“Qafqaz” universiteti “Neftçi”nin üzvlərini fərqləndirdi

arifesed_resad_abdulla
“Qafqaz” universitetinin nəzdindəki Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin təşkilatçılığı ilə universitetin şəhərciyində mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “III Gənclik Şənliyi” adlı tədbir keçirilib. Tədbirdə “Qafqaz” Universiteti ilin adamlarını seçir” layihəsi çerçivəsində “İlin idman adamı” nominasiyasına 2010-11 mövsümündə “Unibank” Premyer Liqasının çempionu olmuş “Neftçi”nin baş məşgçisi Arif Əsədov, “İlin futbolçusu” nominasiyasına isə bu komandanın futbolçusu Rəşad Abdullayev layiq görülüb.
Penalti.az xəbər verir ki, universitetin Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin rəisi Musa Turmuşun “Çempion”a verdiyi məlumata görə, tədbirin əvvəlində tələbələr və professor-müəllim heyəti arasında anketlə sorğu-sual aparılıb. Universitetin tələbələri və professor-müəllim heyətinin rəylərinə əsasən Əsədov və Abdullayev müvafiq olaraq “İlin idman adamı” və “İlin futbolçusu” nominasyasında ən çox səs toplayıblar. Bu münasibətlə tədbirdə Əsədov və Abdullayevə universitetin rektoru professor Ahmet Saniç tərəfindən hədiyyələr və plakatlar təqdim olunub.
Qeyd edək ki, Əsədov və Abdullayev universitetin və Abşeron rayonunun idman idarələri tərəfindən təşkil edilən və Heydər Əliyevin anadan olmasının 88-ci illiyinə həsr olunmuş Abşeron rayonu orta məktəblər arası mini-futbol turnirinin final oyununu canlı izləyiblər və qalibləri mükafatlandırıblar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır