Türkiyənin Firat Universitetinin prorektoru liseydə

Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Aqrar Universitetində(ADUA) keçiriləcək Avrasiya məkanındakı türk dilli ölkələrin universitetlərinin “Bilgi İşlem” Simpoziuma hazırlıq məqsədi ilə Türkiyənin Firat Universitetinin prorektoru Bülent Şen və şöbə müdiri Cabir Bingöl və ADAU-nın bir qrup müəllimi Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində olublar. Qonaqlar liseyin tədris şəraiti sinif otaqları, laboratoriyaları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Liseyin müdiri Kenan Güzel qonaqlara rəhbərlik etdiyi tədris müəssisəsinin əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib. Prorektor B. Şen və şöbə müdiri C. Bingöl burada şagirdlər üçün hazırlanmış şəraitdən və şagirdlərin nizam- intizamından məmnun olduqlarını bildiriblər. Onlara təhsildə uğurlar arzulayıblar.
Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Türkiyənin Firat Universitetinin prorektoru Bülent Şenə liseyin xatirə hədiyyəsini təqdim edib.

 
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır