QS World University Rankings-2011” reytinqinə görə Qafqaz Universiteti dünyanın 700 ən yaxşı universitetinin siyahısında 601-cu yerdə qərarlaşıb


 13.09.2011
Dün açıqlanan QS World University Rankings-2011” reytinqinə görə Qafqaz Universiteti  dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub. Universitet  bu siyahıda 601-cu yerdə qərarlaşıb. Siyahının müəyyən edilməsi üçün müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub.
Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20.000 ali məktəbin mövcud olduğu qeyd olunub. “Top-700”ə düşmək dünyada 4 faiz təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.
Azərbaycandan bu siyahida
643.yerdə Bakı  Dövlət Universiteti var..
Qeyd edək ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır