Qafqaz Universitetində 2 milyon dollardan çox dəyəri olan beş laboratoriya açılıb


“BP” şirkəti Azərbaycanda təhsilə dəstəyini davam etdirərək Qafqaz Universitetində beş laboratoriya açıb.
“BP” şirkətindən Gün.Az-a verilən məlumata görə, layihə BP şirkətinin və Qafqaz Universitetinin birgə təşəbbüsüdür və onun ümumi dəyəri 2,240,000 dollardır. Bu vəsaitin  1,150,000 dollarını “BP” şirkəti, qalan hissəsini isə universitet özü təmin edir.

Bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş müasir laboratoriyalardır.
Layihənin ümumi məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır.
Laboratoriyalar “BP” şirkətinin 2009-cu ildə Qafqaz Universiteti ilə əməkdaşlıqda həyata keçirməyə başladığı irimiqyaslı təhsil təşəbbüsünün bir hissəsi olaraq açılıb.
Qeyd edək ki, “BP” şirkəti 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu imzalayıb ki, bu da universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır.

Nərmin Rəhimova
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF