“Azərsun Holdinq”in dəstəyi ilə elmi konfrans keçirilib


image Gənclərin elmi biliklərinin və təcrübələrinin artırılması istiqamətində atılan hər bir addıma yaxından köməklik göstərən “Azərsun Holdinq” daha bir təhsil ocağında təşkil olunmuş elmi konfransı dəstəkləyib. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Azərsun Holdinq”in dəstəyi ilə “Qafqaz” Universitetində beynəlxalq elmi konfrans keçirilib. Şirkətin mətbuat xidmətinin yaydıgı məlumata görə “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına xidmət edir.
Konfransda çıxış edən məruzəçilər bu sahədə əldə edilən yeni təcrübələrdən bəhs ediblər. Çıxışçılar arasında universitetin prorektoru prof. dr. Niftalı Qocayev, İngilis Dili və Ədəbiyyatı bölməsinin müəllimi Ali Bereket və “Azərsun Holdinq”in Tədris və İnkişaf Şöbəsinin müdirəsi Şahnaz Aras da olub.
Çıxışlardan sonra konfransı dəstəkləyən şirkətlər qrupuna plaket təqdim olundu. Plaketi holdinqin idarə heyətinin sədri Abdolbari Goozal adından tədris və inkişaf şöbəsinin müdirəsi Şahnaz Aras qəbul edib.
Konfransda xarici ölkələrin də nümayəndələri iştirak ediblər. Konfransın açılış mərasimindən sonra tədbir siniflərdə keçirilən panellərlə öz işini davam etdirib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF