Qafqaz Universiteti dünyanın 700 top universitetinin siyahısında 601-ci yerdə qərarlaşmışdır


16 September, 2011
Qafqaz Universiteti dünyanın 700 top universitetinin siyahısında 601-ci yerdə qərarlaşmışdır Bakı, 15 sentyabr (AzərTAc). Azərbaycandakı Qafqaz Universiteti dünyanın 700 top universitetləri siyahısına daxil olmuşdur. AzərTAc xəbər verir ki, “QS World University Rankings-2011” reytinqinə görə Qafqaz Universiteti dünyanın 700 top universitetinin siyahısında 601-ci yerdə qərarlaşmışdır. Bu məqsədlə müxtəlif ölkələrin 2 min 919 universiteti haqqında məlumat təhlil edilmiş və nəticədə 712 ali məktəb reytinqə daxil olmuşdur. Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilmişdir. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. YUNESKO-nun bu yaxınlarda Parisdə keçirilmiş son konfransında hazırda dünyada 20 min ali məktəbin mövcud olduğu qeyd edilmişdir. 700 top universitetlər siyahısına düşmək dünyada 4 faiz təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir. “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.URL:
http://www.azertag.gov.az/index_az.jsp?id=9418&date=2011-09-15

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır