“Heydər Əliyev və M.Kamal Atatürk” adlı konfrans keçirilib

Mayın 16-da Gəncə Dövlət Universitetində(GDU) müstəqilliyimizin 20-ci ilinə həsr edilmiş  “Heydər Əliyev və M.Kamal Atatürk” adlı konfrans keçirilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səslənib. GDU və Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin birgə təşkil etdiyi, konfransı giriş sözü ilə açan GDU-nun rektoru  prof. Elman Məmmədov bu tədbirin keçirilməsinin məram və məqsədindən danışıb. İki qardaş ölkənin elm və təhsil sahəsində əlaqələrinin yüksək səviyyədə qurulmasından söhbət açıb. Sonra Türkiyənin Gəncədəki Baş Konsulu Haluk Ağca çıxış edərək Ümummilli lider H. Əliyev Ulu Öndər M. K. Atatürk haqqında və iki ölkə arasındakı uğurlu diplomatik əlaqələrdən, bu əlaqələrin daima yüksələn xətlə inkişaf etməsindən eləcədə bu tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov, Gəncə ATÖL-ün müdiri Kenan Güzel çıxış edərək belə tədbirlərin keçirilməsi iki qardaş ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə xidmər etdiyini bnildiriblər. K. Güzel “ÇAĞ” Öyrətim Şirkətinin Azərbaycanda  fəaliyyətinin  birbaşa Ümummilli lierimiz H. Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə olan diqqət və qayğısı sayəsində şirkətin etimadına sədaqətlə fəaliyyətini uğurla davam etdirdiyini deyib. Bundan sonra da ləyaqətlə çalışacaqlarını söyləyib. GDU-nun  müəllim və tələbə kollektivi televiziya və mətnuat nümayəndələri iştirak etdilər.
Konfransda Gəncə-Azərbaycan Türkiyə Özəl Liseyinin şagirdləri H. Əliyev və M. K. Atatürkə həsr olunmuş şeirlər söyləyiblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF