Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət edildi

Yeni dərs ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin kollektivi Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarətçilər arasında “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Şirkətin müşavirləri Nazim Əkbərov, Ağarəsul Məmmədov və bir qrup müəllim və şagirdlər iştirak ediblər. Ziyarətçilər “Çağ” Öyrətim İşlətmələri tədris müəssisələrinin kollektivi adından Ulu Öndərin büstü önünə tər qərənfillər qoyublar. Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ziyarətçilər Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq onun müasir Azərbaycan dövlətinin qurulmasındakı əvəzsiz xidmətlərindən ətraflı söhbət açıblar. Eyni zamanda ziyarətçilər Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı görkəmli oftomoloq alim Akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər. Zərifə xanımın tibb elminə verdiyi töhfələrdən bu sahədəki müstəsna xidmətlərindən danışıblar.

  http://www.cag.edu.az/haber.php?id=299

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır