Qafqaz Universiteti ilə Süleyman Dəmirəl Universiteti və Gürcüstan Beynəlxalq Qafqaz Universiteti arasında anlaşma memorandumu imzalanıb

13:10 / 24.09.2011
Məlum olduğu kimi Türkiyənin Süleyman Dəmirəl Universitetinin rektoru, professor Hasan İbicioğlu Azərbaycanda səfərdədir. O. səfər çərçivəsində bir neçə universitetdə olub. Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında təhsil əlaqələrini genişləndirmək, Azərbaycanda olan təhsillə əlaqədar yenilikləri qardaş ölkəyə aparmaqdır. Həmçinin Türkiyədə tətbiq olunan təhsil sistemi haqqında azərbaycanlı həmkarlarına ətraflı məlumat verməkdir. Hasan İbicioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Qafqaz Universitetində olub. Səfərin əsas məqsədi Qafqaz Universiteti ilə Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumunun imzalanmasıdır. Memorandumun mahiyyəti tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic və Süleyman Dəmirəl Universitetinin rektoru, professor Hasan İbicioğlu imzalayıb. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Onların arasında bütün sahələr, o cümlədən təhsil sahəsi üzrə də əməkdaşlıq əlaqələri mövcuddur. Süleyman Dəmirəl Universitetinin rektoru, professor Hasan İbicioğlu isə bildirib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Türkiyənin ən tanınmış və populyar universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin məzunlar ölkədə və xaricdə Türkiyə üçün önəmli işlər görürlər: “Savadlı və peşəkar kadrların yetişməsində Süleyman Dəmirəl Universitetinin önəmi çoxdur.”.Qeyd edək ki, həmin gün Qafqaz Universiteti ilə Gürcüstan Beynəlxalq Qafqaz Universiteti arasında anlaşma memorandumu imzalanıb.Gürcüstan Beynəlxalq Qafqaz Universitetinin rektoru, professor Kakhaber Kordzaia isə bildirib ki, rəhbəri olduğu universitet dünyanın müxtəlif ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurub. Tədbirin sonunda Ahmet Sanic Türkiyənin Süleyman Dəmirəl Universitetinin rektoru, professor Hasan İbicioğluna və Gürcüstan Beynəlxalq Qafqaz Universitetinin rektoru, professor Kakhaber Kordzaiaya Qafqaz Universitetinin Fəxri Plaketini təqdim edib.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=35236 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF