkim, Zərifə xanım Əliyeva kimi xanımlar olub. Biz həmişə belə qəhrəman xanımlarla fəxr etmişik.
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF