“Kafkas” İlköğretim Okulu tədris ilini uğurla başa vurdu

Tədris ilinin başa çatması münasibəti ilə “Çağ” Öyrətim İşlətmələrinin təhsil ocaqlarında eləcədə “Kafkas” İlköğretim Okulunda da şənlik keçirilib. Şənlikdə “Çağ” Öyrətim İşlətmələri İdarə heyətinin sədri dr. Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, “Kafkas” İlköğretim Okulunun müdiri İlhami Atmaca və okulun müəllimləri, valideynlər şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan okulun müdiri İ. Atmaca əvvəlcə 8 illik təhsilini başa vuran şagirdləri və şənlik iştirakçılarını təbrik edib. Sonra ötən tədris ilində təhsildə əldə olunan nailiyyətlərindən danışıb. Şənlikdə “Çağ” Öyrətim İşlətmələri İdarə heyətinin sədri dr. Enver Özeren şıxış edərək şirkətin təhsil müəssisələrinin təhsildə əldə etdiyi uğurlarından bu uğurların daha da artırılması üçün həyata keçirilən tədbirlərdən söhbət açıb. Orta təhsilinin ilk 8 ilini başa vuran şagirdlərə təhsildə və həyatda uğurlar diləyib.
Sonra şənliyin bədii hissəsində şagirdlər hazırladıqları mahnıları, seirlər söyləyiblər, rəqs ediblər və müxtəlif səhnəciklər göstəriblər.

 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır