[“Qafqaz” Məxtimqulunun həyat və fəaliyyətinə nəzər salıb]


Qafqaz Universitetində Türkmənistanın xalq şairi, türk dünyasının tanınmış filosofu Məxtimqulu Firagiyə həsr olunmuş tədbir keçirilib. Dünən Qafqaz Universitetində Türkmənistanın xalq şairi, türk dünyasının tanınmış filosofu Məxtimqulu Firagiyə həsr olunmuş tədbir keçirilib. Qafqaz Universiteti, Türkmənistanın Azərbaycandakı səfirliyi və Dialoq Avrasiya Platformasının (DAP) təşkilatçılığı ilə keçirilmiş tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatlar, millət vəkilləri, universitet rektorları və çox sayda elm, sənət adamları iştirak edib. Qafqaz” Universitetinin  rektoru, professor Ahmet Saniç Məxtimqulu kimi dəyərli mütəfəkkirlərin bəşəriyyət üçün önəmli olduğunu söyləyib. “Bir olsaq, diri olarıq”,- deyən rektor ümumbəşəri dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayıb. Türkmənistanın ölkəmizdəki səfiri Toylu Kömekov Məxtimqulunun bütün dünyanın xəzinəsi olduğunu vurğulayıb Məxtimqulu və Yunus Əmrənin şeirlərinin ortaq qaynaqlardan qidalandığını deyən DAP-ın Azərbaycan təmsilçisi Mustafa Saatçı isə: “Bizim özümüz, kökümüz bir olduğu üçün, mədəniyyətlərimiz də oxşardır, yaxındır” söyləyib. “Çağ” Öyrətim Şirkətinin prezidenti, fəlsəfə doktoru Ənvər Özərən isə Məxtimqulu kimi şəxsiyyətlərin dünyada sülhün və dialoqun təminatçısı olduğunu bildirib: “Onlar yazdıqları əsərlərlə, yaşadıqları həyatla növbəti nəsillərə nümunə olduqlarını göstərdilər”. Məxtimqulunun əsərlərinin ölümündən sonra “Bağışla bizi” adlı kitabda toplandığını bildirən Ə. Özərən belə şəxsiyyətlərə vaxtında qiymət verilməsinin vacibliyini vurğulayıb.

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?sectionId=59&newsId=38058

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır