Qafqaz Universiteti ilə Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumu imzalanıb



24 September, 2011
Türkiyənin Süleyman Dəmirəl universitetinin  rektoru Prof. Dr. Hasan İbicioğlu  ölkəmizdə səfərdədir. Səfər zamanı bir neçə ali təhsil müəssələrini ziyarət edib. Ziyarətin əsas məqsədi qardaş Azərbaycanla Türkiyə arasında  təhsil əlaqələrini genişləndirmək Azərbaycanda olan təhsillə əlaqəli yenilikləri qardaş ölkəyə aparmaq və ölkəsində olan təhsil yenilliklərini  Azərbaycana gətirməkdir.
Professorun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Qafqaz Universitetinin qonağı olub. Səfərin əsas məqsədi Qafqaz Universiteti ilə Süleyman Dəmirəl  universiteti arasında anlaşma memorandumunun imzalanmasıdır. Memorandumun mahiyəti  tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Süleyman Dəmirəl universitetinin rektoru Prof. Dr. Hasan İbicioğlu imzalayıb. Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.
Süleyman Dəmirəl universitetinin rektoru Prof. Dr. Hasan İbicioğlu isə deyib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi   Türkiyənin ən tanınmış və ən populyar universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər. Savadlı kadrların yetişdirilməsində Dəmirəl Universitetinin önəmi çoxdur. Universitet dünyanın müxtəlif ali təhsil müəssisələri ilə sıx əlaqələr saxlayır, bir sıra beynəlxalq proqramlarda iştirak edir. Professor əlavə edib ki, səfərindən çox razı qalıb və Azərbaycandan zəngin təəssüratla ayrılır. Çıxışının sonunda rektor qeyd edib ki, Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacaq.
Görüşün sonunda qonağa Ahmet Sanic tərəfindən universitetin Fəxri Plaketi təqdim olunub. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır