Azərbaycan IX Beynəlxalq Türk Dili Olimpiadasında


İyun ayının 15-dən Türkiyənin Ankara şəhərində Türk Dili Təhsil Dərnəyi tərəfindən keçirilən “Gəlin tanış olaq” devizi altında IX beynəlxalq türk dili olimpiadası öz işinə başlayıb. 

“Qafqazinfo”nun məlumatına görə, olimpiadada Azərbaycanı Təhsil Nazirliyinin dəstəyilə “Çağ öyrətim işlətmələri” şirkəti, Qafqaz Universitetinin kollektivi, orta ümumtəhsil məktəblərinin şagirdləri və KİV nümayəndələri təmsil edirlər. 

Qeyd edək ki, olimpiada iyunun 30-dək davam edəcək. Bu yarışma türk dilində mahnı və şer bacarıqlarını yoxlamaq üçün uşaqlar arasında keçirilən beynəlxalq olimpiadadır. Yarışmada dünyanın 130 ölkəsindən uşaqlar iştirak edirlər. Bu yarışmanın hər il keçirilməsində məqsəd, dünya ölkələrinin uşaqlarını türk dili vasitəsilə bir araya gətirmək və onları mədəniyyət, təhsil sahəsində daha da yaxınlaşdırmaqdan ibarətdir. Olimpiadaya ABŞ, Əfqanıstan, Belarus, Avstraliya, Almaniya, Fransa, İtaliya, Hindistan, İngiltərə və digər ölkələrin nümayəndələri qatılıblar. Tədbir çərçivəsində iştirakçı dövlətlərin stendlərinin nümayiş olunduğu sərgi təşkil olunub. Sərgini Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da ziyarət edib. 

Nigar Məmmədli
http://qafqazinfo.az/AZ%C6%8FRBAYCAN_IX_BEYN%C6%8FLXALQ_T%C3%9CRK_DILI_OLIMPIADASINDA_%E2%80%93_FOTO-1035-xeber.html

Mövzuya aid fotolar:
BaşlanğıcƏvvəlkiSonrakıSon



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır