Liseydə muğam gecəsi keçirilib

Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş muğam gecəsi keçirilib. Muğam gecəsində liseyin  kollektivi ilə bərabər Gəncədəki türk və azərbaycanlı iş adamları iştirak  ediblər. Şənlikdə Gəncə Şəhər 5 saylı Musiqi Məktəbinin muğam müəllimi, tanınmış müğənni Mahir Qarabağlı və onun rəhbərlik etdiyi musiqi ansamblı bir-birindən mənalı gözəl muğam, xalq mahnıları və saz havaları ilə ifa ediblər. Gecəyə dəvət olunan qonaqlar şənliyin təşkilində əməyi olanlara təşəkkür ediblər və milli-mənəvi dəyərlərimizi əks etdirən belə tədbirlərin tez-tez keçirilməsini arzulayıblar.
Sonda liseyin müdiri Kenan Güzel qonaqlara öz dəyərli vaxtlarından ayırıb gecədə iştirak etdiklərinə görə dərin təşəkkürünü bildirib və onlara işlərində uğurlar arzulayıb.

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır