Akademik Arif Paşayev "İlin elm adamı" fəxri adına layiq görülüb


Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim və tələbələri arasında keçirilən sorğuya əsasən "İlin elm adamı" fəxri adına layiq görülüb.

   AMEA-nın mətbuat xidməti xəbər verir ki, bununla əlaqədar MAA-nın Elmi Şurasında mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən A. Paşayev bildirib ki, hazırda akademiyada 350 müəllim çalışır, 2100 tələbə təhsil alır. Prezident İlham Əliyevin dəstəyi sayəsində akademiyada təhsilin səviyyəsini artırmağa imkan verən yeni avadanlıqlar alındığını deyən rektor, hazırda MAA-da aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq, iqtisadiyyat, logistika və digər ixtisasların da tədris edildiyini söyləyib.

   MAA-da görülən işləri yüksək qiymətləndirən Qafqaz Universitetinin rektoru Əhməd Saniç "İlin elm adamı" mükafatını A. Paşayevə təqdim edib və mükafatın akademikə Azərbaycanda elm və təhsilin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə verildiyini vurğulayıb. Görüş çərçivəsində MAA və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF