QU110412_Azerreylle_gorus_1of2.flv


Azərreyl Qafqaz Universitetinin qonağı oldu.

Aprelin 12-də qadın voleybolçulardan ibarət Azərreyl komandasının baş məşqçisi Vüqar Əliyev və kapitanı Natalya Hanikoğlu Qafqaz Universitetinin qonağı olublar. Belə ki, qonaqlar Qafqaz Universitetinin idman şöbəsi tərəfindən təşkil edilən ənənəvi ``Ayın İdman Qonağı`` tədbirində iştirak ediblər. Azərreyl komandası Avropa Voleybol Konfederasiyasının qadın voleybol komandaları arasında keçirilən Çellenc kuboku yarışlarının qalibi olduğuna görə ``Ayın İdman Qonağı`` adına layiq görülüb. Vüqar Əliyev və Natalya Hanikoğlunu qəbul edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaqlara universitet barədə məlumat verib və tələbə şəhərciyi ilə tanış edib. Ardından qonaqlar universitetin müəllim və tələbə heyətinin iştirakı ilə tədbirə qatılıblar. Tədbiri giriş sözü ilə rektor Ahmet Saniç açıb. Ardından qonaqlar tədbir barədə ürək sözlərini deyiblər. Tədbir zamanı Vüqar Əliyev və Natalya Hanikoğlunun həyatından bəhs edən qısametrajli film nümayiş etdirilib. Qafqaz Universitetinin Tələbə dərnəkləri arasında ənənəvi olaraq keçirilən ``CLUBS CUP``mini futbol turnirinin qaliblərini mükafatlandırmaq üçün söz universitetin Səhiyyə Mədəniyyət və İdman idarəsinin müdiri Musa Turmuşa verildi. Musa bəy universitetin 1-ci və 2 --ci yer tutmuş komandalara Sənaye mühəndisləri tələbə dərnəyinin və İdman dünyası tələbə dərnəyinin üzvülərinə mükafat vermək üçün Vuqar Əliyevi və Natalya Hanikoğlunu dəvət etdi .Tədbirin sonunda Qafqaz Universitetinin rektoru tərəfindən xatirə plaketi təqdim olundu.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF