Bakıda informatika üzrə I Beynəlxalq Olimpiadaya start verilir

4 may 2011-ci il tarixində Park inn mehmanxanasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20-ci ildönümü və BMT tərəfindən elan olunmuş beynəlxalq gənclər ili çərçivəsində Şərqi Avropa və MDB ali məktəb tələbələri arasında informatika üzrə I Beynəlxalq Olimpiada öz işinə başlayır.
Olimpiadanın keçirilməsində əsas məqsəd tələbələrdə elmi bilik və fəaliyyətə marağın artması, elmi cəmiyyət, dərnək, xüsusi kursların fəaliyyətinin artırılması zəmnində həvəsləndirmə, xüsusi istedadlı tələbələrin aşkarlanması üçün şəraitin yaradılması və onların kollektivdə işləmək bacarıqlarının artırılmasıdır.
Tədbirə Belarus, Qazaxstan, Latviya, Özbəkistan, Estoniya, Qırğızıstan, Ukrayna və Gürcüstandan 33 tələbə qatılır.
Azərbaycan bu yarışda Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Qafqaz universitetindən olan 9 tələbə ilə mübarizə aparacaq.
Yarış saat 13.30-da başlayacaq.
http://mys.gov.az/news/articles/20110503060649478/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır