Qafqaz Universitetində “Bilik günü” ilə bağlı tədbir keçirilib

05:38 / 16.09.2011
Dünən Qafqaz Universitetində 15 sentyabr “Bilik günü” münasibəti ilə 2011-2012 Tədris ilinin açılış proqrammı keçirilib. Tədbirdə Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti cənab Ənvər Özərən bəy, universitetin professor müəllim heyəti, valideynlər və tələbələr iştirak ediblər.
Tədbir ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk başda olmaqla ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış vətən övladlarımızın, elm, mədəniyyət, maarifimizin bu günlərə çatmasında əməyi keçmiş elm adamlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin oxunmasıyla açıq elan edilib.
İlk öncə açılış nitqi söyləməsi üçün universitetin tədris işləri üzrə prorektoru professor Cihan Bulut bəyə söz verilib. O vurğulayıb ki, 2011-2012 tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 4 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb: “Bizim üçün sevindirici haldır ki, onların 4-də bundan sonra təhsillərini seçdikləri ixtisaslar üzrə davam etdirmək məqsədi ilə məhz universitetimizi tərcih ediblər”.
Daha sonra səhnəyə bu il keçirilən qəbul imtahanlarında ən yüksək – 700 bal toplamış Qafqaz universitetinin kompüter mühəndisliyi bölməsinə daxil olan Cahandar Camallı, informasiya texnologiyaları və sistemləri Mühəndisliyi bölməsinə daxil olmuş Əli Əliyev, eyni ixtisası qazanmış Ləman məmmədova, Kimya mühəndisliyi bölməsinə daxil olmuş Xavər Feyzullayeva dəvət olunublar. Onlar çıxış edərək Qafqaz Universitetinə üstünlük vermələrinin səbəblərindən danışıblar. Bildiriblər ki, bu təhsil ocağı ən müasir tələblərə cavab verən, dünya standartlarına uyğun tədrisi ilə seçilir. Bu universitetdə tələbələrin gələcək inkişafı üçün geniş imkanlar var.
Daha sonra ürək sözlərinə söyləmək və 700 bal alan tələbələrin uğurlarını mükafatlandırmaq üçün kürsüyə Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti cənab Ənvər Özərən dəvət edilib. O bildirib ki, 2011-2012 tədris ilində Qafqaz Universitetini seçən və prezident təqaüdünə layiq görülən 25 tələbə təhsil alacaq.
Ə.Özərən Azərbaycanda təhsilin uğurlu inkişafında ümummilli lider Heydər Əliveyin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədyönlü və düşünülmüş siyasət hazırda ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezidentin də söylədiyi kimi dövlətin məqsədi neft kapitalını insan kapitalına çevirməkdir. Bu iş ilk növbədə təhsilin inkişafı ilə həyata keçirilir. Daha sonra Prezident təqaüdünə layiq görülmüş 25 tələbənin mükafatlandırılması mərasimi keçirilib. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl açıqlanan “QS World University Rankings-2011” reytinqinə görə Qafqaz Universiteti dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub. Universitet bu siyahıda 601-cu yerdə qərarlaşıb. Siyahının müəyyən edilməsi üçün müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub. Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20.000 ali məktəbin mövcud olduğu qeyd olunub. “Top-700”ə düşmək dünyada 4 faiz təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir. Qeyd edək ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=34771

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır