“Qarabağ” Futbol Klubunun üzvləri liseydə


 

Mayın 3-də “Qarabağ” Futbol Klubunun (QFK) üzvləri Bakı Özəl Türk Liseyində şagirdlərlə görüşü olub. Əvvəlcə qonaqlar liseyin sinif otaqları, idman- məşq zalı,  laboratoriyaları, müasir texnologiyalarla təchiz olunmuş bilgisayar otaqları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Sonra konfrans zalında futbolçularla şagirdlərin görüşü keçirilib. Görüş zamanı futbol sevərlərə komandanın əldə etdiyi idman nailiyyətlərindən, iştirak etdiyi futbol yarışlarından bəhs edən videoçarx nümayiş olunub. Sonra, “Qarabağ” Futbol Klubunun Baş Məşqçisi Qurban Qurbanov və futbolçular liseyin müəllim və şagirdlərinin suallarını cavablandırıblar. Komandanın keçirəcəkləri oyunları arzu və istəkləri barədə danışıblar. Daha sonra Baş məşqçi Q. Qurbanov bu yaxınlarda Azərbaycan-Türkiyə Özəl Liseyləri arasında keçirilmiş Futzal idman yarışında qalib olmuş şagirdlərə medallar təqdim edib və onlara gələcək idman yarışlarında qələbələr arzulayıb. Görüşdə liseyin müdiri Hayrettin Ünver çıxış edərək “Qarabağ” Futbol Klubunun uğurlarından, futbolçuların keçirdiyi oyunları diqqətlə maraqla izləməsindən söhbət açıb. QFK-na yaşıl meydanda böyük qələbələr arzulayıb. Klubun Baş Məşqçisi Qurban Qurbanova və digər üzvlərinə xatirə hədiyyəsi təqdim edib. Futbolçular onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Liseyin pedaqoji və şagird kollektivinə təhsildə uğurlar diləyiblər.

www.cag.edu.az
 
 
 

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF