Qızıl, gümüş medal alan məzunların daxil olduqları universitetlər məlum olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilk dəfə olaraq 2010/2011-ci tədris ilində qızıl və gümüş medal alan məzunların qəbul imtahanlarındakı göstəricilərini açıqlayıb. Merkez.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qızıl medal alan məzunların orta bal göstəricisi 636, gümüş medal alanların isə 600 baldır.
Qızıl medal alan 14 məzun Qafqaz Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Moskva Dövlət Universitetinə qəbul olunub.
Gümüş medal alan 4 nəfər isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
Bu il ali məktəblərə qəbul zamanı respublika üzrə ən yüksək – 700 bal toplayan 4 məzunun hər biri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin şagirdləri olub.
Onlar 287 saylı “Zəkalar” liseyinin məzunu Əli Əliyev, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova və 263 saylı orta məktəbin məzunu Cahandar Camallıdır.
Günel Əbilova
http://merkez.az/qizil-gumus-medal-alan-m%C9%99zunlarin-daxil-olduqlari-universitetl%C9%99r-m%C9%99lum-olub.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır