“Neftçi” Futbol komandasının Baş məsqçisi Gimnaziyada

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında 19 May Atatürkü Anma Gənclik və İdman Bayramı munasibəti ilə Azərbaycan Futbol liqasının çempionu “Neftçi” Futbol komandasının Baş məsqçisi Arif  Əsədovla görüs keçirilib. Əvvəlcə Neftçinin keçirdiyi oyunlardan bəhs edən videoçarx nümayiş olunub. Sonra “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş çıxış edərək bayram münasibəti ilə təbrik edib. Sonra görüşdə iştirak edən Arif Əsədov və onun rəhbərlik etdiyi futbol komandası haqqında məlumat verib.   
Daha sonra A. Əsədov çıxış eərək gənclərin onlara daima dəstək olaraq ruhlandırdıqlarından, komandanın dünəni, bu günü və gələcək planlarından danışıb. Şagirdləri düşündürən sualları cavablandırıb. Neftçinin bundan sonra da azarkeşlərini sevindirəcək qələbələr qazanacaqlarını futbol aləmində öz sözlərini deyəcəklərini bildirib. Sonra Gimnaziyada təşkil olunan idman yarışlarının qaliblərinə mükafat təqdim edib.
Sonda “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri S. Aktaş “Neftçi” komandasının Baş məsqçisi A. Əsədova xatirə hədiyyəsi təqdim edib.  
  
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF