QAFQAZ UNİVERSİTETİNDƏ YENİ LABORATORİYA QURULUB

İyunun 8-də Qafqaz Universitetində 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın təqdimatı olub.

“Azercell Telekom” MMC-nin yaratdığı bu laboratoriya Qafqaz Universiteti ilə müzakirələr və məsləhətləşmələr, tələbələrin istək və təklifləri nəticəsində formalaşdırılıb.

“Azercell”in Qafqaz Universitetinə hədiyyə etdiyi bu laboratoriyada mobil rabitədə son üç nəsil texnologiya - 2G (GSM), 3G (WCDMA/UMTS) və 4G (LTE) radio-baza stansiyaları qurulub.

Dördüncü nəsil texnologiya sayılan LTE çox yüksək sürətli mobil internet – saniyədə 100Mbit məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir.

“Azercell” ilə Qafqaz Universiteti arasında bir neçə ildir əməkdaşlıq var. Qafqaz Universitetinin tələbələri şirkətin innovativ “Barama” layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin “Azercell”in tələbə təqaüdü proqramında iştirak edirlər. Şirkətin mütəxəssisləri Qafqaz Universitetinin tələbələri üçün yeni nəsil texnologiyaları üzrə təlim keçir.

http://www.icmal.az/QAFQAZ_UN%C4%B0VERS%C4%B0TET%C4%B0ND%C6%8F_YEN%C4%B0_LABORATOR%C4%B0YA_QURULUB-204021.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır