Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri karyera günləri keçirdi

Aprelin 29-da Qafqaz Universitetində Azərkosmos ASC sədrinin müavini Dr. Məzahim Quliyev və Aşağı Orbitli Peyk Sistemlərinin İnkişafı Sektorunun müdiri Hikmət Həsənov Kompyuter Mühəndisliyi, Şəbəkə Mühəndisliyi, Sənaye Mühəndisliyi, Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi ixtisaslarında təhsil alan tələbə və məzunları ilə görüş keçirdilər. Görüşdə Azərkosmos ASC-nin quqrulması, məqsədi, fəaliyyət sahələri, eləcə də inkişaf etmiş ölkələrin kosmik fəaliyyətləri və bu sahədən əldə etdikləri imkanlar haqqında geniş məlumat verildi.
Görüşün sonunda Azərkosmos ASC-nümayəndələri maraqlanan məzunları əməkdaşlığa dəvət etdilər.
www.qu.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF