Şəkidə yarış iştirakçıları ilə görüş keçirilib

Dünən Şəki Şəhər Təhsil Şöbəsində aprelin 6-dan 9-dək Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında (INEPO-EUROASIA) iştirak etmiş şagirdlər və onların müəllimləri ilə görüş keçirilib. Görüşdə təhsil şöbəsinin müdiri Südabər İsmayılova Şəki məktəblilərinin belə beynəlxalq yarışa qatılmalarını və uğurlar qazanmalarını təhsilimizin qələbəsi kimi dəyərləndirib. O, hətta onların bu uğurlarından təsirləndiyini də dilə gətirib. Onun sözlərinə görə, bu bilik yarışında Şəkinin 5 məktəbi 4 layihə ilə iştirak edib: “Sevindirici haldır ki, Şəki bu bilik yarışına təqdim etdiyi layihələrin sayına görə də fərqlənib. Belə ki, Şəki bu göstəriciyə görə Bakıdan sonra ikinci olub”. Tədbirin sonunda Südabər xanım şagirdlərə fəxri fərmanlar təqdim edib.
Qeyd edək ki, bu bilik yarışında Şəki Özəl Türk Litseyi və 18 nömrəli məktəblərinin birgə təqdim etdikləri layihə qızıl medala layiq görülüb. 
http://www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır