BP Qafqaz Universitetində beş laboratoriya açıb

BP şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirərək Qafqaz Universitetində beş laboratoriya açıb. 
 BP şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirərək Qafqaz Universitetində beş laboratoriya açıb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir. Bu laboratoriyalar BP-nin 2009-cu ildə Qafqaz Universiteti ilə əməkdaşlıqda həyata keçirməyə başladığı irimiqyaslı təhsil təşəbbüsünün bir hissəsi olaraq açılır.
Layihənin ümumi məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır. Buna BP-nin maliyyə dəstəyilə yeni açılmış fakültələr vasitəsilə nail olunacaq.
Yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş müasir laboratoriyalardır. Onlar universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradacaq.
Bütövlükdə layihə BP şirkətinin və Qafqaz Universitetinin birgə təşəbbüsüdür və onun ümumi dəyəri 2,240,000 dollardır. Bu vəsaitin 1,150,000 dollarını BP, qalan hissəsini isə universitet özü təmin edir.
BP-nin regional prezidenti Rəşid Cavanşir deyib: "BP-nin Qafqaz Universiteti ilə əməkdaşlığının yaxşı nəticələr verdiyini görməkdən məmnunuq. Bizim açdığımız kimya mühəndisliyi fakültəsi artıq iki ildir ki, fəaliyyət göstərir və bu fakültəyə Azərbaycanın hər yerindən çox istedadlı gənclər cəlb edilmişdir ki, onlar kimya mühəndisliyi kimi çox mühüm bir sahədə ixtisaslaşan ilk yerli məzunlar olacaq. Ümid edirəm ki, bu gün bizim açdığımız laboratoriyalar bu ölkənin inkişafı üçün çox mühüm olan bir sahəni ixtisas seçmiş tələbələrin bütün lazımi bilik, vərdiş və bacarıqları əldə etməsində faydalı bir tədris vasitəsi olacaq".
BP 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu imzalayıb ki, bu da universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır.
Layihə 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə kimya mühəndisliyi fakültəsinin yaradılması planlaşdırılırdı ki, bu mərhələnin uğurlu nəticəsindən asılı olaraq layihənin sonrakı mərhələləri həyata keçirilsin. Sonrakı mərhələlərdə müvafiq olaraq neft və qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması planlaşdırılır.
http://www.timeturk.com/az/2011/05/25/bp-qafqaz-universitetinde-bes-laboratoriya-acib.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF