“Qafqaz”da ingilis dilinin problemləri müzakirə olunur

Bakıda Azərbaycan da daxil olmaqla, dünyanın 7 ölkəsinin ali təhsil ocaqlarında təhsil alan 90 tələbə ingilis dili və ədəbiyyatı ilə bağlı elmi müzakirələr aparır. Bu münasibətlə Qafqaz Universitetində keçirilən “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı I Beynəlxalq tələbə konfransına 100-ə yaxın tezis və məqalə təqdim olunub.



Universitetin ingilis dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı və “Azərsun holdinq”in sponsorluğu ilə baş tutan konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunub.
Konfransın məqsədi tələbələri elmi fəaliyyətə təşviq etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini araşdırmaqdır. İki gün davam edəcək konfrans dilçilik, ədəbiyyat, təhsil və fərqli imtahan sistemləri kimi tədqiqat sahələrini əhatə edir.
Türkiyə, Hindistan, İran, Belarus, ABŞ və Rusiyadan 11, Azərbaycandan isə 79 tələbənin iştirak etdiyi konfransda çıxış edən Qafqaz Universitetinin prorektoru, professor Niftali Qocayev bildirdi ki, “Qafqaz”da yüksək təhsil verilməklə yanaşı, gənclərin gələcək təhsilləri ilə bağlı onlara yüksək şərait yaradılır: “Bunun nəticəsidir ki, hər iki-üç ildən bir belə beynəlxalq konfranslar keçirilir”. “Azərsun holdinq”in nümayəndəsi Şahnaz Araz təmsil etdiyi şirkətin təhsilə çox böyük əhəmiyyət verdiyini söylədi. O, yüksək peşəkar kadrların işə cəlb olunması üçün “Qafqaz”la sıx əməkdaşlıq etdiklərini vurğuladı.
Əməkdaşlıq memorandumu imzalanıb
Aprelin 21-də Qafqaz Universiteti ilə Türkiyənin On Doqquz Mayıs Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd hər iki ali təhsil ocağı arasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur, eləcə də elm və təhsil sahəsində ümumi maraqlara əsaslanır. 
SADİQ UMAROV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF