SOCAR Yay Məktəbi 2011 layihəsini elan edir

ARDNŞ respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxxəsislərin enerji sektoruna marağını artırmaq məqsədi ilə növbəti Yay Məktəbi təşkil etmişdir. Yay Məktəbində iştirak etmək istəyən tələbələr Azərbaycan vətəndaşı olmalı, ölkə daxilində və ya xaricdə bakalavr (2,3,4-cü kurs) və magistr pillələrində Avtomatika və İKT, Boru kəmərləri, Ekologiya, Energetika, Geoloji kəşfiyyat, Hüquq, Qaz-neft-mədən, Qazma, İqtisadiyyat, Kimya-texnologiyası, Neft-mexanika və İnsan resurslarının idarəedilməsi ixtisasları üzrə təhsil almalı, təhsil aldığı müddətdə həmin tələbənin üçdən çox “kafi” qiyməti olmamalıdır. Xarici ölkələrdə təhsil alan tələbələr üçün qiymətlərin ümumi ortalaması (GPA) 2,5-dən az olmamalıdır. ARDNŞ-nin fəalliyət göstərdiyi enerji sektorunun bütün sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, neft-qaz emalı və neft kimyası, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının satışını əhatə edən Yay Məktəbi ARDNŞ-nin iş mexanizmi barəsində tələbələrdə ümumi fikir yaradacaqdır. Müsabiqə əsasında seçiləcək tələbələr Yay Məktəbi müddətində müxtəlif mövzuları əhatə edən interaktiv mühazirələrdə və məşğələlərdə iştirak edərək nəzəri biliklərini artırmaqla yanaşı, təşkil olunacaq ekskursiyalara qatılaraq prosesi yaxından izləmək imkanına sahib olacaqlar. Yay Məktəbi proqramının tədrisində xaricdə nüfuzlu universitetlərdən məzun olmuş gənc mütəxəssislər iştirak edəcəklər. Tələbələr üçün dərslərdən sonra maraqlı sosial proqram da təşkil olunacaq. Şərtlərə cavab verən tələbələr 31 iyul 2011-ci il tarixdən gec olmamaq şərti ilə ARDNŞ-ə müraciət edə bilərlər. Müraciət Şirkətin rəsmi internet səhifəsində yerləşdirilmiş (www.socar.az/tehsil) Yay Məktəbinə təqdim edilməlidir. Proqram haqqında ətraflı məlumat khs@socar.az e-mail ünvanına və ya (012) 521-00-00 (daxili - #10758; #10759; #10732) nömrəli telefon nömrələrinə zəng edərək əldə etmək mümkündür. Yay Məktəbi üçün bütün xərclər ARDNŞ tərəfindən ödəniləcəkdir.

http://www.socar.az/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır