28 Mayıs 2011 Cumartesi

Qafqaz Universiteti Kimya Laboratoriyası Tanıtım Filmi

 

Qafqaz Universiteti və BP Azərbaycan şirkətinin müştərək layihəsi çərçivəsində Qafqaz Universitetində 24 may 2011-ci il tarixində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirildi. Laboratoriyalar beş otaqdan ibarətdir.
Ümumi Kimya Laboratoriyası
Bu laboratoriya təməl kimyəvi prosesləri təcrübələr vasitəsi ilə anlamaq üçün qurulub. Əlavə olaraq laboratoriya ilə tanışlıq zamanı tələbələr məlumat toplayıb analiz edəcək, təcrübələrin nəticələrini təhlil edərək müxtəlif qaynaqlardan istifadə etməklə vərdişlərini daha da inkişaf etdirə biləcəklər. Laboratoriyanın təhlükəsizliyinə və avadanlıqlardan ehtiyatlı istifadə edilə bilməsi vərdişləri də tələblərə bu laboratoriyada aşılanacaqdır.
Analitik Kimya Laboratoriyası
Bu laboratoriyada keyfiyyət analizi, ayırma prosesləri müasir cihazlar vasitəsi ilə öyrənilir. Bu cihazlara alov fotometri, sentrifuqa aparatı, Karl-Fişer titratoru və s. daxildir. Laboratoriyadakı şərait nəinki tələbələrin praktik işlərlə məşqul olmaları ilə yanaşı araşdırma aparmaq üçün də əlverişli olacaqdır.
Üzvi Kimya Laboratoriyası
Laboratoriyadakı avadanlıqlardan isitfadə etməklə müasir üzvi sintezləri asanlıqla həyata keçirmək və tərkib analizi etmək olar. Bu cihazlara karbon hidrogen azot analizi cihazı, spektrofotometer, polarometer vakum sistemi və s. daxildir.
Kimya mühəndisliyi və fiziki-kimya laboratoriyaları
Əməliyyatlar laboratoriyası: Bu laboratoriyada tələbələr kimya mühəndisliyinin prinsiplərini və onların tətbiqini öyrənirlər. Laboratriyada bir sıra mühəndislik təcrübələrini həyata keçirmək üçün cihazlar var. Tələbələr bu laboratoriyada mühəndisliklə bağlı problemləri həll etmək imkanına malikdirlər. Laboratoriyada aşağıdakı sahələrdə iş aparıla bilər: axının mexanikası (hidromexanika), istilik ötürülməsi və termodinamika.
Proses mühəndisliyi laboratoriyasi:
Emal mühəndisliyi laboratoriyası sistematik kompyuter nəzarəti vasitəsi ilə əməliyyatların, nəzarətin, dizayn və emal proseslərinin optimallaşdırılması istiqəmətində ixtisaslaşmışdır. Bu laboratoriya sənayenin müxtəlif sahələrinə aid prosesləri əhatə edir.
Fiziki-kimya Laboratoriyası
Bu laboratoriyada fiziki-kimya ilə bağlı araşdırmalar aparmaq mümkündür. Cihazların çoxu proqramlaşdırılıb. Bu təchizatlara ion mübadilə cihazı, karbon diaoksid hava və müxtəlif qazların olduğu mühitlərdə korroziya prosesini öyrənən cihaz və s. daxildir.
http://www.youtube.com/user/qafqazuniversiteti#p/u/0/5-4kDNUJoa8

Qafqaz Universitetində 28 may Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir.

27 May, 2011

 Qafqaz Universitetində fəaliyyət göstərən Oğuz tələbə dərnəyinin təşkilatçılığı ilə universitetdə 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlayıb. Universitet rəhbərliyi və digər qonaqlarında qatıldığı tədbirdə respublikamızın əməkdar artisti Gülyanaq Məmmədova öz ifası ilə tədbirə xüsusi bayram ab-havası qatıb. Günün anlam və önəmini anladan universitetin tarix bölməsinin  müəllimi Dr. Bilal Dədəyev Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa müddətdə göstərdiyi fəaliyyətini tədbir iştirakçılarına geniş şərh etmişdir. Proqramda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətləri olan bir çox ziyalılarımızın tərcümeyi-haldan bəhs edən slayt-şou nümayiş etdirilib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 88- ci il dönümünə həsr edilmiş “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” adlı lahiyə müsabiqələrinin  qaliblərini Dr. Bilal Dədəyev ,İdman yarışlarının qaliblərini isə Səhiyyə Mədəniyyət İdman idarəsinin rəisi Musa Turmuş  mükafatlarını təqdim etdilər .  Proqram mahnı üzrə müsabiqə laureatlarının çıxışları ilə davam etdirilmişdir.
 http://qu.edu.az/view_news.php?news=774&lang=az

26 Mayıs 2011 Perşembe

Qafqaz Universitetində BP-nin dəstəyi ilə yeni laboratoriyalar yaradılıb

04:51 / 26.05.2011
Dünən Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirilib. laboratoriyalar BP-Azərbaycan şirkətinin Qafqaz Universiteti ilə birgə layihəsi çərçivəsində yaradılıb. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç xatırladıb ki, laboratoriyaların yaradılması üçün BP-Azərbaycan şirkəti ilə 2009-cu ildə Anlaşma Memorandumu imzalanıb. Həmin vaxtdan bəri müvafiq işlər görülüb və alman mütəxəssisləri tərəfindən müasir tələblərə cavab verən müxtəlif xarakterli laboratoriyalar yaradılıb.
Onun sözlərinə görə, bütün laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilib. A.Saniç bildirib ki, kimya laboratoriyaları Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox böyük bir sərmayədir. Onun sözlərinə görə, laboratoriyalar neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcək. A.Saniç bildirib ki, qurulan laboratoriyalarda istifadə edilən avadanlıqlar Almaniyanın “Gunt” və “Prolab” firmalarının məhsuludur. Rektor sənaye ilə təhsilin əlaqələrinin yaradılması və bu birliyin inkişaf etdirilməsinin də zəruriliyini önə çəkib.
BP-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov isə bildirib ki, sözügedən laboratoriyalarda artıq 29 tələbə çalışır ki, onun da 3-ü prezident təqaüdçüsüdür. Təmsil olunduğu şirkətin fəaliyyəti ilə bağlı məlumat verən S.Xəlilov qeyd edib ki, əsas məqsədlərinin bir də Azərbaycanın davamlı inkişafına öz töhfələrini verməkdir. O, təhsillə sənayenin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının zəruriliyinə də toxunub.
Gələcəkdə universitetdə neft-qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması da planlaşdırılır. Seymur Xəlilov deyib ki, yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş tam laboratoriyalardır. Layihənin ümumi dəyəri 2 milyon 240 min dollardır. Vəsaitin 1 milyon 150 min dollarını bp, qalan hissəsini isə universitet təmin edib. Laboratoriyalar tələbələrin ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almasın şərait yaradacaq.
Təhsil nazirinin müavini Elmar Qasımov isə açıqlayıb ki, BP-Azərbaycan şirkəti Qafqaz Universitetində belə bir laboratoriyaların yaradılması üçün 1,2 mln. manat vəsait ayırıb. Nazir müavini hesab edir ki, Qafqaz Universitetində bu laboratoriyaların qurulması kimya mühəndisliyinin yüksək səviyyədə inkişafında böyük rol oynayacaq.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkili Fəttah Heydərov və digərləri mövzu ilə bağlı fikirlərini söyləyiblər.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=30470

Qafqaz Universitetində 2 milyon dollardan çox dəyəri olan beş laboratoriya açılıb


“BP” şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirərək Qafqaz Universitetində beş laboratoriya açıb.
“BP” şirkətindən Gün.Az-a verilən məlumata görə, layihə BP şirkətinin və Qafqaz Universitetinin birgə təşəbbüsüdür və onun ümumi dəyəri 2,240,000 dollardır. Bu vəsaitin  1,150,000 dollarını “BP” şirkəti, qalan hissəsini isə universitet özü təmin edir.

Bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş müasir laboratoriyalardır.
Layihənin ümumi məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır.
Laboratoriyalar “BP” şirkətinin 2009-cu ildə Qafqaz Universiteti ilə əməkdaşlıqda həyata keçirməyə başladığı irimiqyaslı təhsil təşəbbüsünün bir hissəsi olaraq açılıb.
Qeyd edək ki, “BP” şirkəti 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu imzalayıb ki, bu da universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır.

Nərmin Rəhimova
Gün.Az

“Azərikimya” Qafqaz Universitetindən mütəxəssislər gözləyir

Bakı, 22 yanvar, SalamNews, O.Kərimov. ARDNŞ-nin SalamNews-a İstehsalat Birliyində Qafqaz Univer­sitetinin rəhbərliyi ilə görüş keçirilib. Bu barədə SalamNews-a ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.
Birlik rəhbərliyi qeyd edib ki, “Azərikimya” İB-nin müəssisələrinə savadlı, yüksək intellektə malik gənc mütə­xəs­sislər göndərilməsi baxımından Qafqaz Universiteti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Qafqaz Universitetinin rektoru prof. Dr. Ahmet Sanıç Qafqaz Universitetinin 7 tələbəsinin ARDNŞ-nın təqaüdünə layiq görülməsini qürur hissi ilə xüsusi qeyd edib. Vurğulanıb ki, Universitet 2010-2011-ci tədris ilindən kimya mühəndisliyi ixtisası üzrə kadr hazırlığına başlamış, bu ildən mexanika, gələn ildən isə neft mühəndisliyi ixtisası üzrə tələbə qəbulunu da həyata keçirəcək. Bununla yanaşı tələbələrin gələcəkdə “Azərikimya” İB-nin müəssisələrində təcrübə keçmələri də planlaşdırılır.
http://salamnews.org/az/news/read/28454/ldquoazerikimyardquo-qafqaz-universitetinden-muumltexessisler-goumlzleyir-nbspnbsp/

BP Qafqaz Universitetində beş laboratoriya açıb

BP şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirərək Qafqaz Universitetində beş laboratoriya açıb. 
 BP şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirərək Qafqaz Universitetində beş laboratoriya açıb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir. Bu laboratoriyalar BP-nin 2009-cu ildə Qafqaz Universiteti ilə əməkdaşlıqda həyata keçirməyə başladığı irimiqyaslı təhsil təşəbbüsünün bir hissəsi olaraq açılır.
Layihənin ümumi məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır. Buna BP-nin maliyyə dəstəyilə yeni açılmış fakültələr vasitəsilə nail olunacaq.
Yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş müasir laboratoriyalardır. Onlar universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradacaq.
Bütövlükdə layihə BP şirkətinin və Qafqaz Universitetinin birgə təşəbbüsüdür və onun ümumi dəyəri 2,240,000 dollardır. Bu vəsaitin 1,150,000 dollarını BP, qalan hissəsini isə universitet özü təmin edir.
BP-nin regional prezidenti Rəşid Cavanşir deyib: "BP-nin Qafqaz Universiteti ilə əməkdaşlığının yaxşı nəticələr verdiyini görməkdən məmnunuq. Bizim açdığımız kimya mühəndisliyi fakültəsi artıq iki ildir ki, fəaliyyət göstərir və bu fakültəyə Azərbaycanın hər yerindən çox istedadlı gənclər cəlb edilmişdir ki, onlar kimya mühəndisliyi kimi çox mühüm bir sahədə ixtisaslaşan ilk yerli məzunlar olacaq. Ümid edirəm ki, bu gün bizim açdığımız laboratoriyalar bu ölkənin inkişafı üçün çox mühüm olan bir sahəni ixtisas seçmiş tələbələrin bütün lazımi bilik, vərdiş və bacarıqları əldə etməsində faydalı bir tədris vasitəsi olacaq".
BP 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu imzalayıb ki, bu da universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır.
Layihə 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə kimya mühəndisliyi fakültəsinin yaradılması planlaşdırılırdı ki, bu mərhələnin uğurlu nəticəsindən asılı olaraq layihənin sonrakı mərhələləri həyata keçirilsin. Sonrakı mərhələlərdə müvafiq olaraq neft və qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması planlaşdırılır.
http://www.timeturk.com/az/2011/05/25/bp-qafqaz-universitetinde-bes-laboratoriya-acib.html

BP Qafqaz Universitetində beş laboratoriya açıb

Layihənin məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır
Bu gün BP şirkəti Azərbaycanda Qafqaz Universitetində beş laboratoriya açıb. "BP-Azərbaycan"ın mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, bu laboratoriyalar layihənin ümumi məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır. Buna BP-nin maliyyə dəstəyilə yeni açılmış fakültələr vasitəsilə nail olunacaq.
Yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş müasir laboratoriyalardır. Onlar universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradacaq.
Bütövlükdə layihə BP şirkətinin və Qafqaz Universitetinin birgə təşəbbüsüdür və onun ümumi dəyəri 2,240,000 dollardır. Bu vəsaitin 1,150,000 dollarını BP, qalan hissəsini isə universitet özü təmin edir.
BP-nin regional prezidenti Rəşid Cavanşir BP-nin Qafqaz Universiteti ilə əməkdaşlığının yaxşı nəticələr verdiyini görməkdən məmnun olduğunu bildirib:
"Bizim açdığımız kimya mühəndisliyi fakültəsi artıq iki ildir ki, fəaliyyət göstərir və bu fakültəyə Azərbaycanın hər yerindən çox istedadlı gənclər cəlb edilib. Onlar kimya mühəndisliyi kimi çox mühüm bir sahədə ixtisaslaşan ilk yerli məzunlar olacaq.
Ümid edirəm ki, bu gün bizim açdığımız laboratoriyalar bu ölkənin inkişafı üçün çox mühüm olan bir sahəni ixtisas seçmiş tələbələrin bütün lazımi bilik, vərdiş və bacarıqları əldə etməsində faydalı bir tədris vasitəsi olacaq.
Tələbələrin bu fakültəyə yüksək ballarla, üç nəfərin isə prezident təqaüdü almasına imkan verən ən yüksək balla qəbul edildiyini eşitmək mənim üçün xüsusilə xoşdur. Mən BP-nin Azərbaycanda belə istedadlı gənclərə dəstək verməsindən çox məmnunam və birgə təşəbbüsümüzün belə uğurla həyata keçməsinə görə bu layihədəki tərəfdaşımıza – Qafqaz Universitetinə təşəkkür etmək istərdim”.
Qeyd edək ki, BP 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu (AM) imzalayıb ki, bu da universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır.
Layihə 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə kimya mühəndisliyi fakültəsinin yaradılması planlaşdırılırdı ki, bu mərhələnin uğurlu nəticəsindən asılı olaraq layihənin sonrakı mərhələləri həyata keçirilsin. Sonrakı mərhələlərdə müvafiq olaraq neft və qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması planlaşdırılır.
Artıq iki ildir ki, 1-ci mərhələ davam edir. Kimya mühəndisliyi fakültəsi 2009-cu ildə yaradılıb və indiyədək bu fakültəyə 29 tələbə qəbul olunub. Onlardan 8 nəfəri 2009-2010-cu il və 21 nəfəri isə 2010-2011-ci ildə daxil olublar. Bu tələbələrin üç nəfəri ən yüksək bal topladığına görə prezident təqaüdü alırlar, 2010-cu ildə qəbul olunmuş tələbələrin isə hamısı yüksək bal topladıqlarına görə dövlət təqaüdü alırlar.
Bu layihəni maliyyələşdirməklə yanaşı, BP həm də yeni yaradılmış fakültələrin tələbələrini BP-nin mövcud intern proqramlarına müraciət etməyə və işəgötürmə proseslərində başqaları ilə eyni əsasda iştirak etməyə dəvət edir, BP mütəxəssislərinin müntəzəm olaraq keçirilən seminar və konfranslarda öz bilik və təcrübələrini bölüşdürməklə universitetin mühəndis proqramlarına töhfələr verməsini təmin edir və tələbələrin sənaye ilə təmasını artırmaq üçün onların müvafiq BP laboratoriyalarından istifadəsinə şərait yaradır.
http://www.anspress.com/index.php?a=2&lng=az&nid=102061

Qafqaz Universitetində “Kimya mühəndisliyi laboratoriyaları”nın açılışı olmuşdur

Bakı, 24 may (AzərTAc). Mayın 24-də Qafqaz Universitetində “Kimya mühəndisliyi laboratoriyaları”nın açılışı olmuşdur.
Laboratoriyalar Qafqaz Universiteti və bp-Azərbaycan şirkətinin birgə layihəsi çərçivəsində təşkil edilmişdir.
Milli Məclisin deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin iştirak etdikləri açılış mərasimində universitetin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin elmə, təhsilə böyük əhəmiyyət verdiyini, müdrik rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. O, rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən danışmışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, Prezident İlham Əliyevin müvafiq sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini xatırlatmışdır.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, bp-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov, Milli Məclisin deputatı Fəttah Heydərov müasir dünyada elmin, təhsilin rolundan danışmış, təhsil müəssisəsində yeni laboratoriyalardan səmərəli istifadə olunacağına əminliklərini bildirmiş, müəllim və tələbələrə nailiyyətlər arzulamışlar.
Məlumat verilmişdir ki, kimya mühəndisliyi laboratoriyaları (Ümumi kimya laboratoriyası, Analitik kimya laboratoriyası, Üzvi kimya laboratoriyası, Kimya mühəndisliyi və fiziki-kimya laboratoriyaları və s.) universitetdə kimya mühəndisliyi ixtisası üzrə mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacaqdır. Laboratoriyanın yaradılmasına 1,2 milyon manat vəsait sərf edilmişdir.
Sonra tədbir iştirakçıları müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarla tanış olmuşlar.
http://pda.azertag.com/news.jsp?id=7431&lang=az&date=2011-05-24&partition=8

25 Mayıs 2011 Çarşamba

The Chemical Engineering Laboratories Opened At Qafqaz University


         Within the framework of joint project of BP-Azerbaijan and Qafqaz University, the opening ceremony of the chemical engineering laboratories was held at Qafqaz University. Ahmet Sanic, the rector of Qafqaz University made a speech at the event and reminded that, for the establishment of laboratories, a Memorandum of Understanding has been signed between BP and Azerbaijan in 2009. Ahmet Sanic noted that, the chemistry laboratories are great investment which will support the economic development of Azerbaijan.
        The rector specially emphasized the necessity of the establishment of relations between education and industry and the importance of to develop these relations. Seymour Khalilov, the Vice President of Bp-Azerbaijan Company noted that there already 29 students working in the above mentioned laboratories and 3 of them are presidential scholars.
        Giving a little bit information about the activities of the BP, Seymour Khalilov noted that one of the main objectives of BP is to contribute the sustainable development of Azerbaijan. He also talked about the necessity of the establishment of relations between education and industry.
      Then, the deputy Minister of Education Mr. Elmar Qasimov said that, the establishment of the laboratories at Qafqaz University will play an important role in the development of chemical engineering. Hulusi Kilic, the ambassador of Turkey to Azerbaijan, Fattah Heydarov the Member of Parliament and others gave their thoughts on the subject.

THE 3rd YOUTH FESTIVAL DEVOTED TO 88th ANNIVERSARY OF NATIONAL LEADER HAYDAR ALIYEV HELD AT QAFQAZ UNIVERSITY

The 3rd Youth Festival devoted to 88th anniversary of National Leader Heydar Aliyev was held at Qafqaz University Campus. At the event, Professor Ahmet Sanic, the rector of Qafqaz University made speech and in his speech he noted that, the selection of the name “the 3rd Youth Festival” which is devoted to 88th anniversary of National Leader Heydar Aliyev comes from the great leader’s statement of "I always see the future of Turkish world in the young generation". ”Love of motherland, nation, people, language and national culture held special place in Heydar Aliyev’s heritage. He considered all of these as basic human values. The great leader’s meaningful way of life is the real example for the education of our young generation who are the guarantor of our future development.  
Heydar Aliyev was the founder of the modern youth policy.  On the initiative of the Mr. President Ilham Aliyev who is the successor of Heydar Aliyev the special care and attention to the youth is undeniable. The rector spoke about the suitable opportunities for the youth of Qafqaz University in the field of education.  Then at the event, within the framework of “Qafqaz University chooses the man of the year the following people was awarded to the nomination of the year such as:
Arif Pashayev, the rector of Azerbaijan National Aviation Academy was awarded to the science man of the year nomination,  Arif Esedov, the professional head coach of Neftchi Football team was awarded to the sportsman of the year nomination, Rashad Abdullayev, a football player of the professional Neftchi Football team awarded to the football player of the year nomination, Zelimkhan Yagub, the people’s poet awarded to the poet of the year nomination, Anar Rza, the chairman of the Azerbaijan Writers Union awarded to the writer of the year nomination, Niftali Gocayev, the vice rector on scientific works of Qafqaz university awarded to the teacher of the year nomination, Sevda Yehyaeva awared to the lady singer of the year nomination, Elchin Ceferov awared to the young singer of the year nomination, Abdolbari Goozal ,the president of Azersun Holding awarded to the businessman of the year nomination, Mubariz Mensimov, the president of Palmali Company was awarded to the nomination of the successful Azerbaijani businessman in abroad.
After the presentation ceremony, the festival kept on with the concert program. At the festival, stands and the exhibition of the works prepared by the students of Qafqaz University were displayed. The winners of mini football, chess, and table tennis competition were given presents by Ahmet Sanic. Different songs by well known singers gladdened the participants.

Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyaları açılıb

Bu gün Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, laboratoriyalar BP-Azərbaycan şirkətinin Qafqaz Universiteti ilə birgə layihəsi çərçivəsində yaradılıb.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç xatırladıb ki, laboratoriyaların yaradılması üçün BP-Azərbaycan şirkəti ilə 2009-cu ildə Anlaşma Memorandumu imzalanıb. Həmin vaxtdan bəri müvafiq işlər görülüb və alman mütəxəssisləri tərəfindən müasir tələblərə cavab verən müxtəlif xarakterli laboratoriyalar yaradılıb.
Onun sözlərinə görə, bütün laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilib. A.Saniç bildirib ki, kimya laboratoriyaları Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox böyük bir sərmayədir. Onun sözlərinə görə, laboratoriyalar neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcək. A.Saniç bildirib ki, qurulan laboratoriyalarda istifadə edilən avadanlıqlar Almaniyanın “Gunt” və “Prolab” firmalarının məhsuludur. Rektor sənaye ilə təhsilin əlaqələrinin yaradılması və bu birliyin inkişaf etdirilməsinin də zəruriliyini önə çəkib.
BP-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov isə bildirib ki, sözügedən laboratoriyalarda artıq 29 tələbə çalışır ki, onun da 3-ü prezident təqaüdçüsüdür. Təmsil olunduğu şirkətin fəaliyyəti ilə bağlı məlumat verən S.Xəlilov qeyd edib ki, əsas məqsədlərinin bir də  Azərbaycanın davamlı inkişafına öz töhfələrini  verməkdir. O, təhsillə sənayenin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının zəruriliyinə də toxunub.
Təhsil nazirinin müavini Elmar Qasımov isə açıqlayıb ki, BP-Azərbaycan şirkəti Qafqaz Universitetində belə bir laboratoriyaların yaradılması üçün 1,2 mln. manat vəsait ayırıb. Nazir müavini hesab edir ki, Qafqaz Universitetində bu laboratoriyaların qurulması kimya mühəndisliyinin yüksək səviyyədə inkişafında böyük rol oynayacaq.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkili Fəttah Heydərov və digərləri mövzu ilə bağlı fikirlərini söyləyiblər.
Atif Eyvazov/AZADİNFORM. 
http://www.azadinform.az/news/a-2671.html

BP-nin Azərbaycanda təhsil təşəbbüsləri

Azərbaycanın mühüm neft və qaz işlənmələri və nəqli layihələrinin operatoru kimi BP şirkəti öz üzərinə Azərbaycanın uğurlu gələcəyinə öz töhfələrini vermək öhdəliyi götürüb və bu öhdəliyin bir hissəsi kimi o, bu ölkədə çox mühüm təhsil təşəbbüslərinə və proqramlarına dəstək verir. 

Bu təşəbbüslərin əksəriyyəti energetika sənayesinin inkişafına dəstək vermək, texniki sahələrdə təhsil imkanlarını genişləndirmək və biznes tədrisini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. BP şirkəti Milli Elmlər Akademiyası, Dövlət Neft Akademiyası, Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Texniki Universitet və Qafqaz Universiteti, bir çox orta və peşə-texniki məktəbləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycanın neft-qaz sənayesinin inkişaf etdirilməsinə öz töhvəsini verməkdə davam edir və milli energetika sənayesində çalışan yüksək ixtisaslı mütəxəssislərin və işçi qüvvəsinin yeni nəslinin təhsil və təliminə dəstək verir.

Mətbuat üçün nəzərdə tutulmuş bu paket BP-nin təhsil və bacarıqların yaradılması təşəbbüslərinin ən mühüm nümunələri haqqında məlumat verir. 

1. BP-nin xüsusi təqaüd proqramı

Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi və geoloji kəşfiyyat elmləri sahəsində ixtisaslaşan tələbələrin təhsildə əla göstəricilərə nail olmasını stimullaşdırmaq məqsədi ilə ilk dəfə 2007-ci ildə həyata keçirilən BP-nin xüsusi təqaüd proqramı indi də davam edən bir təşəbbüsdür.

İndiyədək BP-nin xüsusi təqaüd mükafatlarını (hər biri 1000 AZN olmaqla) Dövlət Neft Akademiyasında neft-qaz mədən mühəndisliyi və geoloji-kəşfiyyat sahələrində ixtisaslaşan 120 nəfər birinci kurs tələbəsi almışdır. Onlar əsasən şəhər, rayon və milli olimpiadaların qalibləri, eləcə də məcburi köçkün və qaçqın ailələrindən olan istedadlı tələbələrdir.

BP-nin xüsusi təqaüd proqramı onun iştirak etdiyi digər mühüm təqaüd təşəbbüsləri ilə birlikdə, şirkətin hər il yay vaxtı üçün nəzərdə tutulmuş interna (tələbələr üçün müvəqqəti iş) proqramı üçün əsas kontingenti təmin edir. Məsələn, 2009-cu ildə neft-qaz mədən mühəndisliyi və geoloji kəşfiyyat sahələri üzrə BP-də yay internası keçən tələbələrin 70%-i ya BP-nin xüsusi təqaüd mükafatlarını, ya da BP-nin iştirak etdiyi digər təqaüdləri alanlar olmuşdur.

Bundan başqa, xüsusi təqaüdlər proqramının bir hissəsi kimi, son illərdə BP Dövlət Neft Akademiyasının kitabxanasına dəyəri 5000 AZN olan kitablar və elmi jurnallar hədiyyə etmişdir (bu, 26 may 2010-cu il tarixində hədiyyə etdiyimiz 10000 AZN dəyərində kitablara əlavədir. Bu haqda daha ətraflı bu gün (26 may 2010-cu il) buraxdığımız pres relizə baxın). 
 

2. Qafqaz Universitetində yeni fakültələrin yaradılması

BP Bakıdakı Qafqaz Unversitetinə öz tədris planına kimya mühəndisliyi, neft-qaz və maşınqayırma kimi əsas fənlər daxil etməklə tədris planını genişləndirməkdə kömək etmək üçün davamlı bir öhdəlik götürmüşdür. Bu, gələcək illərdə Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox mühüm bir sərmayədir. Gözlənilir ki, bu proqram neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir.

2009-cu ildə BP 2009-2012-ci illəri əhatə edən və üç mərhələdə həyata keçiriləcək bu layihəyə başlamaq üçün universitet ilə anlaşma memorandumu (AM) imzaladı. Memoranduma əsasən bu üç yeni fənnin tədrisi üçün tələb olunan laboratoriyaların və əlaqədar materialların maliyyələşdirilməsini BP təmin edəcəkdir. Universitet hələ keçən il seçilmiş səkkiz tələbə ilə Kimya mühəndisliyi fakültəsini yaratmağa başlamışdır. Bu məqsədlə aparılan işlərə universitetin Bakıdakı şəhərciyində müasir kimya mühəndisliyi laboratoriyasının yaradılması da daxildir. 

24 Mayıs 2011 Salı

Kimya Mühəndisliyi üzrə Bakalavr Proqramı (1-ci mərhələ)


Faylın həcmi: 4.2 MB

Qafqaz Universitetində 24 may 2011-ci il tarixində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçiriləcək


Qafqaz Universiteti və BP Azərbaycan şirkəti qoyduqları 1ci mərhələdəki məqsədlərinə çatdılar.

Qafqaz Universiteti və BP Azərbaycan şirkətinin müştərək layihəsi çərçivəsində Qafqaz Universitetində 24 may 2011-ci il tarixində kimya mühəndisliyi  laboratoriyalarının  açılış mərasimi keçiriləcəkdir. 
BP şirkəti Azərbaycanın uğurlu gələcəyinə öz töhfələrini vermək, təhsilin inkişafına dəstək təşəbbüslərinə və proqramlarına dəstək vermək məqsədi ilə 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu  imzalamışdır. Memorandumu BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir Qafqaz Universiteti tərəfindən rektor Ahmet Saniç imzalamışdılar . Üç yeni bölmənin qurulması üçün tələb olunan laboratoriyaların və əlaqədar materialların maliyyələşdirilməsini BP şirkəti öz üzərinə götürmüşdür.
Qafqaz  Universitetində  açılacaq  kimya laboratoriyası Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox mühüm bir sərmayədir.  Neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir. Qurulan laboratoriyalarda istifadə edilən avadanlıqlar öz sahələrində söz sahibi olan (GUNT) ve (PROLAB)  firmalarının məhsullarıdır .Laboratoriyalar beş otaqdan ibarətdir .
Ümumi Kimya Laboratoriyası
Bu laboratoriya təməl kimyəvi prosesləri təcrübələr vasitəsi ilə anlamaq üçün qurulub. Əlavə olaraq laboratoriya ilə tanışlıq zamanı tələbələr məlumat toplayıb analiz edəcək, təcrübələrin nəticələrini təhlil edərək müxtəlif qaynaqlardan istifadə etməklə vərdişlərini daha da inkişaf etdirə biləcəklər. Laboratoriyanın təhlükəsizliyinə və avadanlıqlardan ehtiyatlı istifadə edilə bilməsi vərdişləri də tələblərə bu laboratoriyada aşılanacaqdır.
Analitik Kimya Laboratoriyası
Bu laboratoriyada keyfiyyət analizi, ayırma prosesləri müasir cihazlar vasitəsi ilə öyrənilir. Bu cihazlara alov fotometri, sentrifuqa aparatı, Karl-Fişer titratoru və s. daxildir. Laboratoriyadakı şərait nəinki tələbələrin praktik işlərlə məşqul olmaları ilə yanaşı araşdırma aparmaq üçün də əlverişli olacaqdır.
Üzvi Kimya Laboratoriyası
Laboratoriyadakı avadanlıqlardan isitfadə etməklə müasir üzvi sintezləri asanlıqla həyata keçirmək və tərkib analizi etmək olar. Bu cihazlara karbon hidrogen azot analizi cihazı, spektrofotometer, polarometer vakum sistemi və s. daxildir.
 Kimya mühəndisliyi və fiziki-kimya laboratoriyaları
Əməliyyatlar laboratoriyası: Bu laboratoriyada tələbələr kimya mühəndisliyinin prinsiplərini və onların tətbiqini öyrənirlər. Laboratriyada bir sıra mühəndislik təcrübələrini həyata keçirmək üçün cihazlar var.  Tələbələr bu laboratoriyada mühəndisliklə bağlı problemləri həll etmək imkanına malikdirlər. Laboratoriyada aşağıdakı sahələrdə iş aparıla bilər: axının mexanikası (hidromexanika), istilik ötürülməsi və termodinamika.
Proses mühəndisliyi laboratoriyasi:
 Emal mühəndisliyi laboratoriyası sistematik kompyuter nəzarəti vasitəsi ilə əməliyyatların, nəzarətin, dizayn və emal proseslərinin optimallaşdırılması istiqəmətində ixtisaslaşmışdır. Bu laboratoriya sənayenin müxtəlif sahələrinə aid prosesləri əhatə edir.
Fiziki-kimya Laboratoriyası:
Bu laboratoriyada fiziki-kimya ilə bağlı araşdırmalar aparmaq mümkündür. Cihazların çoxu proqramlaşdırılıb. Bu təchizatlara ion mübadilə cihazı, karbon diaoksid hava və müxtəlif qazların olduğu mühitlərdə korroziya prosesini öyrənən cihaz və s. daxildir.

Liseydə şair, pedaqoq, alim Mirhaşım Talışlının 85 illiyi keçirildi

Mayın 19-da Lənkəran Özəl Türk Liseyində pedaqoq, alim, şair Mirhaşım Talışlının 85 illik yubileyi münasibəti ilə görüş keçirilib. Əvvəlcə yubiley iştirakçıları şairin həyat və yaradıcılığından bəhs edən foto-stendlərlə və kitabları ilə tanış olublar. Sonra  yubiley tədbirini giriş sözü ilə açan liseyin müdiri Murat Kadifeci, şairin mənalı həyatı və şeirləri, eləcədə ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra Yazıçılar Birliyinin üzvləri və Lənkəran Dövlət Universitetinin müəllim heyəti çıxış edərək yubileyar haqqında xoş söz söyləyiblər. Tədbirdə şairin müxtəlif səpkili şeirləri səslənib. Şair Lənkəran Özəl Türk Liseyində yubileyini keçirdiklərinə görə lisey rəhbərliyinə və müəllim kollektivinə dərin minnətdarlığını bildirib və Liseydə müəllim işlədiyi dövrlərdən xoş xatirələr danışıb. Tədbirin sonunda şair Mirhaşım Talışlıya 85 illik yubileyi münasibəti ilə fəxri fərman təqdim olunub.

  www.cag.edu.az

FHN-nin əməkdaşları şagirdlərlə görüşüb

Mayın 18-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Regional mərkəzinin əməkdaşları Lənkəran Özəl Türk Liseyinin şagirdləri ilə görüş keçiriblər. Görüşdə FHN-nin əməkdaşları lisey şagirdlərinə fövqəladə hallarda davranmağın qaydaları belə vəziyyətlərdə xilas olmağın yolları barədə məlumat veriblər. Sonra adı çəkilən nazirliyin xilasetmə qrupu lisey şagirdlərinə əyani olaraq insanlara göstərilən yardımın qaydalarını və vərdişlərini məktəb həyətində göstəriblər. Maraqlı keçən görüşdə FHN-nin Lənkəran regional mərkəzinin rəis muavini Zaur Hüseynov şagirdləri düşündürən çoxsaylı sualları cavablandırıb. Görüşün sonunda Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci qonaqlara liseyin müəllim heyəti və şagird kollektivi adından minnətdarlığını bildirib.

21 Mayıs 2011 Cumartesi

“Neftçi” Futbol komandasının Baş məsqçisi Gimnaziyada

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında 19 May Atatürkü Anma Gənclik və İdman Bayramı munasibəti ilə Azərbaycan Futbol liqasının çempionu “Neftçi” Futbol komandasının Baş məsqçisi Arif  Əsədovla görüs keçirilib. Əvvəlcə Neftçinin keçirdiyi oyunlardan bəhs edən videoçarx nümayiş olunub. Sonra “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş çıxış edərək bayram münasibəti ilə təbrik edib. Sonra görüşdə iştirak edən Arif Əsədov və onun rəhbərlik etdiyi futbol komandası haqqında məlumat verib.   
Daha sonra A. Əsədov çıxış eərək gənclərin onlara daima dəstək olaraq ruhlandırdıqlarından, komandanın dünəni, bu günü və gələcək planlarından danışıb. Şagirdləri düşündürən sualları cavablandırıb. Neftçinin bundan sonra da azarkeşlərini sevindirəcək qələbələr qazanacaqlarını futbol aləmində öz sözlərini deyəcəklərini bildirib. Sonra Gimnaziyada təşkil olunan idman yarışlarının qaliblərinə mükafat təqdim edib.
Sonda “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri S. Aktaş “Neftçi” komandasının Baş məsqçisi A. Əsədova xatirə hədiyyəsi təqdim edib.  
  
 

Məktəblilər Gürcüstandan Azərbaycana 6 medal gətirdilər

Mayın 13-15 də Gürcüstanın paytaxtı Tiflis şəhərində IV Beynəlxalq Gənc İcad edənlər Layihə Olimpiadası (IYİPO-2011)keçirilib. Dünyanın 30 ölkəsindən 154 şagirdin iştirak etdiyi olimpiadada uğurla iştirak edən Sumqayıt Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Səməd Əhmədov qızıl, Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin 9-cu sinif şagirdi Movlan Əhmədov gümüş, Ağdaş Özəl Türk Liseyinin 9-cu sinif şagirdləri İftixar Hüseynov və Firuddin Davudzadə gümüş, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 9-cu sinif şagirdləri Aslan Mənsurov  və  Azər Əsgərov bürünc medallar qazanıblar.

 

Şagirdlər Rumınyadan Vətənə medallarla qayıtdılar

Mayın 5-9 da Rumınyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Beynəlxalq İnformatika Layihə Olimpiadasında Quba Özəl Türk Liseyinin şagirdləri Cahandar Musayev, Enrike Nurməmmədov, Bakı Özəl Türk Liseyinin şagirdləri Fatih Kursat Taşkın və Abdullah Tarik Dinlemez biliklərini sınayıblar. Dünyanın 36 ölkəsinin iştirak etdiyi bu yarışmada Quba ÖTL proqlama kateqoriyasında 3 bürünc, Bakı ÖTL isə 2 gümüş medal qazanıblar. 

Lisey şagirdləri ABŞ-da gümüş medallar qazandılar

Mayın 4-9 da Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Enerji Ətraf Mühit Mühəndislik Layihə Olimpiadası( ISWEEEP-2011) keçirilib. Olimpiada da dünyanın 70 ölkəsindən olan şagirdlər iştirak edib. Bu olimpiada da iştirak edən “Qafqaz”Azərbaycan- Türkiyə Özəl Gimnaziyasının şagirdləri Azər Əsgərov və Aslan Mansurov olimpiadanın gümüş, “ Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdləri Emil Əhmədli və Ayxan İbrahimov həvəsləndirici mükafatlara layiq görülüblər.   
www.cag.edu.az

 

“Heydər Əliyev və M.Kamal Atatürk” adlı konfrans keçirilib

Mayın 16-da Gəncə Dövlət Universitetində(GDU) müstəqilliyimizin 20-ci ilinə həsr edilmiş  “Heydər Əliyev və M.Kamal Atatürk” adlı konfrans keçirilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səslənib. GDU və Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin birgə təşkil etdiyi, konfransı giriş sözü ilə açan GDU-nun rektoru  prof. Elman Məmmədov bu tədbirin keçirilməsinin məram və məqsədindən danışıb. İki qardaş ölkənin elm və təhsil sahəsində əlaqələrinin yüksək səviyyədə qurulmasından söhbət açıb. Sonra Türkiyənin Gəncədəki Baş Konsulu Haluk Ağca çıxış edərək Ümummilli lider H. Əliyev Ulu Öndər M. K. Atatürk haqqında və iki ölkə arasındakı uğurlu diplomatik əlaqələrdən, bu əlaqələrin daima yüksələn xətlə inkişaf etməsindən eləcədə bu tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov, Gəncə ATÖL-ün müdiri Kenan Güzel çıxış edərək belə tədbirlərin keçirilməsi iki qardaş ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə xidmər etdiyini bnildiriblər. K. Güzel “ÇAĞ” Öyrətim Şirkətinin Azərbaycanda  fəaliyyətinin  birbaşa Ümummilli lierimiz H. Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə olan diqqət və qayğısı sayəsində şirkətin etimadına sədaqətlə fəaliyyətini uğurla davam etdirdiyini deyib. Bundan sonra da ləyaqətlə çalışacaqlarını söyləyib. GDU-nun  müəllim və tələbə kollektivi televiziya və mətnuat nümayəndələri iştirak etdilər.
Konfransda Gəncə-Azərbaycan Türkiyə Özəl Liseyinin şagirdləri H. Əliyev və M. K. Atatürkə həsr olunmuş şeirlər söyləyiblər.

20 Mayıs 2011 Cuma

“Yılın Yazarı” Ödülü Onursal Başkanımız Anar’a verildi

Haydar Aliyev’in doğumunun 88. Yıl kutlamaları çerçevesinde Qafqaz üniversitesi öğrencileri yılın adamlarını da seçti. Yılın Yazarı ödülüne Onursal Başkanı Anar layık görüldü. Azerbaycan’ın Umummilli lideri Haydar Aliyev’in doğumunun 88. Yıl dönümü münasebeti ile 3. Gençlik Şenliği şöleni yapıldı. Qafqaz üniversitesi öğrencileri yılın adamlarını da seçti. Yılın Yazarı ödülüne Onursal Başkanı Anar layık görüldü.
Qafqaz üniversitesi ve Diyalog Avrasya Azerbaycan Koordinatörlüğü tarafından düzenlenen törende Üniversitenin rektörü Prof. Ahmet Saniç tarafından Anar’a ödülü takdim edildi.
Törende konuşan Anar, “Gençler tarafından böyle bir ödüle layık görülmenin ehemmiyeti çok önem arz etmektedir. Benim gibi yaşlı bir yazarı genç nesil okuyor ve ödüle layık görüyorsa edebiyatımızın genç kuşaklara aktarıldığında şüphe yoktur. Bir yazar için en güzel hediye de bu olsa gerektir.” dedi.
Mustafa Saatçi – DA Dergisi -  Bakü
http://daplatform.org/2076

Qafqaz Universitetində Türkmənistanın xalq şairi, türk dünyasının tanınmış filosofu Məxtimqulu Firagiyə həsr olunmuş tədbir keçirilib.

 



[“Qafqaz” Məxtimqulunun həyat və fəaliyyətinə nəzər salıb]


Qafqaz Universitetində Türkmənistanın xalq şairi, türk dünyasının tanınmış filosofu Məxtimqulu Firagiyə həsr olunmuş tədbir keçirilib. Dünən Qafqaz Universitetində Türkmənistanın xalq şairi, türk dünyasının tanınmış filosofu Məxtimqulu Firagiyə həsr olunmuş tədbir keçirilib. Qafqaz Universiteti, Türkmənistanın Azərbaycandakı səfirliyi və Dialoq Avrasiya Platformasının (DAP) təşkilatçılığı ilə keçirilmiş tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatlar, millət vəkilləri, universitet rektorları və çox sayda elm, sənət adamları iştirak edib. Qafqaz” Universitetinin  rektoru, professor Ahmet Saniç Məxtimqulu kimi dəyərli mütəfəkkirlərin bəşəriyyət üçün önəmli olduğunu söyləyib. “Bir olsaq, diri olarıq”,- deyən rektor ümumbəşəri dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayıb. Türkmənistanın ölkəmizdəki səfiri Toylu Kömekov Məxtimqulunun bütün dünyanın xəzinəsi olduğunu vurğulayıb Məxtimqulu və Yunus Əmrənin şeirlərinin ortaq qaynaqlardan qidalandığını deyən DAP-ın Azərbaycan təmsilçisi Mustafa Saatçı isə: “Bizim özümüz, kökümüz bir olduğu üçün, mədəniyyətlərimiz də oxşardır, yaxındır” söyləyib. “Çağ” Öyrətim Şirkətinin prezidenti, fəlsəfə doktoru Ənvər Özərən isə Məxtimqulu kimi şəxsiyyətlərin dünyada sülhün və dialoqun təminatçısı olduğunu bildirib: “Onlar yazdıqları əsərlərlə, yaşadıqları həyatla növbəti nəsillərə nümunə olduqlarını göstərdilər”. Məxtimqulunun əsərlərinin ölümündən sonra “Bağışla bizi” adlı kitabda toplandığını bildirən Ə. Özərən belə şəxsiyyətlərə vaxtında qiymət verilməsinin vacibliyini vurğulayıb.

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?sectionId=59&newsId=38058

Türkmənistan səfirliyi Bakıda "Dirçəliş, birlik və Məxtimqulu poeziyası" elmi konfransını təşkil edib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir S.Ağayeva/
Bakıda Qafqaz Universitetində Dirçəliş, Birlik və Məxtimqulu Fəraqi poeziyası Günü çərçivəsində Türkmənistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə elmi-mədəni tədbir keçirilib.
"Mayın 18-də Türkmənistanda ölkənin əsas bayramlarından hesab edilən və türkmən xalqının nəsillərinin qədim mədəniyyətlə ayrılmaz əlaqəsini simvolizə edən Dirçəliş, birlik və Məxtimqulu Fəraqi poeziyası Günü qeyd edilir", - Trend-in məlumatına görə, Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov konfransda bildirib.
Onun sözlərinə görə, müstəqil və neytral ölkə olan Türkmənistan Avrasiya qitəsində ən sürətlə artan iqtisadiyyata malikdir. Türkmənistan Prezidentinin daxili islahatlar siyasəti xalqın güzəranının ən yüksək səviyyədə təmin olunmasına yönəlib.
Diplomat son vaxtlar türkmən-Azərbaycan münasibətlərində hər iki ölkənin liderlərinin səyləri sayəsində yeni səhifənin açıldığını qeyd edib. "Qarşılıqlı rəsmi səfərlər zamanı prezidentlərin görüşləri dövlətlərarası münasibətlərin möhkəmlənməsi və inkişafı yolunda mühüm addımlardır, dövlətlərarası münasibətlərin inkişafı dostluq, qardaşlıq və səmərəli əməkdaşlıq əlaqələrinin inkişafıdır", - səfir qeyd edib.
"Bu gün biz eyni vaxtda ikiqat bayram qeyd edirik - Xəzər sahillərində yaşayan hər iki xalqın dostluq bayramı, bir dil, mədəniyyət və tarixi irsin birləşdirdiyi xalqların dostluq bayramını. Bu dostluq böyük şair Məxtimqulu Fəraqi tərəfindən tərənnüm edilib, onun çoxtərəfli yaradıcılığının əsası olub", - səfir deyib.
Dünya şöhrətli şair Məxtimqulu Fəraqi ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfə verib.
Mənası "ayrı salınmış" demək olan Fəraqi təxəllüsünü şair özünə ahıl yaşlarında götürüb. O, ərəb və fars dillərini mükəmməl bilib. Məxtimqulu türkmən poetik dilini bir qədər dəyişərək onu xalq dilinə yaxınlaşdırıb.
Azərbaycanın müxtəlif ali məktəblərinin tələbələri Azərbaycan, türkmən, türk və rus dillərində Məxtimqulunun bədii yaradıcılıq nümunələrini ifa ediblər.
Tədbirdə bir sıra ölkələrin səfirləri, Qafqaz Universitetinin rəhbərliyi, ali məktəbin müəllim və tələbələri iştirak ediblər.
Türkmənistanın Azərbaycandakı səfirliyi universitetin foyesində ölkə mədəniyyəti və tarixinin nümunələrinin nümayiş olunduğu sərgi də təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az
http://az.trend.az/news/politics/1877978.html

"Qafqaz" Məxtimqulunun həyat və fəaliyyətinə nəzər salıb


Qafqaz Universitetində Türkmənistanın xalq şairi, türk dünyasının tanınmış filosofu Məxtimqulu Firagiyə həsr olunmuş tədbir keçirilib. Qafqaz Universiteti, Türkmənistanın Azərbaycandakı səfirliyi və Dialoq Avrasiya Platformasının (DAP) təşkilatçılığı ilə keçirilmiş tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatlar, millət vəkilləri, universitet rektorları və çox sayda elm, sənət adamları iştirak edib.
Qafqaz" Universitetinin rektoru, professor Ahmet Saniç Məxtimqulu kimi dəyərli mütəfəkkirlərin bəşəriyyət üçün önəmli olduğunu söyləyib. "Bir olsaq, diri olarıq",- deyən rektor ümumbəşəri dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayıb. Türkmənistanın ölkəmizdəki səfiri Toylu Kömekov Məxtimqulunun bütün dünyanın xəzinəsi olduğunu vurğulayıb Məxtimqulu və Yunus Əmrənin şeirlərinin ortaq qaynaqlardan qidalandığını deyən DAP-ın Azərbaycan təmsilçisi Mustafa Saatçı isə: "Bizim özümüz, kökümüz bir olduğu üçün, mədəniyyətlərimiz də oxşardır, yaxındır" söyləyib. "Çağ" Öyrətim Şirkətinin prezidenti, fəlsəfə doktoru Ənvər Özərən isə Məxtimqulu kimi şəxsiyyətlərin dünyada sülhün və dialoqun təminatçısı olduğunu bildirib: "Onlar yazdıqları əsərlərlə, yaşadıqları həyatla növbəti nəsillərə nümunə olduqlarını göstərdilər". Məxtimqulunun əsərlərinin ölümündən sonra "Bağışla bizi" adlı kitabda toplandığını bildirən Ə. Özərən belə şəxsiyyətlərə vaxtında qiymət verilməsinin vacibliyini vurğulayıb.

Qafqaz Universitetində hazırlıq kurslarına start verilir

4 iyun 2011–ci ildə Qafqaz Universitetində TOEFL, IELTS və ümumi ingilis dili hazırlıq kurslarına start veriləcəkdir. Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi tərəfindən təşkil olunan kurslar tələbələri beynalxalq imtahanlara hazırlayan təcrübəli müəllimlər tərəfindən keçiriləcəkdir. Tamamilə qabaqcıl texnoloji qurğularla təchiz edilmiş siniflərdə kurs iştirakçılarının dərslərə hakim olması üçün hər bir şərait hazırlanmışdır. Bununla yanaşı, kurs iştirakçıları yazılı ədəbiyyatla yanaşı elektron dərs vəsaiti ilə də təmin ediləcəkdir. Kurslarda mütəmadi olaraq (beş dərsdən çox yayınmamaq şərti ilə) iştirak etmiş və müvəffəqiyyət qazanmış tələbələrə Qafqaz Universiteti tərəfindən şəhədətnamə (sertifikat) veriləcək. Ətraflı məlumat üçün aşağıda göstərilən telefon və elektron poçt adresləri ilə əlaqə saxlaya bilərsiniz.
Qafqaz Universiteti, Daimi İnkişaf Mərkəzi
Tel: +994 12 448 28 62 (daxili 304)
Mob: +994 55 448 28 62
Faks: +994 12 448 28 61
Web site: www.qu.edu.az
e-mail: sgm@qu.edu.az

``Qafqaz Universiteti ilin adamlarını seçir`` layihəsi çerçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin Sədri Anar Rza layiq görülmüşdür

Qafqaz Universiteti tərəfindən Anar Rza Ilin yazıçısı seçilmişdir. May ayının 10 da Qafqaz Universitetinin təşkilatçılığı ilə Universitetin şəhərciyində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88 ci ildönümünə həsr olunmuş "III Gənclik Şənliyi" adlı tədbir keçirilib.Tədbirdə ``Qafqaz Universiteti ilin adamlarını seçir`` layihəsi çerçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin Sədri Anar Rza layiq görülmüşdür. May ayının 16 da verilən ilin yazıçısı plaketini almaq üçün yazıçı Universitetə gəlmişdir. Universitetin Tenpus otağında keçirilən tədbirdə rektor Ahmet Saniç Yazıçının həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verdi.
Sonra Çağ Öyrətim İşlətmələri şirkətinin sədri Enver Özeren Yazıçını president İlham Əliyev tərəfindən verilən Heydər Əliyev mükafatı alması münasibəti ilə təbrik etdi.
Rektor tərəfindən ilin yazıçısı plaketi təqdim olundu.



ÜÇÜNCÜ HİSSE

18 Mayıs 2011 Çarşamba

Qafqaz University Students Performed Play Called “MAECENAS”

16 May, 2011
Qafqaz University student theater club always prepare performances that meet the needs of modern life and requirements. Amateur students get aesthetic taste from the theatre and all the same, they improve their knowledge and cultural level too. After a long break, on the basis of the scenario given by Zemine Akhundova, the candidate to study of Art and the art director of amateur staff consisting of students, a work called “Maecenas” was played at Azerbaijan State Theater of Young Spectators by the students of Qafqaz University. This work deals with the outstanding Azerbaijani dramatics including millionaire H.Z. Tagiyev’s family drama written by Ali Amirli.  Our student actors intend to display this play in some of our cities including in Turkey. At the end of the performance, Ahmet Sanic, the rector of Qafqaz University presented bunches of flowers to the student actors. Then, a miniature drawing table painted by the students of Qafqaz University presented to the writer by the rector.
http://qu.edu.az/view_news.php?news=744&link=224&lang=en

Fikret Akcura, the Resident Coordinator of UN in Azerbaijan Republic visited Qafqaz University

On 12 May, the resident coordinator of UN in Azerbaijan Republic visited Qafqaz University. At the meeting, Ahmet Sanic, the rector of the University gave information about University activity. Fikret Akcura gave information about “the UN structure, its activities and programs”. Talking about the modern political processes occurring in the world Mr. Fikret Akcura noted that, UN attaches great importance to the preservation of stability and peace in the world. He said “through the dialogue, this international organization strives to find a fair solution to any problems occurred between the countries”. Talking about Armenia-Azerbaijan, Nagorno-Karabakh conflict Mr. Akcura stated that UN wants the conflict to be solved peacefully. Then, Mr. Akcura added that UN is very strongly interested in the development of education and organizes courses on human development.

Azerfon-Vodafone ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini təbrik edir.


Azerfon-Vodafone olimpiada qaliblərini təbrik edir! - FOTO

Bölmə: SOSİAL
17 May 2011 17:14 (22 saat öncə)
17 may 2011-ci il tarixində Azerfon-Vodafone ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini qiymətli hədiyyələrlə mükafatlandırıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən bu olimpiada 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyətinə həsr olunub. 

Şirkətin Baş İcraçı Direktoru cənab Yurgen Pitz bununla əlaqədar qeyd edib: “Azerfon-Vodafone gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlik layihələrə yardım göstərilməsini şirkətin prioritetlərindən hesab edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə istedadlı gənclərə dəstək verərək İKT sahəsində yerli peşəkar kadrların formalaşdırılmasına yardım etməyə həmişə hazırıq”.

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının 1-ci, 2-ci, 3-cü yer tutan komandaların üzvlərinin Azerfon-Vodafone tərəfindən qiymətləndirilməsi şirkətin Azərbaycanın İKT sahəsində kadr hazırlığına verdiyi önəmin nümunəsidir. Qeyd etmək lazımdır ki, Azerfon-Vodaofne ənənəvi olaraq ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasını hər il dəstəkləyir.
http://www.lent.az/news.php?id=66049

Qafqaz Universiteti Anarı “İlin yazıçısı” seçdi

 “Qafqaz Universiteti ilin adamlarını seçir” layihəsi çərçivəsində “İlin yazıçısı” nominasiyasına Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rza layiq görülüb. Bu münasibətlə Qafqaz Universitetində təşkil olunan tədbirdə Anara ilin yazıçısı plaketi və təltif sertifikatı təqdim olunub. 
 Tədbirdə professor Akif Hüseynli yazıçının həyat və yaradıclığı barəsində iştirakçılara məlumat verərək deyib: “Anar müəllim öz yaradıcılığı ilə gəncliyin obrazını yaratdı. Ona görə bu gün bütün nəslin nümayəndələri onun əsərlərini sevərək oxuyur”. “Qafqaz”ın rektoru Ahmet Saniç isə: “Hər kəs yazıçı ola bilməz, çünki yazıçı bir çox adamların görə bilmədiklərini görür və onu ictimaiyyətə çatdırır. Anar müəllim məhz belə yazıçılardandır o, dövrün tələblərinə uyğun əsərlər yazır”, - deyə vurğulayıb. Daha sonra xalq yazıçısı Anara söz verilib. Yazıçı bu təhsil ocağı ilə bağlı təəssüratlarını bu sözlərlə bildirib: “Bu universitetə gələndə mən çox sevinirəm, buranın ümumi təbiəti, insanların işıqlı sifəti insana xoş təəssürat bağışlayır. İmkan olsa idi, mən də gəlib bu universitetdə tələbə olardım”. O, “İlin yazıçısı” seçildiyinə görə “Qafqaz”a minnətdarlığını bildirib.
www.zaman.az

Qafqaz Universiteti Anarı ilin yazıçısı seçib


“Qafqaz Universiteti ilin adamlarını seçir” layihəsi çərçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin sədri Anar layiq görülüb. Dünən Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara sözügedən mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin ədəbiyyat bölümünün kafedra müdiri Akif Hüseynli bildirib ki, mayın 10-da universitetin təşkilatçılığı ilə ali təhsil müəssisəsinin şəhərciyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan 3-cü Gənclik Şənliyi keçirilib. Tədbir çərçivəsində “Qafqaz Universiteti ilin adamlarını seçir” layihəsi çərçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin sədri Anar layiq görülüb: “Qafqaz Universitetinin tələbələri ilin yazıçısı adına xalq yazıçısı Anarı layiq görüblər”. Anarın yaradıcılığı haqda tədbir iştirakçılarına məlumat verən A.Hüseynli bildirib ki, Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlamış, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada edib. 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində çap olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” ilk mətbu hekayələridir. 1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqlarının üzvüdür. Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır. “Ağ liman” povesti Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda(1972), Bolqarıstanda(1973), Türkiyədə(1991), Özbəkistanda(1978), Qazaxıstanda(1976), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında(1979), Almaniya Federativ Respublikasında(1989), Çexoslavakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), “Əlaqə” povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda(1982), Almaniyada (1986), Fransada(1995), Estoniyada(1981), “Dantenin yubileyi” üç dəfə Moskvada, Estoniyada(1975), Bolqarıstanda(1973), Tacikistanda(1977), “Dədə Qorqud” Moskvada (1980, 1988), İranda- böyük tirajlarla, nəfis şəkildə çap olunub. “Mən, sən, o və telefon” hekayəsi Moskvada “Nedelya” həftəliyində dərc olunandan sonra, ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunub. Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic vurğulayıb ki, bir sıra xarici ölkələrdə Anarın onlarla müsahibəsi, Anar və onun əsərləri haqqında yüzlərlə məqalələr, resenziyalar çıxıb. A.Sanic vurğulayıb ki, prezident İlham Əliyevin Anarı “Heydər Əliyev” mükafatı İlə təltif etməsi hər kəs tərəfindən böyük sevinclə qarşılanıb. Tədbirdə çıxış edən xalq yazıçısı Anar isə bildirib ki, o artıq bir neçə dəfə Qafqaz Universitetində olub: “Mən bu universiteti onun tədbir sistemini çox bəyənirəm. Məni ilin yazıçısı adına layiq gördükləri üçün Qafqaz Universitetinin tələbələrinə öz minnətdarlığımı bildirirəm. Bu mükafatdan sonra Türkiyə Azərbaycan ədəbi əlaqələrinin inkişafı üçün var gücümlə çalışacam”. Sonra A.Sanic Anara İlin yazıçısı mükafatını təqdim edib.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=29966

Qafqaz Universiteti Anarı ilin yazıçısı seçib

"Qafqaz Universiteti ilin adamlarını seçir" layihəsi çərçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin sədri Anar layiq görülüb. Dünən Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara sözügedən mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin ədəbiyyat bölümünün kafedra müdiri Akif Hüseynli bildirib ki, mayın 10-da universitetin təşkilatçılığı ilə ali təhsil müəssisəsinin şəhərciyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan 3-cü Gənclik Şənliyi keçirilib. Tədbir çərçivəsində "Qafqaz Universiteti ilin adamlarını seçir" layihəsi çərçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin sədri Anar layiq görülüb. Anarın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verən A.Hüseynli bildirib ki, Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada edib: "1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir. 1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Jurnalistlər və Teatr Xadimləri İttifaqlarının üzvüdür. Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır". Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic vurğulayıb ki, bir sıra xarici ölkələrdə Anarın 10-larla müsahibəsi, Anar və onun əsərləri haqqında yüzlərlə məqalələr, resenziyalar çıxıb. A.Sanic vurğulayıb ki, prezident İlham Əliyevin Anarı "Heydər Əliyev" mükafatı ilə təltif etməsi hər kəs tərəfindən böyük sevinclə qarşılanıb. Tədbirdə çıxış edən xalq yazıçısı Anar isə bildirib ki, o, artıq bir neçə dəfə Qafqaz Universitetində olub: "Mən bu universiteti onun tədbir sistemini çox bəyənirəm. Məni ilin yazıçısı adına layiq gördükləri üçün Qafqaz Universitetinin tələbələrinə öz minnətdarlığımı bildirirəm. Bu mükafatdan sonra Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin inkişafı üçün var gücümlə çalışacağam". Sonra A.Sanic Anara "İlin yazıçısı" mükafatını təqdim edib.Bəhruz

17 Mayıs 2011 Salı

Hacı Zeynel Abidin Tağıyev hakkında sahneye konulan "MESANAT" isimli tiyatroyu online seyredebilirsiniz

Hacı Zeynel Abidin Tağıyev: MESANAT-1.Bölüm

Hacı Zeynel Abidin Tağıyev: MESANAT-2.Bölüm
 

Hayırsever, Eğitim Gönüllüsü, Aksiyon, Diyalog ve Hoşgörü İnsanı
Hacı Zeynel Abidin Tağıyev
Hacı Zeynel Abidin Tağıyev zamanının meşhur yardımseverlerindendi. İş hayatına çocuk yaşında inşaat işçisi olarak başladı. Durup dinlenmeden, bıkmadan usanmadan çalışmasıyla duvar ustası, inşaat kalfası, müteahhit derken kazdırdığı kuyulardan bolca çıkan petrol sayesinde zengin olmuştur. Bunun yanında Dokuma fabrikası, Gemi taşımacılığı, Değirmencilik, Balık Sanayi, Telefon hatları çekilmesi, Gazete sahibi, Banka Sahibi, Petrol Boru hattı İşletmecisi vb. birçok sahada iş yapmıştır.
Bakü’nün İçerişeher semtinde, Ocak 1838’de doğan Tağıyev’in babası ayakkabıcılık yapan çalışkan bir kimseydi. Her zaman oğluna şöyle nasihat ederdi: “Oğlum, çalışmaktan korkma, çalış ki sonunda kimseye muhtaç olmayasın”. Halkın içerisinde fakir bir işçiyken zengin olduktan sonra geldiği yerleri unutmamış, halktan kopmamış, onların maddi ve manevi problemlerini kendine dert edinmiştir. Zenginler ile fakir insanlar arasında bir köprü mahiyeti görmüştür. Paranın ve lüks hayatın getirdiği dezavantajlar onun manevi yönüne menfi tesir edememiştir.
Hayatın her kademesiyle ilgilenmeye çalışmıştır.  Şehrin güzelleştirilmesi, su getirilmesi, gazete çıkarılması, kitap bastırılması, okul açılması, fakir talebelere burs verilmesi, yurtdışında öğrenci okutulması, Rus ve Ermeni zulmüne uğramış kardeş halkların yetim çocuklarının bakımı, zelzeleye uğrayan ahaliye yardım, kıtlık zamanında ihtiyaç sahiplerine tahıl dağıtılması gibi birçok yardım faaliyetine gönülden iştirak etmiştir. Kızı Sara Hanım’ın ifadeleriyle “Benim babam Azerbaycan halkının maariflenmesi için elinden geleni esirgemeden çalışırdı”. O yalnız Azerbaycan’da değil, bütün Rusya’da, hatta onun serhatları haricinde de tanınmıştı. Herkes onu büyük ihtiramla “ Millet Atası”  diye çağırırdı.
Tağıyev’in fikir hayatını etkileyen şahsiyetler arasında Ali Bey Hüseyinzade, İsmail Gaspıralı, Hasan bey Zerdabi, Mirza Elekber Sabir, Muhammed Hadi, Abdullah Şaiq, M.Emin Resulzade, Ahund Yusif Talıbzade ve diğerleri vardır.
Hacı Zeynel Abidin Tağıyev, hiç tahsil almamış olmasına rağmen ülkenin sosyal, iktisadi, eğitim ve kültür alanındaki meseleleriyle yakından ilgilenirdi. Müslüman kızların eğitimsiz kalmaları onu en çok rahatsız eden konulardan biriydi. Bütün maddi varlığını Azerbaycan Türklerinin eğitimine ve gelişmesine harcayan Tağıyev ilk kadın mektebini Azerbaycan’da açtırarak Azeri kadınların modern hayata girmelerini sağlamıştır.
Tağıyev, 1 Eylül 1924 tarihinde Merdekan’da vefat etti. Eylül ayının dördünde vasiyeti gereğince Merdekan’da çok hürmet ettiği Ahund Ebu Turab efendinin ayak ucunda bir mezara defnettiler.
 Hacı Zeynel Abidin Tağıyev, Azerbaycan halkının her yönde gelişmesi için aktif bir hayat yaşamış, sayısız yeni projenin fikir babası, uygulayıcısı ve aynı zamanda finansörü olmuştur. Bu faaliyetler Azerbaycan ve Kafkasya da eğitim, ekonomi, sanat, kültür alanında çok sayıda insanın yetişmesi ve eserlerin meydana çıkmasını netice vermiştir. Tağıyev’in faaliyetleri sadece Azerbaycan halkı ile sınırlı kalmamış Rusya, Türkiye, Orta Asya, Avrupa ve dünyanın birçok yerinde eserler oluşmasına sebep olmuştur. 
Kaynak: Şahin Durmaz, 20.Asrın Başında Azerbaycan`da Modern Bir Eğitim Kurumu: Tağıyev’in Kız Mektebi, Journal of Qafqaz University, Number 29. 2010