Qafqaz Universitetində ümummilli liderin doğum günü qeyd olunub

Qafqaz Universitetinin təşkilatçılığı ilə universitetin şəhərciyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "III Gənclik Şənliyi" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "III Gənclik Şənliyi" tədbirinin adının seçilməsini ulu öndərimizin hər zaman "Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm" deməsi ilə əlaqələndirdi. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutub. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Vətənə - Azərbaycana, millətə, dilə, dinə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır. Öz xalqının milli-mənəvi gücünə, milli miədəniyyətinə, söykənə-söykənə Heydər Əriyev müstəqil Azərbaycan dövlətini qurdu və onun ideoloji əsaslarını yaratdı. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafımızın təminatçısı olan gənc nəslimizin təlim və tərbiyəsi üçün əsl nümunədir. Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Heydər Əliyev yolunun davamçısı olan cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə gənclərə olan xüsusi diqqət və qayğısı danılmazdır. Rektor təhsil sahəsində Qafqaz Universiteti gəncləri üçün də əlverişli imkanların açılmasından danışdı.
  
   Sonra tədbirdə "Qafqaz Universiteti ilin adamlarını seçir" layihəsi çərçivəsində "İlin elm adamı" nominasiyasına Arif Paşayev - Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, "İlin idman adamı" nominasiyasında Arif Əsədov - Neftçi peşəkar Futbol Komandasının baş məşqçisi, ilin futbolçusu nominasiyasında Rəşad Abdullayev - Neftçi peşəkar Futbol Komandasının futbolçusu, "İlin şairi" nominasiyasında Zəlimxan Yaqub - xalq şairi, "İlin yazıçısı" Anar Rza - Azərbaycan Yazıçısılar Birliyinin sədri, "İlin müəllimi" Niftalı Qocayev - Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru, "İlin xanım müğənnisi" - Sevda Yəhyayeva, "İlin gənc müğənnisi" Elçin Cəfərov, "İlin iş adamı" Abdolbari Goozal - "Azərsun Holdinq"in prezidenti, "ilin ən bacarıqlı xaricdəki azərbaycanlı iş adamı" nominasiyasında Mübariz Mənsimov - Palmali Şirkətlər Qrupunun prezidenti layiq görülüblər.
http://www.hafta-ichi.com/newv/2010/08/10/read=63562

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF