29 Ağustos 2011 Pazartesi

700 bal toplamış məzunlar

Artıq beşinci ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth olunur. Bu il estafeti Ləman Məmmədova, Cahandar Camallı, Xavər Feyzullayeva və Əli Əliyev davam etdiriblər. Onların hamısı Bakı məktəblərinin builki məzunlarıdır.

Tələbə adını qazanmış bu 4 gənc 700 ballıq nəticə ilə imtahan verdiyi I qrupun və bütövlükdə builki abituriyentlərin liderinə çevrilib. Həmin qalib gənclər haqqındakı yazıları oxucularımıza təqdim edirik.

Məmmədova Ləman Elşən qızı
1993-cü il noyabrın 27-də Bakıda ziyalı ailəsində anadan olub. 2000-ci ildə Bakının Sabunçu rayonundakı N.Rzayev adına 169 nömrəli məktəbin I sinfinə qəbul olub. 2011-ci ildə həmin məktəbi "əla" qiymətlərlə bitirib. Təhsil aldığı bu illər ərzində məktəbin bütün ictimai işlərində fəal iştirak edib. Dəfələrlə inşa müsabiqələrində, olimpiadalarda iştirak edib, diplomlar alıb. XI sinifdə oxuyarkən məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı şəhəri üzrə I yeri tutub.

2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında I ixtisas qrupu üzrə yüksək bilik nümayiş etdirərək 700 bal toplayıb. Qafqaz Universitetinə daxil olan Ləman burada informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına yiyələnəcək.


Bu günlər redaksiyamızın qonağı olan Ləman Məmmədova öz sevincini bizimlə bölüşdü:

- Hələ uşaqlıqdan oxumağa böyük həvəsim olub. Atam mühəndis, anam Xatirə Əlibəyova riyaziyyat müəllimidir. Yaxşı oxumağımda onların əməyi danılmazdır. Elə bu uğurum üçün mənə yaratdıqları şəraitə və mənəvi dəstəyə görə valideynlərimə minnətdaram. Eyni zamanda ibtidai sinif müəllimim Gülcənnətə, sinif rəhbərim və kimya müəllimim Dürdanəyə, riyaziyyat müəllimim Gülşənə, fizika müəllimim Yeganəyə, ingilis dili müəllimim Solmaza, Azərbaycan dili müəllimim Arifəyə və əlbəttə, məktəbimizin direktoru Elnarə xanıma öz dərin təşəkkürümü bildirirəm.

Ən böyük arzum daxil olduğum ali məktəbi də "əla" qiymətlərlə başa çatdırmaq və gələcək illərdə təhsilimi dünya şöhrətli Amerika universitetlərindən birində davam etdirmək, daha sonra doğma Azərbaycana qayıdıb layiqli bir mütəxəssis kimi xalqıma xidmət etməkdirE

Bu yolda Ləmana biz də uğurlar arzulayırıq.


Camallı Cahandar İlqar oğlu
1994-cü il iyulun 22-də Naxçıvan MR-in Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1997-ci ildə valideynləri ilə birlikdə Bakı şəhərinə köçüblər. 2000-ci ildə Bakının Xətai rayonundakı 263 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. Bu təhsil ocağında oxuduğu illərdə olimpiada və müsabiqələrdə çox az iştirak edib. Amma birinci qrup üzrə hazırlaşdığı fənlərdən "beş", qalan fənlərdən "dörd" də alıb. Əsas məqsədi isə TQDK-nın keçirdiyi sınaq və qəbul imtahanlarında yüksək nəticə göstərmək idi. Son sınaq zamanı 663 bal toplayıb. Cahandar sınaq imtahanlarında daha çox mexaniki səhvlərə yol verdiyini bildirdi. O özü etiraf edərək deyir ki, qəbul imtahanında çalışıb bu səhvlərimi düzəltdim. Bir qədər həyəcanlı olsam da, sualların 125-ni də cavablandırandan sonra həyəcanım tamamilə keçdi. Özümə çox inanırdım. Yüksək nəticə göstərəcəyimə əmin idim.

Mənim 700 bal yığmağımın əsas səbəblərindən biri də valideynlərimin mənə yaxından dəstək olması idi.

Bir neçə gün əvvəl 700 bal toplamış abituriyentlərə Türkiyənin Sabançı Universitetindən pulsuz oxumaq təklifi edilsə də Cahandar hələ ki, təhsilini Azərbaycanda davam etdirmək fikrindədir. Qafqaz Universitetinin kompüter mühəndisliyi ixtisasını seçib.

O, əldə etdiyi bu yüksək uğurun qazanılması üçün yaradılan lazımi şəraitə görə, ilk növbədə, valideynlərinə borclu olduğunu söyləyir. Eyni zamanda, məktəbin direktor müavini Nərgiz xanıma, sinif rəhbəri Südabə müəllimə, sevimli fizika müəllimi Elmiraya, kimya müəllimi Ulduzəyə və məktəbin bütün müəllim kollektivinə dərin təşəkkürünü bildirir.

Cahandarın ən böyük arzusu seçdiyi ixtisas üzrə xarici ölkə universitetlərinin birində təhsil alıb doğma vətənə qayıdaraq layiqli bir övlad kimi müstəqil Azərbaycana xidmət etməkdir.

Feyzullayeva Xavər Canbulat qızı
1994-cü il fevralın 2-də Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakıdakı 299 nömrəli məktəbin 1-ci sinfinə qəbul olunub. O, məktəbdə bilik və bacarığı ilə bərabər, yüksək əxlaqi keyfiyyətlərə malik bir şagird kimi tanınıb. Təhsil aldığı məktəbin ictimai işlərində daim fəal iştirak edib.

Xavər 2011-ci ildə oxuduğu 299 nömrəli məktəbi bitirəndə attestatında yalnız bir fəndən - biologiyadan "4" qiymət olub. O, X və XI siniflərdə oxuyarkən TQDK tərəfindən keçirilən sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplayıb. Özünün dediyinə görə, sonuncu sınaq imtahanında 690 bal toplayıb.

O, I ixtisas qrupu üzrə qəbul imtahanı zamanı bütün suallara düzgün cavab yazaraq 700 bal toplayıb və Qafqaz Universitetinə seçdiyi kimya mühəndisliyi ixtisası üzrə qəbul olunub. O, valideynlərinə, xüsusilə anası Səadət xanıma ona psixoloji dəstək olduğuna görə minnətdarlığını bildirir.

Eyni zamanda orta məktəbdə oxuduğu illərdə onun yüksək təhsil almasında əməyi olan sevimli müəllimləri - Reyhan, Qızxanım və ibtidai sinif müəllimi Ballı müəllimə, ona ali məktəbə hazırlaşmaqda yardımçı olan "Araz" kursu kollektivinə, o cümlədən Ülvi və Cahanə müəllimlərə öz dərin təşəkkürünü bildirir.

Xavər təhsildə, elmdə daha böyük uğurlar qazanmağı qarşısına məqsəd qoyub.

Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün Azərbaycanda hər bir kəsin yüksək təhsil alması üçün yaradılan münbit şərait gəncləri daha yaxşı oxumağa sövq edir. Xavərin də ən böyük arzusu bu təhsil ocağını bitirdikdən sonra biliyini xarici ölkə universitetlərinin birində daha da artırmaq, Vətənə layiq övlad kimi yetişərək xalqımıza xidmət etməkdir.

Arzusunun həyata keçməsində ona uğurlar diləyirik.

Əliyev Əli Rəhbər oğlu
1993-cü ildə Neftçala şəhərində anadan olub. Atası mühəndis, anası Səadət xanım evdar qadındır. Əli dünyaya gəldiyi il Bakıya köçüblər. 2000-ci ildə o, Bakıdakı 27 nömrəli ingilis dili təmayüllü məktəbin 1-ci sinfinə qəbul olub. 2008-ci ildən Bakıdakı 287 nömrəli "Zəkalar" liseyində təhsilini davam etdirib. Özünün dediyi kimi əsas uğurları da elə bundan sonra başlanıb. Riyaziyyat olimpiadalarında iştirak edərək biliyini sınayıb. IX və XI siniflərdə "Araz" kursunun keçirdiyi sınaqlarda 2 və 3-cü yerləri tutub. X sinifdə oxuyarkən Qafqaz Universitetinin keçirdiyi III riyaziyyat və məntiq olimpiadasında fərqlənən 30 şagirddən biri olub. XI sinifdə oxuyarkən - 2011-ci ildə keçirilən riyaziyyat olimpiadasında Bakı şəhəri üzrə I yerə, respublika üzrə isə IV yerə çıxıb. Bu il Xəzər Universitetinin keçirdiyi olimpiadada I qrup üzrə 1-ci yerə layiq görülüb.

Eyni zamanda XI sinifdə oxuyarkən "Virtual rinq", "Xəmsə", "Ağıl dəryası" kimi intellektual teleoyunlarda iştirak edərək qalib olub. "Ağıl dəryası" verilişində 2-ci yeri tutub finala çıxan Əli imtahansız attestat və Şimali Kipr Universitetində pulsuz oxumaq şansı qazanıb. Attestatı isə ona təhsil naziri Misir Mərdanov özü təqdim edib.

Qəbul imtahanı zamanı test kitabçasında olan 125 sualın hamısını 2 saat ərzində düzgün cavablandıraraq 700 bal toplayıb. Beləliklə də Əli arzu etdiyi Qafqaz Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsini seçir və elə ora da qəbul olunur. Gələcəkdə təhsilini xarici ölkələrdə - Qərbi Avropa və Amerikada davam etdirmək arzusundadır.

Əli Əliyev deyir ki, qazandığım bu uğura görə, ilk növbədə, valideynlərimə, müəllimlərimə və bir də özümə borcluyam. Xüsusilə, ibtidai sinif müəllimim Elmira Nağıyevaya, riyaziyyat müəllimim Rəfailə, fizika müəllimim Şamxala, kimya müəllimim Atlasa, Azərbaycan dili müəllimim Səlminaza, ingilis dili müəllimim Amaliyaya, tarix müəllimim Abbasağaya və məktəbimizin direktoru Aygün xanıma təşəkkürümü bildirirəm.

Səhifəni hazırladı: Ədalət DAŞDƏMİRLİ
http://www.muallim.edu.az/arxiv/2011/33/14.htm

700 BALLIQ TƏLƏBƏLƏRİN SEÇDİYİ UNİVERSİTET

2011-08-27

Milli jurnalistikaya yeni nəfəs “Qafqaz”dan gələcək; Professor Əhməd Saniç: “Bu günə qədər heç bir məzunumuz işsiz deyil”

Ölkənin ali və orta təhsil məktəblərində təhsilin keyfiyyətinin tez-tez müzakirə mövzusu olduğu bir vaxtda, qəbul imtahanlarından ən yüksək bal toplayan 4 abituriyentin hamısı özəl ali məktəbi- Qafqaz Universitetini seçdi. 700 bal toplayan abituriyentlər Qafqaz Universitetinin seçmələrinə səbəb kimi respublikamızda fəaliyyət göstərən özəl ali məktəblər arasında ən yüksək reytinqə malik olmasını göstəriblər. Qeyd edək ki, ötən il də 700 bal toplayanların 4-ü bu təhsil ocağını seçmişdi. Həmçinin bu universitetin tələbələri arasında 600-dən çox bal toplayanların sayı onlarladır.

Gələcəyini güclü təhsilə bağlayan bu gənclərin nə səbəbdən Qafqaz Universitetini seçməsi ilə maraqlanıb, biz də həmin ünvana üz tutduq. Elə universitetinin rektoru, professor Əhməd Saniçə verdiyimiz ilk sual da bu oldu: “Nədən yüksək bal toplayan abituriyentlər dövlət ali məktəblərini deyil, “Qafqaz”ı seçirlər?”. Ə.Saniçin sözlərinə görə, səbəb məzunların universiteti bitirərkən yüksək səviyyədə bilik əldə etməsidir: “Bizim reklamımız məzunlarımız olur. Bu günə qədər heç bir məzunumuz işsiz deyil. “Qafqaz”ın məzunu bir yerə iş üçün müraciət etdiyi zaman dərhal onu işə qəbul edirlər. Həm də bura təmiz bir mühitdir. İngiltərə, Amerika, yaxud Türkiyədəki hər hansı bir universitet kimidir; tələbə proqramı bilirsə, növbəti sinfə keçər. Buna görə burada hər kəs öz biliyinə, gücünə güvənərək yola çıxar. Nəticədə bacarıqlı və savadlı mütəxəsislər yetişir, onlar işlədikləri yerdə də etimad sahibi olurlar. Mən öz tələbələrimə və müəllimlərimə çox güvənirəm. Müəllimlərin çoxu xaricdə təhsil almış və ya orada çalışmış mütəxəssislərdir. Əksəriyyəti xaricdə ixtisasartırma kurslarına qatılıblar. Buna görə savad almaq istəyən bütün tələbələr “Qafqaz”ı seçir, biz də onlardan bacardığımız qədərini qəbul edirik. Biz kiçik bir universitetik. Bu il 600 tələbə qəbul etdik, Azərbaycanda isə ali məktəbə 30 min tələbə qəbul olunub. Ancaq nəticə etibarı ilə “Qafqaz” bir nümunədir”.

 

Rektorun sözlərinə görə, ötən il universitetə qəbul üçün tələb olunan keçid balı yüksək olub və valideynlərin şikayətlərindən sonra aşağı salınıb: “Ödənişli olanların ballarını 400-350 bala qədər aşağı saldıq. Beləcə, “Qafqaz”da oxumaq istəyənlər üçün yeni bir imkan yaratdıq. Artıq aşağı ballı tələbə də bizim universitetə gələ biləcək. Normal səviyyəli tələbələrə verdiyimiz biliklə 650 ballıq tələbələrə verdiyimiz arasında fərq olmalıdır. Biz onlara əlavə kurslar təşkil edirik. Orta səviyyədə olanları da universitet güclü mütəxəssislər kimi yetişdirəcək”.

Qəbulla bağlı plan yerlərinin dolduğunu bildirən Ə.Saniç, bu il dövlət sifarişlərini azaltdıqlarını vurğuladı: “2010-cu ildə dövlət xətti ilə 85 tələbə almaq istəyirdik, 255 tələbə gəldi. Bu il qəbul yerlərimiz artdı və dövlət xəttini bir qədər azaltdıq, 200 yer etdik. Qalan 400 nəfər ödənişli qəbul olundu”. Qeyd edək ki, bu il universitetdə ödənişlər 2 min manatdan başlayıb 4500 manata qədər artır. Dövlət xətti ilə gələnlərin keçid balları olduqca yüksəkdir. Məsələn, kompyuter mühəndisliyində keçid balı 667, kimya mühəndisliyində 650, mexanika mühəndisliyində 630-dur. Dövlət xətti ilə gələn hər tələbə üçün dövlət 1500 manat ödəyir.

Yeri gəlmişkən, bu il universitetdə jurnalistika və mexanika mühəndisliyi kimi iki yeni fakültə açılıb. Ə.Saniç jurnalistika fakültəsində təhsil alacaq tələbələrin ölkə mediasına yeni nəfəs gətirəcəyinə ümidlidir: “Şikayətlər olur ki, jurnalistika fakültəsinə aşağı ballı abituriyentlər gəlir. Ancaq elə deyil. Bizim tələbələr 500-600 bal yığanlardır. Proqramlarımız İstanbul Universiteti ilə paraleldir. Fakültə üçün İstanbul Universitetindən altı tanınmış müəllim dəvət edilib. Müəllimləri əsasən Türkiyədən gətirməyə çalışırıq. Fakültənin kafedra müdiri isə Bakı Dövlət Universitetinin tanınmış müəllimi Qulu Məhərrəmli olacaq”.

Qeyd edək ki, “Qafqaz” tələbələrə ölkə xaricində təhsil almaq və təcrübə qazanmaq imkanları verir. Həmçinin ikili diplom proqramı həyata keçirir. Bundan başqa, tələbələr təhsillərinin bir qismini İngiltərə və ABŞ universitetlərində almaqla, iki diploma eyni anda sahib ola bilirlər. Universitet 35 ölkənin ali təhsil ocaqları ilə əməkdaşlıq edir, buranın məzunları isə 46 müxtəlif ölkədə işləyirlər.

Universitetlə qısa tanışlıq zamanı isə məlum oldu ki, tələbələrin təhsil aldığı şərait olduqca yaxşıdır. Dərs otaqları lazımi avadanlıqlarla, informasiya hesablama mərkəzi müasir kompyuterlərlə təchiz olunub. Kompyuter laboratoriyaları da tələbələrin ixtiyarındadır. Burada ixtisasından asılı olmayaraq bütün bölmələrin tələbələrinə kompyuter texnologiyalarından istifadə qaydaları və ən çox istifadə olunan proqramlar öyrədilir. Təhsil ocağının rəhbəri deyir ki, universitetdə son dərəcə modern laboratoriyalar var: “Türkiyədə və ya dünyanın hansı yanında müasir laboratoriya varsa biz onları təşkil etməyə çalışırıq. Modern avadanlıqlarımız var”.

Universitetdə müxtəlif şirkətlərin köməkliyi ilə laboratoriyalar açılıb. Burada modern kimya mühəndisliyi, telekommunikasiya sahəsində 2G, 3G, 4G laboratoriyası, informasiya texnologiyaları və robotlar mövzusunda innovasiya, fizika və digər laboratoriyalar var. Kitabxanada isə 6500-dən çox kitab var. Kitablar əsasən Türkiyə, Amerika və İrandan alınır.

R.RƏFİYEVA
http://www.musavat.com/

26 Ağustos 2011 Cuma

Qax rayonunda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev əldə olunan nailiyyətlərdə təhsil işçilərinin, o cümlədən rayonda fəaliyyət göstərən “Araz” Hazırlıq Kursunun böyük əməyi olduğunu xüsusi vurğulayıb. Qax Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev, “Araz” Hazırlıq Kursunun müdiri Həsən Həsənov isə builki uğurların onları qane etmədiyini, qarşıdakı illərdə zəngin ənənələrə malik Qax təhsilinin inkişafı istiqamətində müasir texnologiyaları tətbiq etməklə daha yüksək nəticələr əldə etmək imkanlarının olduğunu bildiriblər.

Tədbirin sonunda 600-dən çox bal toplayan məzunlara Rayon İcra Hakimiyyətinin mükafatları təqdim edilib. Qeyd edək ki, rayon üzrə bu il tələbə adını qazanmış 156 abituriyentdən 16 nəfəri 600-dən, 49 nəfəri isə 500-700 arasında, 9 nəfər isə 585-600 arasında bal toplayıb.

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40019


 

 

Qızıl, gümüş medal alan məzunların daxil olduqları universitetlər məlum olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilk dəfə olaraq 2010/2011-ci tədris ilində qızıl və gümüş medal alan məzunların qəbul imtahanlarındakı göstəricilərini açıqlayıb. Merkez.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qızıl medal alan məzunların orta bal göstəricisi 636, gümüş medal alanların isə 600 baldır.
Qızıl medal alan 14 məzun Qafqaz Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Moskva Dövlət Universitetinə qəbul olunub.
Gümüş medal alan 4 nəfər isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
Bu il ali məktəblərə qəbul zamanı respublika üzrə ən yüksək – 700 bal toplayan 4 məzunun hər biri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin şagirdləri olub.
Onlar 287 saylı “Zəkalar” liseyinin məzunu Əli Əliyev, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova və 263 saylı orta məktəbin məzunu Cahandar Camallıdır.
Günel Əbilova
http://merkez.az/qizil-gumus-medal-alan-m%C9%99zunlarin-daxil-olduqlari-universitetl%C9%99r-m%C9%99lum-olub.html

25 Ağustos 2011 Perşembe

22 Ağustos 2011 Pazartesi

International Edge:TBY talks to Ahmet Sanic, Rector of Qafqaz University, on academic program the ECTS system, and international cooperation.

Our main goal over the last few years has been to give our students the best possible education. 
TBY What were the main targets when Qafqaz University opened its doors in 1993?
AHMET SANIC Qafqaz University was an initiative of a group of Turkish investors, and the decision to establish this institution was taken shortly after independence. Turkey has a very emo­tional connection to Azerbaijan and investors saw a chance to do business and also contribute to the development of the Azerbaijani education sector. A lot of students have graduated from this insti­tution, and they are now helping the development of the economy here. A great number of students also began to go abroad to attain skills and bring back Western standards to Azerbaijan. In effect, a bridge has been created between Turkey and Azerbaijan, with many partnerships and internships helping the development of this institution and the Azerbaijani economy.
How has the university developed in terms of the number of pro­grams it offers?
We have a very strong Faculty of Economics, and within this fac­ulty there are studies pertaining to business administration, bank­ing, and general economy. We are also a member of the Azerbaijan International Society of Turkish Industrialists and Businessmen (TUSİAB), which advises investors to hire our students based on their high level of education and intimate knowledge of Turkey. Our professors here also write books on the Azerbaijani economy, and these are beneficial to Turkish investors. As a result, whenever there are any Turkish investors who want to do business in Azer­baijan, they contact us with their human resources needs, and we can provide them with graduates who know the ins and outs of both the Azerbaijani and Turkish economies.
What was behind the decision to use the European Credit Transfer and Accumulation System (ECTS) at the university?
When the university was established the decision was taken to use the credit point system in the Western sense. For this reason, the Ministry of Education gave us a special "Pilot University" status, in order for us to be able to apply and use this system effectively. In 2005, Azerbaijan signed the Bologna Process, according to which all universities have to apply the ECTS, the core of which relies on the system we had already been using. Qafqaz University has con­tinuously been shown as an example to the rest of the educational sector. To stay ahead, we continuously work to utilize our close ties with Turkey, and recently arranged a conference with a Turk­ish educational institution, for instance, in cooperation with the Ministry of Education, and brought in speakers from Turkey. Such close ties to Turkey are what set us apart. We have also published reports on the Bologna Process and the ECTS in order to help their better establishment across Azerbaijan.
What other ties have you developed to afford your students the best international exposure?
We are involved in the Erasmus Mundus and   Tempus program. We have been recruiting students mainly from Turkey because it has a natural connection with our university. We haven’t yet opened our doors to the full extent partly because of state policy. Now, things have changed and the government is starting to show more support for in­ternational students, because the number of students is decreasing across higher education institutions as there are more and more universities opening in Turkey. We believe we will have no real trouble in attracting foreign students, as we have existing programs taught in English, such as international relation,, international literature, business administration, computer engineering and many more.
What is the university doing to attract the best possible staff?
We offer a lot of incentives for professors to come here. Plus, we organize many conferences   with   international   profes­sors. Each of our four faculties organizes at least one international conference per year. In 2005, a record seven were orga­nized, but we had to slow it down as it was taking too much time and energy. Around 110 centers work to organize smaller-scale conferences. The Conflict Research Cen­ter, for example, has so far organized six international conferences since September 2010. Building these bridges with other in­stitutions allows us to attract the very best academic staff and establish partnerships with foreign universities.
How many international students are there at Qafqaz University?
There are from between 350 and 400, as the number changes year-on-year. Around 300 of them are from Turkey, with almost 60 from Russia, Georgia, Turkmenistan, Kazakhstan, and India. At the same time, we have students from African countries like Nigeria, Malawi and Ethiopia. Our professors, on the other hand, are gener­ally from Turkey, Russia, and Azerbaijan. We hire professors with Master’s or Doc­torate degrees from abroad, generally the US, Turkey and other European countries. Our staff who studied locally are then gen­erally sent to the US or Europe on a regular basis for a year's training.
How much of an importance do you put on language learning, such as in English?
 Previously, each student studied five years it university, with the first year dedicated to English language preparation. The system has now changed, inserting English language instruction across all four years at university. We currently have 14 educational programs in the English language. We have also started to offer Russian, French, and German as elective classes.

What role have private universities played in the development of the Azerbaijani high­er education system?
There are 36 governmental and 14 private universities in Azerbaijan. Qafqaz Uni­versity plays a big role in the development of private education as it instilled trust amongst the population in private education after the collapse of the Soviet Union. We are now proud to have the third highest entrance threshold in the country's cen­tral exam, right behind Azerbaijan Medi­cal University. We believe this has gone a long way to convince the population that private education doesn't just mean a di­ploma in exchange for a certain amount of money. This can be verified by looking at our list of students, four of who attained full marks in the central exam, with only a total seven attaining such a mark in the entire country. We also have a further 25 students who were ranked in the top 100 enrolled, and these students receive tuition support from the government.
What targets do you have for the future of Qafqaz University?
Our main goal over the last few years has been to give our students the best possible education. We now feel that this target has been met, and we are moving onto new targets. The first is to establish more links with international schools worldwide and secondly to connect more efficiently with the private sector. Finally, we would like to produce more academic studies and research.

20 Ağustos 2011 Cumartesi

700 ballılar yenə “Qafqaz”ı seçdilər



700 bal toplamış abituriyentlərin dördü də Qafqaz Universitetində təhsillərini davam etdirməyə qərar verib. Bəs  onların “Qafqaz”a üstünlük vermələrinin səbəbi nədir? Bu suala cavab tapmaq məqsədi ilə yüksək balla “Qafqaz”a  qəbul olunmuş tələbələrə müraciət etdik.

 Ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Onların 4-ü də I ixtisas qrupu üzrə sənəd verən abituriyentlər olublar. Bəs yüksək bal toplamış həmin abituriyentlər hansı ali məktəblərdə təhsil almaq niyyətindədirlər? Əldə etdiyimiz məlumata görə, onların 4-ü də “Qafqaz”ı seçib. Məlumat üçün onu da bildirək ki, ötən il 700 bal toplamış 7 abituriyentdən də 4-ü “Qafqaz”ı seçmişdi.
Ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayanların hamısı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan ümumtəhsil müəssisələrinin məzunudur. Belə ki, Əli Əliyev 287 saylı “Zəkalar liseyi”nin, Xavər Feyzullayeva 299 saylı, Ləman Məmmədova 169 saylı, Cahandar Camallı isə 263 saylı məktəblərin yetirmələridir.

“Üstünlüyü “Qafqaz”a verdim”.
Əli Əliyev bizimlə söhbətində “Qafqaz”, yoxsa “Xəzər” seçimi qarşısında qaldığını bildirdi: “Lakin son anda “Qafqaz”a olan sevgim “Xəzər”i üstələdi və bu təhsil ocağının informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsində təhsil almaq qərarına gəldim”. O, bu üstünlüyün səbəbini “Qafqaz”ın ölkəmizdə fəaliyyət göstərən özəl ali məktəblər arasında ən yüksək reytinqə malik olması ilə izah etdi. Onun sözlərinə görə, bu təhsil ocağında yüksək nizam-intizam mövcuddur: “Hətta seçim ərəfəsində bu məktəbdə “kəşfiyyat” apararkən də mən bunun bir daha şahidi oldum. Eyni zamanda “Qafqaz”ın dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə yüksək səviyyədə əməkdaşlığı mənim bu təhsil ocağıma marağımı daha da artırıb. Bir sözlə, seçimimdə yanılmadığıma yüz faiz əminəm”.
Əli ilə söhbətdən aydın oldu ki, o, televiziya layihələrindən birində qalib gələrək, Şimali Kipr Türk Respublikasının ali məktəblərindən birində pulsuz təhsil almaq hüququ da qazanıb.

“Hamı “Qafqaz” dedi”
Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova isə “Qafqaz”seçimində müəllimlərinin, valideynlərinin məsləhətlərinin də rolu olduğunu qeyd etdi: “Bir sözlə, ali məktəb seçimində kimdən “kömək dilədimsə” hamı “Qafqaz” dedi. Təbii ki, bu, həm də mənim seçimim idi”. Qeyd edək ki, Ləman da Əli kimi “Qafqaz”da informasiya texnologiyaları və sistemləri mühəndisliyinin sirlərinə yiyələnəcək.
Seçimini “Qafqaz”dakı təhsilin yüksək səviyyəsi ilə izah edən Ləman xanım bu təhsil ocağının əsas vəzifəsinin diplom deyil, təhsil verməkdən ibarət olduğu qənaətində olduğunu dedi: “Bu mənada “Qafqaz”ın tələbəsi olmaq fəxarətdir”. Xaricə təhsil almaq L. Məmmədovanın reallaşdırmaq istədiyi arzusudur. O, ikinci və ya üçüncü kursdan təhsilini Amerikada davam etdirmək niyyətindədir. 700 bal zirvəsini fəth etmiş Ləman xanım gələcək abituriyentlərə məsləhət verməyi də unutmadı: “Yüksək nailiyyətlər əldə etmək üçün aşağı siniflərdən çalışmaq lazımdır”.

Xavər xanımın mesajı
Bakının Binəqədi rayonundakı 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva “Qafqaz”da kimya mühəndisliyi fakültəsini seçib. Bu seçimi ilə bağlı ona ünvanladığımız suala yarızarafat, yarıgerçək, “İndi hamı “Qafqaz” deyir” sözləri ilə cavab verən Xavər xanım daha sonra söylədi: “Onu da deyim ki, bu özəl ali təhsil ocağı yalnız beynəlxalq miqyaslı səviyyəsi, müasir dövrün elmi-texniki inkişafının tələblərinə cavab verən mütəxəssislər hazırlaması ilə deyil, tələbələrini dövlət və vətən sevgisi, milli dəyərlərimizə bağlı kadrlar kimi yetişdirməsi ilə fərqlənir”.
Xavər xanımla söhbətdən aydın oldu ki, o, iki il “Araz” kurslarında oxuyub. Dediyinə görə, belə yüksək bal toplamağında bu kursun önəmli rolu olub: “Mənim fikrimcə, təkcə orta məktəb proqramı ilə yüksək nəticə əldə etmək mümkün deyil”. O, repetitor yanına gedənlərə mesaj göndərməyi də unutmadı: “5 repetitor yanına getməkdənsə, “Araz” kimi bir kurs həm vaxt, həm də qiymət baxımından daha sərfəlidir”.

“Araz” “Qafqaz” seçimimdə vəsilə oldu”
Cahandar Camallı isə onun “Qafqaz” seçimində “Araz” kurslarının da önəmli rol oynadığını vurğuladı: “Kursda oxuyarkən bu təhsil ocağını da ziyarət edirdik. Elə o ziyarətlər zamanı “Qafqaz”a vurulmuşdum. Xüsusilə burada tələbə-müəllim münasibətlərinin daha yaxşı qurulmasına həsədlə baxırdım. Onu da deyim ki, mən uğurumun 80-90 faizinin “Araz” kursunun nailiyyəti olduğuna inanıram”. “Qafqaz”ın kompyuter mühəndisliyi fakültəsində təhsil alacaq Cahandar Camallı bu təhsil ocağı vasitəsilə Amerika, Böyük Britaniya kimi ölkələrə üz tutmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, qəbul imtahanlarında ilk dəfə 700 bal 2008-ci ildə toplanılıb. Həminilki qəbul imtahanlarında 6 nəfər mümkün olan ən yüksək nəticəni əldə edib. 2009-cu il imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilib. Ötən il isə 7 abituriyent 700 bal toplayıb. Onlardan 4-ü “Qafqazı” seçmişdi.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=39931

19 Ağustos 2011 Cuma

Ali məktəblərə 96,29 faiz tələbə qediyyatdan keçib

Ali məktəblərə dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib. Bu sözləri bu gün keçirdiyi mətbuat konfransında  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə,bu gün saat 14:00-da ali məktəblərə tələbə qəbulu proseduru başa çatır.
O, bildirib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çox dolub. Özəl təhsil müəssisələrində isə vəziyyət belədir.
“Xəzər”- 87 faiz
“Qafqaz”-95 faiz
“Təfəkkür”- 89 faiz
“Odlar Yurdu”- 81 faiz
“Qızlar Universiteti”- 90 faiz
TQDK sədri onu da  qeyd edib ki, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq.

Günel Əbilova

www.merkez.az

“ŞAHİNLƏR” HƏRBİ DÜŞƏRGƏSİ BU İL 6-CI DƏFƏ TƏŞKİL OLUNDU

Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərin övladları, rayonun aztəminatlı ailələrindən olan, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən xüsusi Ümumtəhsil İnternat Məktəbində tərbiyə alan 230 nəfər uşaq üçün Quba Özəl Türk Liseyi ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz “Şahinlər” yay istirahət düşərgəsində 2 həftə ərzində keçən istirahət başa çatmışdır. Düşərgəni Səbayıl rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Quba rayon İcra Hakimiyyəti təşkil edirdi.
Düşərgədə şagirdlər üçün hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, milli qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 6-cı dəfə təşkil olunan “Şahinlər” hərbi düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə, o cümlədən Quba şəhərində kütləvi məzarlığa gəzintiləri təşkil olunmuşdur. İstirahətin 1-ci günü daxili qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilər daxili qoşunların Quba şəhərindəki hərbi hissəsində şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqələlərinə qatılmışlar.
12.08.2011-ci il tarixdə Quba Özəl Türk Liseyində düşərgənin bağlanışı ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə iştirak edən Bakı Şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Daxili Qoşunların Qərərgah Rəisinin I müavini general-mayor Şahin Məmmədov, Çağ Öyrətim İşlətmələri İdarə Heyətinin Sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin Rəisi Arif Gömleksiz, Səbail rayon İcra Hakimiyyətinin Başçısının I müavini Xalidə xanım Bayramova, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Sona xanım Əkbərova və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün qurulmuş şəraitlə yaxından tanış oldular. Sonra düşərgənin rəisi Faiq Qurbanov düşərgə haqqında qonaqlara məlumat verdi. Tədbirdə çıxış edən natiqlər düşərgə haqqında öz fikirlərini söylədilər. Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində, gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə belə düşərgələrin vacibliyi haqqında danışdılar.
Düşərgədə idman yarışlarında qalib gəlmiş, tərbiyəsinə görə fərqlənən bir qrup şagirdə, uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərinə və hərbçilərə medallar və qiymətli hədiyyələr təqdim edildi.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirdilər. Daha sonra qonaqlar Azərbaycan DİN Daxili Qoşunlarının hərbi texnikası və silahları ilə yaxından tanış oldular.

 
 
 
 
 

12 Ağustos 2011 Cuma

Ali məktəblərə qəbulda ən yüksək minimal bal 667 bal olub

Bu il ali məktəblərə qəbulda ən yüksək minimal bal 1-ci qrupdan 667 balla  Qafqaz Universitetinə olub.  Bu barədə “TQDK”-nın bugünkü konfransında məlumat verilib. İkinci ən yüksək minimal bal 2-ci qrupdan 660 balla, 3-cü qrupdan isə 646 balla Dövlət İdarəçilik Akademiyasına olub. 4-cü qrupun ən yüksək minimal balı Tibb Universitetinə 541 balla olub.
www.merkez.az

11 Ağustos 2011 Perşembe

Araz Kurslarının 2011-ci il ÇEMPİONLARI

 Hər il olduğu kimi, bu il də Araz Kurslarının nəticələri uğurlu olmuşdur. TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanlarında kurslarımızın 218 məzunu 600-dən çox bal toplamışdır. Bunlardan 2 nəfər – Xavər Feyzullayeva və Cahandar Camallı I qrup üzrə ən yüksək nəticəni əldə etmiş, 700 bal qazanmışdır. Məzunlarımızın bəzisi isə müxtəlif qruplar üzrə 2-ci, 3-cü, 4-cü və 5-ci yerləri qazanmışdır. 2011-ci ildə 600-dən çox bal toplayan məzunlarımız aşağıdakılardır.



Bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Zirvədən zirvəyə

Ötən tədris illərində olduğu kimi bu il də “Çağ”Öyrətim İşlətmələrinin tədris müəssisələrini bitirən məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək nəticələr göstərmişlər. Belə ki, məzunlardan Mingəçevir Özəl Türk Liseyinin şagirdi Səlimzadə Natiq 695, Şirvan Özəl Türk Liseyinin şagirdi Surət Əsgərov 692, “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdi Şamil Şamilov 690, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdi Cavid Hacıyev 685, eləcə də Bakı, Lənkəran, Ağdaş, Sumqayıt, Şəki, Gəncə, Quba Özəl Türk Liseylərinin şagirdləri Əziz Məmmədli 675, Nəcməddin Bəşirzadə, Fəhmin Osmanlı və Kərim Şirinli 672, Fərid Abbaslı 671, Elvin Qədirli 670, Kamal Babayev 667, Cavid Şirinli 662, ümumiyyətlə 69 məzun 600 və daha yüksək bal toplamışlar. Məzunların 100-dən çoxu isə 500-dən yuxarı bal toplayaraq müəllimlərinin etimadını doğrultmuşlar.

52-ci Beynəlxalq Riyaziyyat Olimpiadasından iki medal

İyulun 12-24 də Hollandiyanın Amsterdam  şəhərində 52-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Bu olimpiadada ölkəmizi Azərbaycan–Türkiyə Özəl liseylərinin 6 şagirdi təmsil edib. Dünyanın 101 ölkəsinin iştirak etdiyi bu bilik yarışında Sumqayıt Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Elşad Mustafayev Gümüş, Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Altun Şükürlü Bürünc medal əldə ediblər. Lənkəran Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Mirağa Qafarzadə isə dördüncü yer tutaraq həvəsləndirici sertifikata layiq görülüb. Olimpiadanın Təşkilat Komitəsi şagirdlərimizin çıxışını uğurlu hesab edərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ünvanına təbriklər söyləyib. 

700 bal toplayan abituriyentlərdən Ləman Məmmədova

Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
TQDK-dan bildirilib ki, 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib. 
Modern.az saytı onlardan birini – Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyevi artıq oxuculara tanıdıb. Bu dəfə isə 700 balı toplayan digər abituriyent Ləman Məmmədovanı sizə təqdim edirik.
Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova birinci sinifdən on birinci sinifə kimi əla qiymətlərlə oxuyub. Bütün qiymətlərinin “5” olmasına baxmyaraq Ləman qızıl medala layiq görülməyib. O bunun üçün namizdəliyinin də irəli sürülmədiyini deyib.
Modern.az saytına müsahibəsində hər zaman məktəbdə yüksək nəticələr göstərdiyini deyən Ləmanın sözlərinə görə, riyaziyyat fənni üzrə olimpiadalarda iştirak edib. Abituriyent bu il Respublika Olmipiadasında Bakı şəhəri üzrə birinci yerə çıxdığını da vurğulayıb.
“Bundan əlavə, inşa müsabiqələrində iştirak edib, uğurlar əldə etmişəm, diplomlarım da var”.
Bilik sahəsində uğurlu olmasına baxmayaraq Ləman heç zaman 700 bal toplayacağına inanmmayıb. “Heç vaxt 700 bal toplayacağımı gözləmirdim. Amma hamı, valideynlərim, müəllimlərim mənim uğur qazanacağıma inanırdılar”.
Müsahibimiz deyir ki, o imtahanda bütün suallara 1 saatda cavab verib. “Sınaq imtahanlarında yaxşı bal toplayırdım, sonuncu dəfə 672 bal toplamışdım. Qəbul imtahanından öncə çox da həyəcanım yox idi. Sualları 1 saata yazdım. İkinci dəfə də yazdıqlarımı yoxladım ki, nəticəm yaxşı olsun. İmtahan bitməmişdən əvvəl çıxmaq xoşuma gəlmir deyə, imtahan vaxtının qurtarmasını gözlədim”. 
Sevincinin həddi-hüdudu olmadığını deyən həmsöhbətimiz 700 bal topladığına görə onu təbrik edənlərinm çox olduğunu bildirib: “Hədiyyə verənlər də var...”.

Ləman imtahanlara oxuduğu məktəbin müəllimləri ilə hazırlaşdığını və cəmi 10 ay repititor yanına getdiyini bildirib, belə yüksək nəticə əldə etməsinə görə onlara minnətdarlıq edib.
Artıq abituriyentlərin ixtisas seçiminin başlamasına baxamayaraq, Ləman hələ də təhsil almaq istədiyi ixtisası seçməyib. O bunu qərarsız olması ilə əlaqələndirib. “İxtisas seçimini dəqiqləşdirməmişəm, amma yəqinki Qafqaz Universitetində təhsil alacam. Ümumiyyətlə təhsil almaq üçün mənə ancaq özəl universitetlərdən Qafqaz Universiteti və ya Xəzər Universitetində oxumağı məsələhət görürlər”.
“Universiteti bitirincə kim olmaq arzusundasan” sualına Ləman “hələ bilmirəm, amma Azərbaycanım, vətənim üçün yaxşı bir şeylər etmək istəyirəm” deyib.
Xaricə təhsil almaq L.Məmmədovanın reallaşdırmaq istədiyi arzusudur. Ləman ikinci və ya üçüncü kursdan təhsilini Amerikada davam etdirmək niyyətindədir.
Hər zaman uğurla irəliləyən və son olaraq bu uğuru imtahanda göstərən L.Məmmədovanın  gələcək abituriyentlərə məsələhəti belə olub. “Uğur əldə etmək üçün aşağı siniflərdən çalışmaq lazımdır. Fənlərdə ayrı-seçkilik etmək lazım deyil, hamısına diqqət yetirib, səylə çalışmaq lazımdır. O zaman istəyinə nail olarsan”.
Aytən ƏLİYEVA

I qrup imtahanında ən yüksək nəticə göstərən Əli Əliyev


Bu il ali məktəblərə qəbul imtahanları zamanı I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək 700 bal toplayıb. Bunlardan biri də 287 saylı Zəkalar liseyinin məzunu Əli Əliyevdir. Əli digər 700 bal toplayan abituriyentlərdən fərqlənir. Belə ki, o, tam orta təhsil haqqında attestatı imtahan vermədən, ANS telekanalında yayımlanan "Ağıl dəryası" yarışmasından əldə edib. Qazandığı uğurlarla yanaşı, Əli təhsil aldığı müddətdə bir sıra çətinliklərlə də üzləşib. Bunu onun öz dilindən eşidək:
  
   - 2000-ci ildə Xətai rayonundakı ingilis dili təmayüllü 27 saylı orta məktəbin birinci sinfinə getmişəm. Burada 8-ci sinfə qədər oxuduqdan sonra təhsilimi 287 saylı Zəkalar liseyində davam etdirmişəm. Bu günə qədər rayon və respublika üzrə keçirilən müxtəlif olimpiada və müsabiqələrdə ilk yerləri qazanmışam. İlk uğurum 6-cı sinifdən başlayıb. Həmin il riyaziyyat fənni üzrə keçirilən olimpiadada fərqlənmə sertifikatı almışam. Daha ciddi uğurlarım isə Zəkalar liseyinə gəldikdən sonra oldu. Burada təhsil aldığım müddətdə televiziya kanallarında yayımlanan "Virtual rinq", "Xəmsə", "Ağıl dəryası" yarışmalarında, Araz kursunun həyata keçirdiyi müxtəlif müsabiqələrdə göstərdiyim yaxşı nəticələri qeyd edə bilərəm. Xatırladım ki, "Ağıl dəryası" verilişinin şərtlərinə görə, bu verilişdə iştirak edib, birinci yeri qazanan abituriyentə tam orta təhsil haqqında attestat verirlər. Sevindirici haldır ki, mən də bu yarışmada birinci yeri qazandığm üçün 11-ci siniflər üçün nəzərdə tutulan attestat imtahanını vermədən, tam orta təhsil haqqında attestatı əldə etmişdim. Bu il respublika üzrə keçirilən riyaziyyat olimpiadasında da 4-cü yeri qazanmışdım. Amma təəssüflər olsun ki, məktəbi qızıl medalla bitirməyə layiq olduğum halda, təhsil aldığım məktəbdən mənim namizədliyimi irəli sürmədilər.
   ....
 

700 bal toplayan abituriyent:Binəqədi rayonundakı 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva

Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib.
Modern.az saytı onlardan ikisini – Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyevi və Bakıxanov adına 169 saylı məktəbin məzunu Ləman Məmmədovanı artıq oxuculara tanıdıb, müsahibələrini təqdim edib. Bu dəfə 700 balı toplayan abituriyentlərdən 3-cüsünü Xavər Feyzullayevanı sizə təqdim edirik.
Bakının Binəqədi rayonundakı 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva 11 illik təhsili müddətində qiymətlərinin normal olduğunu deyir. Bütün qiymətləri “5” olmasa da, o, çalışmağın nəticənin əsas olduğunu vurğulayıb.
Müxtəlif bilik yarışmalarında iştirak edən Xavər olimpiadalarda iştirak etməsinə baxmayaraq,  böyük nəticələr qazanmayıb.
Amma bunlara baxmayaraq X.Feyzullayeva hər zaman imtahanda yüksək nəticə göstərib 700 bal toplayacağına əmin olub.
““Araz” kurslarında hazırlaşmışam. 10-cu sinifdə “Araz” kursunun müəllimləri ilə evdə hazırlaşmışam. 11-ci sinifdə isə rəsmən kursun özünə getmişəm. Elə kursda keçirilən imtahanlarda da bir neçə dəfə 700 bal toplamışam”-deyə X.Feyzullayeva bildirib.
Xavər TQDK-nın keçirdiyi sınaq imatahanlarında ilk vaxtlar elə də uğurlu nəticələr əldə etmədiyini deyir. Onun sözlərinə görə, ilk sınaqlarda 500, 600 balı keçə bilmirmiş.
“Bu da proqramı tam bilməməyimlə əlaqədar idi. Amma sonra nəticələr dəyişdi. Məsələn,  axırıncı sınaqdan 690 bal toplamışdım”.
İmatahan başlananda həyacanlı olan müsahibimiz sualları görən kimi həyacanın keçdiyini deyir. “Çünki suallar çox asan idi, məhz ona görə də bir saatda bütün sualları cavablandırdım. Sonra təzədən səhvimi, düzümü bir daha dəqiqləşdirim. İmatahdan isə tam 3 saatdan sonra çıxdım”.
Xavər imatahdan çıxandan sonra cavabları yoxlamaq üçün birbaşa “Araz” kursuna gedib.
“Və burda müəllimlərim cavablarımı yoxladılar, nəticəmi bildik. Amma əsas rahatlığı nəticələr rəsmən elan olunandan sonra tapdım və ilk olaraq müəllimlərimə zəng etdim”.
Həmsöhbətimiz onu ilk təbrik edənlərin valideynləri və müəllimləri olduğunu qeyd edib. “Valideynlərim, müəllimlərim məndən çox sevinirdilər. Həmin gün məni çoxlu təbrik edən, hədiyyə verənlər də var idi. Amma mənim üçün ən əsası valideynlərim və müəllimlərimin sevinclərini bölüşmək idi”.
X.Feyzullayeva deyir ki, sinif yoldaşlarından onun kimi olmasa da, yüksək nəticə göstərənlər  var. Abituriyentin fikrincə, yüksək nəticə göstərmək üçün hazırlaşmaq vacibdir. Ona görə yalnız orta məktəb proqramı ilə belə yüksək nailiyyət əldə etmək mümkün deyil.
“Hazırlaşmaq vacibdir. Təkcə orta məktəb proqramı ilə yüksək nəticə əldə etmək mümkün deyil. Düzdür, orta məktəbdə biliklərə yiyələnirik, amma ondan əlavə son iki il ərzində də ciddi hazırlaşmaq lazımdır”.
Xavər artıq təhsil alacağı ixtisası da seçib. Arzusu kimya mühəndisliyi olmaqdır. “İxtisaslaşımı seçmişəm. Qafqaz Universitetinin kimya mühəndisliyində oxuyacam. Universiteti bitirdikdən sonra isə ixtisasım üzrə fəaliyyətimi davam etdirəcəm”.
Uğurlarına baxmayaraq həmsöhbətim xaricdə təhsil almaq barədə hələ qərar vermədiyini deyib. “Ümumiyyətlə xaricdə təhsil almaq barədə hələ düşünməmişəm”.
Son olaraq Xavər Feyzullayeva özü kimi yüksək nəticələr əldə etmək istəyən abituriyentlərə çalışmaq və hər zaman özlərinə inamlı olmalarını məsləhət görüb.
Aytən ƏLİYEVA
http://modern.az/articles/15965/1/

700 bal toplayan abituriyentlərin sonuncusu Cahandar Camallı



Ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib və onların hamısı Bakı məktəblərinin məzunlarıdır. Onlardan 3-ü-"Zəkalar liseyi"nin məzunu Əli Əliyev, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 299 saylı məktəbin məzunu Xavər Feyzullayevanı artıq oxucular tanıyır. Bu dəfə isə 700 balı toplayan sonuncu abituriyent Cahandar Camallını sizə təqdim edirik.
       Cahandar Camallı Xətai rayonu 263 saylı orta məktəbin məzunudur. 1-ci sinifdən 11-ci sinfə kimi eyni məktəbdə oxuyan Cahandar Modern.az-a deyib ki, 10-cu sinfədək bütün qiymətləri "5" olub.
       "Lakin 10-cu sinifdən "Araz" kursunda hazırlaşdığım üçün iki il orta məktəb dərslərinə fikir vermədim. Ona görə bəzi fənlərdən "4" də aldım".
      Cahandar Camallı bunun səbəbini orta məktəbdə onlara tam dəyər verilməməsində və bəzən haqsızlıqların olmasında görür. "Adicə ixtisas fənnimdən - riyaziyyatdan mənə "4" yazmışdılar, amma belə şeylərin üstünə çox düşmədim. Çünki bilirdim ki, attestat imtahanında onsuz da "5" alacam. Amma qeyri-ixtisas fənləri - coğrafiya, biologiyadan "4"-üm olduğuna görə, qızıl və gümüş medala namizəd göstərilmədim, heç onun arxasınca da düşmədim, istəmədim".
      Cahandar bildirir ki, müxtəlif olimpiadalar və müsabiqələrdə iştirak etmək üçün namizədliyini irəli sürsələr də, o, bundan qaçıb. Abituriyent bunu belə izah edir: "Nədənsə daha çox TQDK-nın sınaqlarına hazırlaşmaq üçün vaxt ayırırdım və belə şeylərə həvəsim yox idi".
      İki il "Araz" kurslarında hazırlaşan müsahibimiz qəbul imtahanında yüksək nəticə göstərmək üçün səylə çalışmağın vacib olduğunu deyir. O hesab edir ki, hazırlığa getmədən yüksək bal toplamaq çətindir, yalnız orta məktəb biliyi ilə bunu etmək əlçatmazdır.
      "Yüksək nüfuzlu liseylərdə həmin il məktəbi qurtaranlar imtahanda yaxşı nəticə göstərirlər. Amma orta məktəbdən birbaşa o balı toplamaq qeyri-mümkündür".
      Abituriyentin fikrincə, orta məktəblərdə təhsilin keyfiyyətli verilməsilə bağlı bəzi problemlər var, amma o bu problemlərin nədən ibarət olduğunu özünün də dəqiq bilmədiyini qeyd edib. "Orta məktəbdə müəllimlər savadlıdır, amma orta məktəblərdə bəzi problemlər var ki, onu mən də dəqiq bilmirəm niyə elədir, yəni tam deyə bilmərəm". Cahandar əldə etdiyi uğurun 80-90 faizinin "Araz" kursunun nailiyyəti olduğuna inanır. O bildirir ki, "Araz" kursunun dinləyicisi olmamışdan qabaq sınaq imtahanlarında 300-350 bal toplayırdı.
      "Ama kursa getdikdən sonra bu göstərici iki dəfə artdı və son dəfə kurs sınaqlarında 680 bal topladım. TQDK-nın ən axırıncı sınağında isə 663 bal yığmışdım". Sınaq imtahanlarında daha çox mexaniki səhvlər buraxdığını deyən həmsöhbətimiz qəbul imtahanında ilk növbədə belə səhvlər buraxmamağa çalışdığını qeyd edib.

      "İmtahanda həyəcanlı idim, amma sonradan sualların asanlığını görüb həyəcanım azaldı. Çalışdım ki, mexaniki səhvlər buraxmayım. Çünki bəzən həyəcandan çaşıb bildiyin sualı da səhv yaza bilirsən".
  
   700 bal toplamağın bir az bəxt məsələsi olduğunu deyən Cahandar imtahandan sonra 680 bal yığacağına inanırmış. "Əvvəlcə 700 bal toplayacağıma tam əmin deyildim. Çünki imtahanda sualları saat yarıma qurtarsam da, yalnız bir sualın üstündə çox dayandım. Çalışdım səhv etməyəm, ona görə də imtahandan tam vaxtında çıxdım. Və imtahandan çıxanda 680-dən yuxarı bal gözləyirdim. Lakin kursda cavabları yoxlayandan sonra tam əmin oldum ki, balım 700-dür".
      Cahandar Camallı artıq ixtisas seçimi edib, o, Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsində oxuyacağını deyir. Xaricdə oxumağı ikinci kursdan istəsə də, hansı ölkəyə getməyi tam dəqiq bilmir.
      "İkinci kursdan xaricə getmək fikrindəyəm. Ölkəni tam dəqiqləşdirməmişəm, amma Amerika, İngiltərə kimi ölkələr fikrimdədir". Qafqaz Universitetini seçməsini isə o burada digər dövlət universitetlərinə nisbətən tələbə-müəllim münasibətlərinin yaxşı olması ilə əsaslandırıb.
      İlk olaraq onu müəllimlərinin, valideynlərinin və qohumlarının təbrik etdiyini deyən Cahandar gələcək abituryentlərə də məsələhət verib.
      "İmtahanda yüksək nəticə göstərmək üçün əzimli olmaq, dərs oxumaqdan bezməmək, vaxtı boş yerə sərf etməmək lazımdır. Nəsə alınmırsa, usanmadan üstündə fikirləşmək lazımdır. İlk növbədə isə həyəcanı yığışdırmaq lazımdır. Çünki həyəcan həddindən artıq səhv olmasına gətirib çıxarır. Bildiyin sualı da səhv yaza bilərsən". 

8 Ağustos 2011 Pazartesi

Yurtdışında okumak isteyen öğrencilerin dikkatine

Azerbaycanın en çok tercih edilen özel üniversitesi olan Qafqaz Üniversitesi hakkında 28.07.2011 tarihinde STV Haber televizyonunda yapılan röportaj 

7 Ağustos 2011 Pazar

“Qafqaz” özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərib


2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrində boş qalan (vakant) plan yerlərinin ixtisas seçiminə dünəndən start verilib.


  Müsabiqədə 1-ci qrup üzrə ümumi balı 200-dən, 2 və 3-cü qruplar üzrə ümumi balı 250-dən, 4-cü qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilər. İxtisas seçimi avqustun 9-dək internet vasitəsilə aparılacaq. Ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq. Məlumat üçün bildirək ki, vakant yerlər əsasən özəl ali məktəblərdə qalıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin dünən keçirdiyi mətbuat konfransında ölkə üzrə 2087 boş yer qaldığını deyib. Plan yerləri isə 93,36 faiz dolub. Onun sözlərinə görə, bu il qəbul yeri birinci turdan yüz faiz dolan universitetlər Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Diplomatiya Akademiyasıdır. Sədr bildirib ki, əvvəlki illərdə bölgələrdəki universitetlərdə qəbul planı, adətən, 50 faiz dolurdu. Amma bu il ilk dəfə olaraq 2 rayon ali təhsil müəssisəsində nəticələr çox yüksək olub. Lənkəran və Gəncə Dövlət Universitetlərindəki yerlər də 100 faiz dolub. M. Abbaszadə bildirib ki, özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərənlər plan yerləri 96 faiz dolan Qafqaz Universiteti və plan yerləri 94 faiz dolan Xəzər Universitetidir. Abbaszadə deyib ki, özəl ali məktəblər arasında ən aşağı nəticəni Təfəkkür, Asiya və Odlar Yurdu universitetləri göstərib. Hər üç universitet plan yerlərini cəmi 46 faiz doldura bilib.
Mətbuat konfransında TQDK sədri II qrup üzrə belə bir məlumat da açıqlayıb: “Bu il II qrup üzrə rus bölməsinin abituriyentləri üçün 294 plan yeri olsa da, buraya qəbulda cəmi 2 nəfər abituriyent iştirak edib. Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb. Birgə müsabiqə keçirilən boş ixtisasların sayı isə 280 olub. Ümumilikdə, II qrupda boş qalan yerlərin sayı 663-dür”.  M. Abbaszadə bu problemi aradan qaldırmaq üçün bütün ali məktəb rəhbərləri ilə əlaqə saxladıqlarını və ortaq bir həll yolu tapdıqlarını söyləyib. Beləliklə, II qrup üzrə rus bölməsi abituriyentləri üçün ayrılmış 294 yer birgə müsabiqəyə ayrılacaq və ümumilikdə, 663 yer birgə müsabiqədə iştirak edən abituriyentlərin seçiminə veriləcək”. M. Abbaszadə deyib ki, rus bölməsinin abituriyentləri üçün ayrılmış yerləri birgə müsabiqəyə verməklə, müsabiqədən kənarda qalan 1119 Azərbaycan bölməsi abituriyentinə şans yaradıblar.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=39695