Rusiyanın Volijskiy Şəhər Azərbaycan Diasporunun sədri liseyin qonağı olub

Martın 14-də Rusiya Federasiyası Volqoqrad vilayəti, Voljiskiy şəhər Azərbaycan Diasporunun sədri İbrahim Rzayev və Diasporun Baş məsləhətçisi Mərziyə xanım Hüseynova Sumqayıt Özəl Türk Liseyinin qonağı olublar. Sumqayıt ÖTL-nin müdiri Ahmet Çamalan qonaqlara liseyin fəaliyyəti, qazandıqları nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və bu tədris ilini də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildirib. Qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası və şagirdlərin sosial şəraiti ilə yaxından tanış olublar. Burada məktəblilər üçün təşkil olunmuş şəraitdən, şagirdlərin nizam- intizamından və gördükləri yeniliklərdən qürur hissi keçirdiklərini bildiriblər. Diaspora adından Sumqayıt Özəl Türk Liseyinin müdirinə təşəkkür məktubunu təqdim ediblər. Liseyin kollektivinə təhsildə uğurlar arzulayıblar. 
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır