Bakıda “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” keçiriləcək

05.04.2011 15:39 Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın keçirilmə tarixləri məlum olub. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, olimpiadanın münsiflər heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadənin sözlərinə görə, bu il artıq 6-cı dəfə keçiriləcək ümumrespublika olimpiadasının ilk seçmə mərhələsi aprelin 6-da, növbəti mərhələsi isə aprelin 30-da keçiriləcək. O, olimpiadada iştirakla əlaqədar qeydiyyatdan keçmək üçün artıq 40-a yaxın komandanın müraciət etdiyini də söyləyib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçiriləcək olimpiadanın birinci turu Qafqaz Universitetində, final mərhələsi isə AMEA İTİ-də keçiriləcək.
http://www.sonxeber.az/index.php?action=static_detail&static_id=62431

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır