Lənkəranda şagirdlərin bilik sərgisi keçirildi

Aprel 20-də Lənkəran Özəl Türk Liseyində Şəhər Təhsil Şöbəsinin və Lənkəran Özəl Türk Liseyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönumünə həsr edilmiş bilik sərgisi keçirilib. Sərgidə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə  müavini Səmədağa Abdullayev, Şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Şəhər Məhkəməsinin sədri Elçin Kazımov, Şəhər Ağır Cinayətlərə dair Məhkəməsinin sədri Natiq Əliyev, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin mətbuat katibi Yavuz Maraş, “Zaman” qəzetinin Baş Bedaktoru Süleyman Ünal və digər məktəblərin müəssisələrin rəhbərləri və nümayəndələri iştirak ediblər.  Tədbirdə liseyin 100-ə yaxın  şagirdi müxtəlif fənlərdən tədris müddətində öyrəndiklərini nümayiş etdiriblər. Şagirdlər fizika, kimya, biologiya, ekologiya, coğrafiya, tarix-diyarşünaslıq, ədəbiyyat, ingilis –dili fənnlərindən stendlərlə təhsildə əldə olunan uğurları nümayiş etdiriblər. Bilik sərgisi haqqında məlumat verən Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci bildirib ki, belə tədbirlər şagirdlərin biliyinin daha da möhkəmləndirilməsi ilə bərabər onların insanlarla olan ünsiyyətinin artırılması üçün olduqca faydalıdır.
  http://www.cag.edu.az/haber.php?id=266

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF