“VIB”-də yeni inkişaf trendi


Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzinin tətbiq etdiyi layihələrdən biri də “VIB” MMC-də davam edir. Hazırda Mərkəz tərəfindən iki layihə tətbiq edilir. İnsan resurslarının idarə edilməsi sisteminin qurulması və restrukturizasiya layihəsi Daimi İnkişaf Mərkəzinin müdiri Tural Məmmədov tərəfindən, Strateji fəaliyyət planının hazırlanması layihəsi isə Pərviz Aslanlı tərəfindən tətbiq edilməkdədir. Layihələrin ortaq proqramı çərçivəsində “VIB”-nin rəhbər əməkdaşlarına Qafqaz Universitetində Strateji planlaşdırma mövzusunda təlim-seminar təşkil edilmişdir.
Seminardan sonra “VIB”-nin Baş Direktoru Zabil Salmanov, İcraçı Direktoru Azər Zakirov Qafqaz Universitetinin Rektoru Prof.Dr.Ahmet Saniç və İş Dünyası ilə əlaqələr üzrə Prorektor Dos.Dr.Təyyar Mustafayev arasında işgüzar görüş keçirilmişdir.
Görüşdən sonra qonaqlar universitetlə daha ətraflı tanış edilmiş və nəticədə hər iki tərəf öz məmnunluğunu bildirmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF