Arif Paşayev "İlin elm adamı" seçildi

Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim heyəti və tələbələri arasında keçirilən sorğuya əsasən, "İlin elm adamı" fəxri adına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, iyunun 9-da akademiyanın Elmi Şurasında mükafatın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Paşayev bildirib ki, hazırda akademiyada 350 müəllim çalışır, 2100 tələbə təhsil alır. Akademik xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində akademiya təhsil səviyyəsini artırmağa imkan verən yeni avadanlıqlar əldə edib. Hazırda akademiyada aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq, iqtisadiyyat, logistika və digər ixtisaslar tədris edilir. Akademiya dünyanın ən mötəbər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.

Qafqaz Universitetinin rektoru Əhməd Saniç MAA-da görülən işləri yüksək qiymətləndirib.

Görüş çərçivəsində MAA və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. Sənəd iki ali təhsil ocağı arasında birgə layihələrin, elmi tədqiqat işlərinin, təkmilləşdirmə, təlim kurslarının, seminarların, elmi konfransların keçirilməsini nəzərdə tutur.
http://ann.az/az/index.php?option=com_k2&view=item&id=10181:arif-pa%C5%9Fayev-ilin-elm-adam%C4%B1-se%C3%A7ildi&Itemid=420

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır