“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri məlum oldu

18 noyabr 2007-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi. Heydər Əliyev Fondu, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil NazirliyiAMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi bu olimpiada Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuşdur.
“Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”na uyğun olaraq təşkil edilən bu tədbirin keçirilməsində məqsəd gənclərin İKT hazırlığının daha da təkmilləşdirilməsi, kompüter proqramlaşdırması sahəsində istedadlı və qabiliyyətli gənclərin aşkara çıxarılmasıdır. Bu olimpiada həmçinin informatika üzrə beynəlxalq olimpiadalarda istedadlı gənclərin seçilməsinə və daha da yüksək səviyyədə hazırlanmasına imkan yaradacaqdır.
Xatırladaq ki, olimpiadanın noyabrın 11-də keçirilən ilkin mərhələsində ölkəmizin ali məktəblərindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetinin tələbələrinin təşkil etdiyi komandalar və müsabiqədən kənar Gimnaziya və Lisey Yiğması, 6 saylı məktəb və liseyin məktəblilərindən ibarət 24 komanda iştirak edirdi.
Olimpiadanın final mərhələsində isə Bakı Dövlət Universitetinin “Powerful Brains”, “INF-X”, “İnstall”, “01”, Azərbaycan Dövlət Neft Akademiyasının “ALFA” və “ADNA1”, Azərbaycan Texniki Universitetinin “AzTU-1” və “AzTU-3”, Qafqaz Universitetinin “Qafqaz Şahinləri” və “Qafqaz U-2”, məktəb, litsey və gimnaziya şagirdlərindən ibarət 2 komanda “Carpe diem” və “Rafik” komandaları iştirak edirdilər.
Qeyd edək ki, beynəlxalq olimpiadaların formatına uyğun olaraq təşkil edilmiş bu olimpiadada məsələlərin həllinin yoxlanması və qiymətləndirilməsi üçün proqramlaşdırma üzrə beynəlxalq olimpiadalarda tətbiq olunan Avtomatik Qiymətləndirmə Sistemindən istifadə olunurdu. Bu sistemin köməyi ilə avtomatik olaraq həll olunmuş məsələlərin hesabatı aparılır, ballar hesablanır və iştirakçıların reytinqi tərtib edilirdi. Bundan əlavə həmin sistemin vasitəsi ilə komandalar bir-birlərinin nəticələr cədvəlinə baxa bilirdilər.
Final mərhələsinin nəticələrinə görə Qafqaz Universitetinin “Qafqaz Şahinləri” komandası 1-ci, Azərbaycan Dövlət Neft Akademiyasının “ADNA-1” komandası 2-ci, Azərbaycan Texniki Universitetinin “AzTU-3” komandası isə 3-cü yerə layiq görüldülər. Məktəblilərdən ibarət “Rafik” komandası bu yarışda müsabiqədənkənar iştirak etdikləri üçün rəsmi olaraq yer qazanmasa da balların ümumi nəticəsinə görə 2-ci yerə müvafiq bal toplayaraq qaliblər sırasında oldular.
AR RİTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov, AR Təhsil Nazirliyinin təhsilin idarəolunmasının informasiya sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə, Heydər Əliyev Fondunun əməkdaşı Niftalı Əliyev və AMEA İTİ Tədris hissə müdiri Rəsmiyyə Mahmudova qalibləri təbrik etdilər.
Multimedia Mərkəzinin direktoru Osman Gündüz qaliblərə “Azərbaycan İnternet resursları”, “İnformasiya texnologiyalarının əsasları” və “Mobil telefonun özəllikləri” adlı kitablarını hədiyyə etdi.
Qeyd edək ki, olimpiadanın qaliblərinə fəxri fərman, diplom və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulmuşdur. Həmin mükafatlar qaliblərə dekabrın 6-da keçiriləcək Azərbaycanda telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuş tədbirdə təqdim olunacaq. 
http://ict.az/az/index.php?option=com_content&task=view&id=547&Itemid=122

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF