Misir Mərdanov: Qafqaz Universiteti və türk liseyləri təhsilin keyfiyyətinə görə öndədir”

13 Noyabr 2008 17:18 (3 il öncə) Azərbaycanlı tələbələrinin təhsil aldığı xarici ölkələr arasında Türkiyə birinci yerdədir. Təkcə bu il “Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə Dövlət Proqramı” çərçivəsində 24 tələbə Türkiyəyə göndərilib. Hazırda Ankara Universitetində dövlət xətti ilə 98, Qazi universitetində 28, İstanbul universitetində 136, Orta Doğu Texniki Universitetində 15, İstanbul Texniki Universitetində 41, mərmərə Universitetində 50 azərbaycanlı tələbə təhsil alır.
Təhsil Naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda təhsil alan türkiyəli gənclər də digər xarici ölkə vətəndaşlarından sayca çoxdur. Onun sözlərinə görə, hazırda onlar həm dövlət xətti, həm də öz təşəbbüsü ilə Azərbaycanda təhsil alırlar.
Nazir Qafqaz Universiteti və türk liseylərinin də fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, bu təhsil müəssisələri xidmətin keyfiyyətinə görə digərlərindən fərqlənir. Onun sözlərinə görə, Qafqaz Universiteti özəl ali məktəblər arasında birinci yeri tutur. Hətta özəl, yəni pullu müəssisə olmasına baxmayaraq, qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr burada təhsil almağı daha çox arzulayır.
“Mənə elə gəlir ki, Türkiyə ilə əlaqələr təhsil sahəsində daha geniş və möhkəmdir. Ona görə də iki ölkə arasında təhsil sahəsində, xüsusən də ali təhsildə mövcud çətinlikləri aradan qaldıra biləcəyimizə ümid edirik” - deyə, Misir Mərdanov bildirib.
Elxan SALAHOV

 http://www.lent.az/news.php?id=12183

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF