30 Ekim 2011 Pazar

Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü qeyd olundu.


30 October, 2011 Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü  qeyd olundu.  Bir gün öncə tədbirin təşkilatçıları-Universitetin Gənc Akademiya klubunun üzvləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərlərinin məzarlarını ziyarət etdilər.
Tədbir Universitetin foyesində  ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarızəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən kadrların nümayişi , ardınca “Türkiyəm”  musiqisinin sədaları altında klub üzvlərinin Türkiyə Cümhuriyyətinin bayrağını canlandırdığı flaşmobun seyr olunması ilə başladı.
Oktyabrın 23-də  Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələdə həlak olan insanların, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin prorektoru Cihan Bulut Azərbaycan və Türkiyə Respublikalarının qardaşlıq münasibətlərindən danışaraq Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz Türkiyə olduğunu vurğuladı.  Azərbaycanda qonaq olan Özyeyin Universitetinin hüquq fakültəsinin dekanı, professor  Yener Ünver öz çıxışında Ulu öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olduğunu qeyd etdi.
Öz vətənpərvərliyi və türksevərliyi ilə xüsusilə seçilən Azərbaycanın estrada ulduzu Azərinin “ayağa qalx Türk oğlu, türk bayrağı gəlir” çağırışı bütün salonu ayağa qaldırdı. Müğənniyə Qafqaz Universitetindən xatirə olaraq sənət kursları tələbələrinin göz nuru ilə hazırladıqları tablo hədiyyə verildi.




Universitetin özfəaliyyət kollektivlərinin rəngarəng repertuarı ilə davam edən, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu tədbir “Türkiyəmiz üçün, Vətənimiz üçün” musiqisinin sədaları altında Gənc Akademiya klubu üzvlərinin Türkiyə bayrağını səhnəyə gətirməsi və Azərbaycan xalqının hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu nümayış etdirməsi ilə yekunlaşdı.

“20 Yaşlı Azərbaycanım” adlı ədəbi-bədii proqram



18 October, 2011 Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Qafqaz Universitetində  “20 Yaşlı Azərbaycanım” adlı ədəbi-bədii gecə keçirildi.
Universitetin “Oğuz” klubunun təşkil etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru  Prof. Ahmet Saniç  Azərbaycanın dövlət müstəqilliyinin iyirmi illik inkişaf  yolunun ən parlaq nəticəsi kimi dəyərləndirdi.
Azərbaycan  Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik Arif Həşimov universitetə dəvət edildiyi üçün təşəkkürünü bildirərək Azərbaycan xalqının Heydər Əliyev yolunu seçməsi ilə dövlət müstəqilliyimizin dönməzliyinin təmin olunduğunu söylədi. Akademik bu uğurdan hər bir Azərbaycan vətəndaşına pay düşdüyünü, Qafqaz Universitetinin məhz müstəqilliyin töhfəsi olduğunu vurğuladı.
Tədbir Xalq artisti, müğənni Ağadadaş Ağayev, estrada ulduzu Samirə və Universitetin özfəaliyyət kollektivlərinin çıxışları ilə davam edərək “ Növbəti  müstəqillik  yubileyini  Qarabağda  keçirək”  çağırışıyla yekunlaşdı.
Sonda rektor qonaqlara  sənət kursları üzvlərinin əl işlərindən ibarət xatirə hədiyyələrini təqdim etdi.

Ramin Orucovun təqdimatında “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” XMİB seminarı



Xəzər Mühəndisləri İctimai Birliyi tərəfindən 29 oktyabr tarixində Qafqaz Universitetində “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar təşkil olunmuşdur. Təqdimatı hal-hazırda Azercell Telecomda proqramçı kimi çalışan Ramin Orucov keçirmişdir. Təxminən 120-yə yaxın tələbə bu seminarda iştirak etmişdir. Onlar ADNA, AzTU, BDU, Qafqaz Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqların tələbə və məzunlarıdır. Bu rekord gostərici CES-in tarixində bir ilk oldu. Seminardan sonra daha 20 tələbə üzv olmaq üçün ərizə formalarını doldurdular.
Ramin Orucov əvvəl İKT barəsində ümumi məlumat verdi. Seminarın əsas mövzuları bunlar idi:
  • İKT üzrə əsas istiqamətlərin təsnifatı
  • İş üçün tələb olunan bilik və bacarıqlar
  • Beynəlxalq sertifikatlar və onların əhəmiyyəti
  • Nümunə karyera planları
  • Tövsiyələr
  • Yerli və xarici iş axtarış saytları
Proqlamlaşdırma, verilənlər bazası, texniki dəstək, əməliyyat sistemləri, şəbəkə texnologiyaları, dizayn, reklam,
layihələrin idarəsi və digər işlər İKT sahəsində əsas istiqamətlər kimi göstərilmişdir.
Təqdimatçı aşağıda qeyd olunan proqramlar üzrə ətraflı məlumat vermişdir:
  • Delphi
  • .NET (C# və ya VB.NET + ASP.NET)
  • Java (Servlet, JSP, JSF və s.)
  • Perl
  • Python
  • SQL
  • Oracle PL/SQL
  • MS SQL Server T-SQL
  • PostgreSQL üçün pgSQL
  • MySQL 5/6 üçün stored proced.
  • Java Micro Edition
  • Android – Java
  • Apple iOS – Objective C
  • Windows Phone 7 – .NET
  • Symbian C++
  • Linux əsaslı – C,C++ və s.
  • Oracle
  • Microsoft SQL Server
  • MySQL
  • PostgreSQL
  • Unix: Sun Solaris, FreeBSD, HP UX, IBM AIX
  • Linux: RedHat, CentOS, OEL, SUSE, Ubuntu, Fedora, Debian, və s
  • CorelDraw
  • Adobe CS proqramları
  • Flash
  • 3DS Max
  • Maya Quark Express
  • CorelDraw
  • Adobe Illustrator və s.
Həmçinin beynəlxalq sertifikatlar haqqında da detallı məlumat verildi:
  • OCP Web Component Developer
  • OCP Business Component Developer
  • OCP Web Services Developer
  • OCM Enterprise Architect
  • OCE JSP and Servlet Developer
  • OCE EJB Developer
  • OCE Web Services Developer
  • OCE JPA Developer
  • Windows Developer(3 MCTS)
  • Web Developer(3 MCTS)
  • Windows Azure Developer(2 MCTS)
  • Windows Phone Developer(2 MCTS)
  • OCA DBA
  • OCP DBA
  • OCM DBA
  • OCE Performance Tuning
  • OCE RAC
  • OCE SQL Expert
  • OCA MySQL 5
  • OCP MySQL 5 Administrator
  • OCE MySQL 5.1 Cluster Database Administrator
  • OCP MySQL 5 Developer
  • HP-UX Certified System Administration (CSA)
  • HP-UX Certified System Engineer (CSE)
Qeyd edək ki, Azərbaycanda yalnız bir neçə nəfər bu sertifikatlara sahibdir.
Seminar gedişatında Ramin Orucov karyera planları haqqında, yerli və xarici iş axtarış saytları haqqında söhbət açdı. O bizim regionda İKT tətbiqindən, İKT mütəxəssislərindən danışdı və məsləhətlər verdi.
Seminarın sonunda tələbələri maraqlandıran suallara cavab verildi.
“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES
“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES
“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES
“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES
“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES“The main trends and business opportunities in the sphere of ICT” by Ramin Orujov - CES
http://thecesworld.org/az/?p=1505&utm_source=rss&utm_medium=rss&utm_campaign=ramin-orucovun-t%25c9%2599qdimatinda-ikt-sah%25c9%2599sind%25c9%2599-%25c9%2599sas-istiqam%25c9%2599tl%25c9%2599r-v%25c9%2599-is-imkanlari-xmib-seminari

CES tədbiri uğurla başa vurdu


Bu günlərdə sizə məlumat verdiyim, Caspian Engineers Society tədbiri bu gün səhər keçiriləcək idi. İşlərin çoxluğu ucbatından gecə saat 3-də yatmağıma baxmayaraq, səhər 8-in yarısı yuxudan oyanıb, səhər yeməyimi yeyib, tədbirə hazırlaşdım. Soruşacaqsız niyə belə tez? Tədbir axı 11-də idi. Mən Bakıxanov qəsəbəsində yaşayıram, buradan da Xırdalana gedib çıxmaq, elə ən azı 1 saat yarım yoldu :)) Hər dəfə belə maraqlı tədbirlər keçiriləndə hirslənirəm ki, niyə axı Qafqaz Universiteti? Düzdü şərait və s. superdi… Amma şəhər kənarına gedib çıxmaq, özü də qıjıxana 20 yanvardan keçmək dəhşətdi :))
Nə isə, saat 11-in yarısı artıq Qafqaz Universitetinə gəlib, Ramin Orucova zəng etdim ki, tədbir hansı otaqda keçiriləcək? 128 otaqda olacağını qeyd etdi. Otağa gəlib, 5 dəqiqə gözlədikdən sonra, hansısa xalaşka gəlib özünü lezvaladı ki, bəs bu otaqda biz teatr hazırlığı keçəcəyik, basın bayıra. Elə təzəcə hamımızı çıxartmışdı ki, Ramin gəldi. Şükür ki, problemi həll edib xalaşkanın dalından dəydi. Otaq deyəndə ki, zal idi, bu da 120+ izləyicinin tutması üçün bəs edəcəkdi. Tədbir saat 11:00 yox, 10 dəqiqə gecikmə ilə başladı ki, hamı gəlib çata bilsin. Budur, CES İT komitəsinin sədri Ramin Orucov səhnədədir və bizlərə “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda fantastik məlumatlar çatdıracaq. Sözün düzü Ramin çox kreativ insandır və hətta 2006-cı il Qafqaz Universitetinin 1 nömrəli məzunu olub. İndidə Azercell şirkətində Məlumat bazası üzrə proqramçı işləyir. Bu hallar, seminarın çox maraqlı olacağından söz verirdi (şəkilləri böyütmək üçün üzərinə tıklayın):
      
Ramin çıxış edəcək mövzunu 4 yerə böldü:

1. İKT sahəsinin əsas istiqamətləri
2. Sertifikatlar
3. İş imkanları
4. Məsləhətlər

İlk olaraq Ramin Orucov İKT sahəsinin istiqamətləri haqda məlumat verdi. Bu arada, Raminin Database mütəxəssisi olduğundan, Proqramçılıq və Məlumatlar bazası qollarını sxemdə ən başda olmasına nəzər saldım :) Necə deyərlər, hərə özünkünü birinci, üstün tutur :)) Ancaq daha bir məqamda var idi ki, bizim sys-admin kimi tanıdığımız mütəxəssislərin sahəsini, Ramin ayrı qeyd etmişdi, yəni Şəbəkə texnologoiyası və əməliyyat sistemləri texnologiyası ayrı-ayrı qollar kimi göstərilmişdi. Düzdü, əslində bu ayrı yollardı, lakin sys-adminlər həm şəbəkə, həmdə server əməliyyat sistemlərinə malik olduğu üçün bu qollar son vaxtlar birlikdə gedirlər. Məsələn, bir çox sys-adminlər həm Microsoft sertifkatı, həm də Cisco sertifikatı alır. Elə söhbət sertifikatdan düşmüşkən, istiqamətlər haqqında məlumat verildikdən sonra, ikinci mövzu sertifikatlar idi.
  
Məncə İKT sahəsindəki sertifikatlar barəsində bundan yaxşı çıxış ola bilməzdi. Ramin hal-hazırda fəaliyyət göstərən bütün sertifikatlar barədə ətraflı məlumat verdi. Yenədə, Database mütəxəssis olması burada da açıq aşkar görsənirdi ki, hər dəqiqə Oracle məhsulları və sertifikatları barədə daha çox məlumat verilirdi. Hətta Ramin qeyd etdi ki, Azercell şirkəti 2010-cu ilin noyabr ayında əməkdaşı Ayçin Qasımov u Nyu-York şəhərinə sertifikatlaşmaya göndərdi ki, Ayçində öz növbəsində Oracle sertifikatlaşmasının son, Master mərhələsini uğurla başa vurdu. Hətta Ayçinlə birlikdə, çox təcrübəli bir türk əməkdaşın orada iştirak etməsi və sertifikatlaşmadan kəsilməsi də, bu sertifikatın çox qəliz olmasından xəbər verir. Ramin Orucov qeyd etdi ki, Türkiyyədə 1 OCM var ki, o da Dubay şəhərində işləyir. Bizdə isə iki OCM. Çox maraqlıdır :)
Sertifikatlar haqda gözəl çıxışdan sonra, növbəti üçünçü mövzu “İş imkanları” idi. Burada, Ramin Orucov iştirakçılara bir çox məsləhətlər verdi. Onu da qeyd edim ki, zalda 120+ nəfər var idi ki, əlavə stullar da gətirilmişdi. Bu 120+ iştirakçının 80%-i tələbə idi. Tələbələrin isə 50% son kursların tələbələri idi ki, onlarada bu mövzu və məsləhətlər məncə çox lazım idi. Soruşa bilərsiz, bəs bu faizləri hardan əldə etmisən? Ramin tədbir başlamamışdan əvvəl kim tələbədir? neçə nəfər son kursun tələbəsidir? suallarını verəndə zala baxıb, təxmini qeydlər etdim :))) Qabaqda oturduğumdan, zalı çox yaxşı görürdüm. Hə, nəisə, davam edək. İştirakçılara işə düzəlmək üçün məsləhətlər, sertifikarların işə düzələrkən hansı köməkliklər göstərilməsi və s. məsləhətlər görüldü. Hətta işə düzələrkən, müsahibə zamanı HR verdiyi suallar və s. bağlı maraqlı bir video təqdim edildi:
Sonda iştirakçılara məsləhətlər və işə düzəlmək üçün Azərbaycan iş elanları saytları, eləcədə xarici iş elanları saytları təqdim edildi. Bununda tədbir bağlı elan edildi, amma iştirakçılar çıxıb getmək istəmirdilər. Niyə???
  
  

Kimisi Raminə sual verir, kimisi məlumatları flash kartına götürür, kimisi CES komitəsinə üzv olur, digərləri isə təşkilatçılat tərəfindən hazırlanmış, tədbirin hansı səviyyədə keçirilməsi barədə blankı doldururdular. Məndə tədbir çox uğurlu keçdi və iştirak edən tələbələr bir çox biliklər qazandılar. Ümid edirəm ki, bu tədbirdən sonra sertifikatlı həmyerlilərin sayı artacaq.
  
Sonda gələ bilməyənlər üçün, çıxış vaxtı istifadə edilən presentation təqdim edirəm:

29 Ekim 2011 Cumartesi

Qafqaz University has applied for the IISRC Consortium membership.


 
Scientific Conference on International Information Security has started its work in Changsha, China in 25 October and continue till 27 October. Representatives of many countries including Russia, United States, China, United Kingdom, Canada, etc. have came together to discuss existing Information Security Problems and try to find joint decisions acceptable for all sides.

Representatives of all participating countries show their concern about increasing cyber treats in Internet environment. All participants express understanding that regardless to technological and economical development no country alone can succeed in the war against cyber crime. It's why International Information Security Research Consortium (IISRC) is trying to convince more countries to join to convention on International Information Security. Actually, any organization actively using cyberspace and concern about its security may apply for IISRC Consortium membership. Like so, during conference the application of world leading global online payment company PayPal was reviewed and accepted as a member of IISRC Consortium. Qafqaz University were represented by Dr. Abzetdin Adamov, Chair of Computer Engineering Department, has officially applied for membership of the consortium and made introductory presentation for consortium members.


“Medianın iqtisadi potensialı olmalıdır”



Azərbaycan müstəqillik əldə etdikdən sonra media sahəsində də müəyyən islahatlar aparıldı. Lakin mediamız hələ də dünya standartlarına çata bilmir. Qafqaz Universitetində media nümayəndələrinin iştirakı ilə medianın iqtisadi problemləri mövzusunda keçirilən seminarda da bu məsələ müzakirə olunub.
 
Tədbirdə Azərbaycan jurnalistikasının dünənindən və bu günündən söz açan “Qafqaz”ın İqtisadiyyat fakültəsinin dekanı Həzi Eynalov hər ölkədə medianın öz strategiyasının olduğunu bildirib: “Dünyada medianı 4-cü hakimiyyət kimi qəbul edirlər. Çünki media cəmiyyətin iradəsidir, səsidir”. Onun sözlərinə görə, medianın cəmiyyətin tələblərini ödəyə bilməsində onun iqtisadi potensialı da olmalıdır”.
Dövlətin qəzetlər üçün ayırdığı yardımlardan söz açan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının rəhbəri Umud Rəhimoğlu bu bölümdə iqtidar, müxalifət məsələsinin olmadığını söyləyib.
Tədbir iştirakçısının “Azərbaycanda nə üçün gündəlik 50 min tirajla çıxan qəzet yoxdur?” sualını cavablandıraın “Həftə içi” qəzetinin təsisçisi və baş redaktoru Sevinc Seyidova bunu qəzetlərin gəlir gətirməməsi ilə izah edib. Daha sonra o, digər məsələlərdən də söz açıb. Onun sözlərinə görə, qəzetlərin köşklərə və abunəçilərə çatdırılmasında problemlər yaşanmaqdadır: camaat arasında qəzetlərə o qədər də maraq yoxdur. Onun fikrincə, bu sahədə maarifləndirici tədbirlərə ciddi ehtiyac var. Qəzetlərin hələ də rəngli çap olunmamasına toxunan Sevinc xanım bunu onların maddi imkansızlığı ilə izah edib. O, qəzet üzrə peşəkar dizayner çatışmazlığından da danışıb.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ölkəmizdə ilk dəfə “Zaman-Azərbaycan”ın rəngli çapa keçdiyini bildirib: “Zaman-Azərbaycan”ın mətbuatımızda öz dəst-xətti var. Bu qəzet bizim mediamıza bir çox cəhətdən örnəkdir”.
Qeyd edək ki, tədbirdə Qafqaz Universitetinin Jurnalistika fakültəsinin prorektoru Qulu Məhərrəmli də iştirak edib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41088

28 Ekim 2011 Cuma

BDU-da II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumu keçirilir


28.10.2011 16:26
Bu gün Bakı Dövlət Universitetində “İnformasiya-Kommunikasiya Texnologiyaları və Şəxsiyyət Hüquqları” adlı II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumun plenar iclası öz işinə başlayıb. Tədbir Qafqaz Universiteti, Türkiyənin Özyeğin Universiteti və BDU-nun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov simpoziumun əhəmiyyətindən danışıb. Məlum olub ki, simpoziumun keçirilməsində məqsəd Azərbaycanda hüquq elminin davamlı inkişaf etdirilməsini təmin etmək, elmi kadrların hazırlıq səviyyəsini daha da artırmaq, informasiya-kommunikasiya texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə dair elmi tədqiqatların müzakirəsini təmin etmək və bunun nəticələrini hüquq ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanda elmə, təhsilə böyük önəm verildiyini deyən akademik, ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirməyin vacibliyini xatırladıb.
Sonra Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Özyeğin Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener Ünver və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış ediblər.
Qeyd edək ki, altı bölmədən ibarət olan simpozium iki gün davam edəcək.

http://www.azeroo.com/news_index.php?action=news_detail&news_id=17062

II Beynəlxalq Türkiyə - Azərbaycan Hüquq Simpoziumun açılış mərasimi keçirildi.



28 October, 2011
Bu gün Bakı Dövlət Universitetində, Bakı Dövlət Universiteti, Özyeğin Universiteti və Qafqaz Universiteti əməkdaşlığı ilə “İnformasiya və kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları” mövzusunda II Beynəlxalq Türkiyə - Azərbaycan Hüquq Simpoziumun açılış mərasimi keçirildi. Açılış mərasimində informasiya və kommunikasiya texnologiyalarının insan hüquqlarına, konstitusiya hüququna, cinayət hüququna, mülki hüquqa, ticarət hüququna təsiri və informasiya və kommunikasiya texnologiyaları sahəsində şəxsiyyət hüquqlarının pozulması kimi müasir və aktual məsələlər müzakirə olundu.                 
Simpoziumun açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Akademik Abel Məhərrəmov, Qafqaz Universitetinin prorektoru Prof. Dr. Cihan Bulut və Özyeğin Universiteti Hüquq fakültəsinin Dekanı Prof. Dr. Yener Üner çıxış etdilər. Simpozium iştirakçılarının diqqətinə çatdırıldı ki, “İnformasiya və kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları” mövzusundakı bu simpoziumda müzakirə olunacaq informasiya və kommunikasiya texnologiyalarının insan hüquqlarına, konstitusiya hüququna, cinayət hüququna, mülki hüquqa, ticarət hüququna təsiri və informasiya və kommunikasiya texnologiyaları sahəsində şəxsiyyət hüquqlarının pozulması kimi müasir və aktual məsələlər qloballaşan dünyanın elm sahəsində prioritet məsələlərindən biridir.
Plenar iclasdan sonra Simpoziumun seksiyaların başlanıldı və Simpozimun davamı isə 29 Oktyabr 2011-ci ildə Qafqaz Universitetində baş tutacaq.

Türkiyə Prezidentinin Maliyyə Müşaviri liseydə

Oktyabrın 22-də Türkiyə Cumhuriyyətinin Prezidentinin Maliyyə Müşaviri Durmuş Yılmaz  Bakı Özəl Türk Liseyində olub. Qonağı Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver və “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniç səmimiyyətlə qarşılayıblar. Sonra H. Ünver rəhbərlik etdiyi tədris müəssisəsinin  fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Şagirdlərinin beynəlxalq və respublika olimpiadalarında qazandıqları uğurlarından və məzunlarının dünyanın bir çox ali tədris müəssisələrində təhsillərini davam etdirmələrindən danışıb. Sonra Türkiyəli qonaq liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası ilə yaxından tanış olub. Burada şagirdlər üçün hazırlanmış şəraitdən, məktəblilərin əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. Yeni tədris ilində təhsildə lisey kollektivinə uğurlar arzulayıb.

Liseylərin fənn olimpiadaçıları ilə görüş

Oktyabrın 20-də Bakı Özəl Türk liseyinin (BÖTL) müdiri Hayrettin Ünver və Azərbaycan - Türkiyə Özəl liseylərinin fənn olimpiadaçıları, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayevlə tərəfindən qəbul edilmişlər. Görüş zamanı BÖTL-nin müdiri H. Ünver şagirdlərin fənn olimpiadalarından əldə etdikləri nailiyyətləri, onların bu bilik yarışmalarına hazırlanması barədə, eləcə də qarşıda duran Respublika və  beynəlxalq, fənn olimpiadaları haqqında geniş məlumat verdi.
Qonaqları səmimi qarşılayan polkovnik M. Babayev əvvəlcə rəhbərlik etdiyi idarənin əməkdaşlarıın fəaliyyətindən, gündəlik işlərindən danışdı. Sonra şagirdləri təhsildə əldə etdikləri nailiyyətləri münasibətilə təbrik edildi. M. Babayev Nərimanov rayonunda belə bir təhsil müəssisəsinin olmasını yüksək qiymətləndirərək bu cür məktəblərin rayona və bütünlükdə şəhərə, yeniyetmə və gənclərə müsbət təsir etdiyini, gözəl nümunə olduğunu qeyd etdi. Onlara yeni tədris ilində gələcək olimpiada fəaliyyətlərində daha böyük uğurlar arzuladı. Daha sonra məktəblilərə hədiyyələr təqdim etdi. Görüşün sonunda Hayreddin Ünver polkovnik Muradəli Babayevə görüş iştirakçıları adından təşəkkürünü bildirdi.

 

Liseydə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş futbol yarışı keçirilib

18 oktyabr  - Azərbaycan Respublikası Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində 7 və 8-ci sinifləri arasında futbol üzrə  yarışmas keçirilib. Yarışın finalını izləyənlər arasında Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov və Şəki “Araz” Kurslarının müdiri Mehman Zeynallı da olub. Qalib komandaya diplom və hədiyyələrini təqdim edilib. Sonra qonaqlar liseydə şagirdlər üçün hazırlanmış şəraitlə də yaxından tanış olublar. Liseyin müdiri İsmail Özcan qonaqlara bu təhsil ocağının əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Qonaqlar liseydə məktəblilər üçün hazırlanmış şəraitdən, təlim-tərbiyə işində əldə edilən nailiyyətlərdən və şagirdlərin nizam-intizamından razılıqlarını bildiriblər.

 

  http://www.cag.edu.az/haber.php?id=308

Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb

 
 

Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları üçün treninqin qrafiki müəyyənləşib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komitəsində (TQDK) “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar iclas keçirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 225 saylı fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq TQDK tərəfindən Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb.
Sistemə Azərbaycan Respublikası ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar.
Bununla əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxslərinin oktyabrın 27-də saat 10-da ilk iclası keçirilib. İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin keçirilməsi və təşkili məsələsi müzakirə olunub və qrafik müəyyən edilib. Treninqlər TQDK-nın binasında müəyyənləşdirilmiq qrafik üzrə keçiriləcək. Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları noyabrın 4-də əlavə treninq keçmək məqsədi ilə saat 10-da və 14-də TQDK-nın binasına gələ bilərlər.

Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları üçün treninqin qrafiki



http://www.lent.az/index1/news.php?id=78178

"Unutmağa kimsə yox" ...

28 October, 2011
Qafqaz Universitetində Azərbaycan Yazıçılar İttifaqının üzvü, yazıçı-dramaturq, şair, ədəbi tənqidçi, ictimai xadim Kamal Abdulla ilə görüş keçirildi. Universitetin ədəbiyyat klubunun təşkilatçılığı ilə keçirilən tədbiri   giriş sözü ilə açan universitetin prorektoru, professor Niftalı Qocayev bu görüşün tələbələr üçün böyük əhəmiyyətə malik olacağını vurğuladı.
Görkəmli ədibin həyat və yaradıcılığı haqqında slaydın nümayişi ilə başlayan görüş şair Ramiz Rövşənin Kamal Abdullaya ithaf etdiyi “Bir ovuc suda” şerinin və müəllifin “Unutmağa kimsə yox” romanından bir hissənin səsləndirilməsi ilə davam  etdi.
Kamal Abdulla görüş iştirakçılarının xüsusi marağına səbəb olan  “Unutmağa kimsə yox” romanı və  Azərbaycan ədəbiyyatı, dili, mədəniyyəti, müasir ictimai-siyasi durumu ilə bağlı sualları cavablandırdı.  Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edildi.
Qafqaz Universitetinin tələbələri ilə görüşdən aldığı təəssüratları minnətdarlıq hissləriylə ifadə edən Kamal Abdulla Ədəbiyyat klubunun üzvlərinə kitablarını müəllif imzası ilə hədiyyə edib, xatirə şəkilləri çəkdirdi.
http://qu.edu.az/view_news.php?news=1019&link=49&lang=az

Türkiyə və Azərbaycanın strateji araşdırmalar mərkəzləri “Azərbaycan həftəsi” çərçivəsində İğdırda konfrans keçirmişlər

Ankara, 27 oktyabr (AzərTAc). Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümü münasibətilə “Azərbaycan həftəsi” çərçivəsində İğdırda konfrans keçirmişlər.
Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin sədri, professor Murad Arasın sədrlik etdiyi konfransda İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz, tələbə-müəllim heyəti iştirak etmişdir.
Konfransda Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa, Qafqaz Universitetinin dosenti Rövşən İbrahimov və Azərbaycan Diplomatik Akademiyasının dosenti Elnur Soltanlının Türkiyə-Azərbaycan əlaqələrinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə dair məruzələri dinlənilmişdir. Natiqlər vurğulamışlar ki, erməni problemi Türkiyə və Azərbaycanın ortaq məsələsidir və iki ölkənin ictimaiyyəti bundan sonra da bu məsələdə birgə fəaliyyətlərini davam etdirəcəkdir.
Konfransa yekun vuran Murad Aras bildirmişdir ki, Van zəlzələsinin ilk saatlarından Azərbaycanın qardaş yardımı göstərməsi ölkələrimiz arasında əlaqələrin dünyada analoqu olmamasının daha bir sübutudur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iki gün əvvəl İzmirdə səsləndirdikləri bəyanatlar xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da güclənəcəyinə inamımızı artırır.

Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
Ankara

http://pda.azertag.com/news.jsp?id=4177&lang=az&date=2011-10-27&partition=2

27 Ekim 2011 Perşembe

Türkiyənin dərdi Azərbaycanın dərdidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir.

28 October, 2011
Əməldə sözdə iki qardaş.
 Müəyyən qisim dövlətlər var ki, bəşəriyyət tarixinə bir-birinə yaxın, dost, qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyildirlər. Bu gün çəkinmədən Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və böyük tarixi yol keçib.
Bəli yuxarıda sadalananlara diqqət yetirsək Türkiyənin dərdi Azərbaycanın dərdidir,  Azərbaycanın dərdi Türkiyənin dərdidir .
“23 oktyabr  Türkiyə üçün, eyni zamanda, Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri qardaş Türkiyədə, Van  şəhərində  baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər kədərləndirdisə  , Azərbaycan xalqını da bir o qədər kədərləndirdi. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. Çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir.Ulu öndər Heydər Əliyevin dediyi kimi “ Biz bir millət iki dövlətik”. Ona görə də sizin dərdiniz bizim də dərdimizdir. Mən böyük öndər Atatürkün çox gözəl kəlamını, daim xatırladaraq deyirəm ki, Türkiyənin sevinci Azərbaycanın sevincidir”. Bəli, ulu öndərin də qeyd etdiyi kimi Türtkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Məhz həmin gün, demək olar ki, bütün Azərbaycan xalqı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün ayağa qalxdı və heç kimdən yardım sözünü gözləmədən həmin günü yerli vaxtla saat 23 radələrində Azərbaycanın qardaş Türkiyəyə göndərdiyi yardım paketləri daşıyan 3 təyyarə və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 145 nəfərlik axtarış-xilasetmə qrupu təbii fəlakət bölgəsinə göndərildi.
Qafqaz Universitetinin Texnoloji klubunun tələbələri   universitetin daxilində yerləşən  foyedə Vanda zəlzələ nəticəsində zərər çəkənlərə yardım  məqsədilə fotogüşə tərtib ediblər .Məqsəd  Qardaş Türkiyə xalqına həm maddi, həm də mənəvi dəstək olmaq üçün yardım kampaniyasına başladılar. Kampaniyada əldə olunan yardım vasitələrini toplayaraq Van şəhərində zərər çəkmiş qardaşlarımıza paylanması üçün qardaş Türkiyə göndəriləcək.
http://qu.edu.az/view_news.php?news=1017&lang=az&link=224

İki kez tebrikler Azerbaycan!

  Abdülhamit Bilici
 
Van ve Erciş'teki deprem karşısında ülkemizin her tarafından insanların yardım için seferber olması, sadece sahip olduğumuz millet şuurunun derinliğini göstermedi.

Anadolu'da yüzlerce yılın testinden geçmiş kardeşliğin, bütün menfi çabalara rağmen kolay sarsılmayacağını da ispatladı. Depremzedelerin sokakta kalmaması için gazeteci Ahmet Tezcan'ın başlattığı "Evim Evindir Van" kampanyasından Türkiye'nin her köşesindeki belediye, okul, şirket ve derneklerin çalışmalarına gösterilen çabalar felaketin acı aynasına yansıyan en tatlı karelerdi.
Depremin büyüklüğü anlaşılır anlaşılmaz Türkiye ile birlikte dünya da harekete geçti. Dışişleri'nden aldığım bilgiye göre, 28 ülke ve 3 uluslararası örgüt yardım gönderme çağrısında bulunmuştu. Almanya'dan Pakistan'a, Mısır'dan İsrail'e, ABD'den Bulgaristan'a birçok ülke isimlerini bu listeye yazdırmıştı. AB, NATO ve BM gibi uluslararası örgütler hemen yardıma hazır olduklarını Ankara'ya iletmişti. Türkiye, hepsine teşekkür ederek, ihtiyaç halinde aramak üzere göndermeyi planladıkları yardımları not etmişti.
Ancak bu listede bir ülke vardı ki, iki açıdan diğerlerinden müstesna yere sahipti. Birincisi, bu ülkenin, diğerleri gibi ihtiyaç olup olmadığını dahi sormadan hazırladığı yardımı göndermiş olmasıydı. Böylece deprem bölgesine yardım gönderen ilk ülke unvanını da kazanan bu alicenap ülke kardeş Azerbaycan'dı. Cumhurbaşkanı İlham Aliyev'in talimatıyla Acil Durumlar Bakanlığı birkaç saat içinde depremzedelere yardım için 2 uçak malzeme ve 140 kişilik arama kurtarma ekibini Türkiye'ye göndermişti. Bakü'den havalanan uçaklar, taşıdıkları ekipler ve yardım malzemeleriyle deprem günü Van Havaalanı'na indi. İlk uçakta özel kurtarma köpekleri, özel kesme, kaldırma, kırma ve çıkarma aletleri yer alıyordu. Diğerinde ise 2 özel sahra mobil mutfağı, 150 çadır, 2.500 battaniye ve 750 yatak tulumu. Depremin üzerinden 24 saat geçmeden yardım malzemeleri taşıyan bir Azerbaycan uçağı daha geldi. Gece gündüz çalışan Azerbaycan ekipleri bir kadını enkazdan sağ kurtararak yardımlarını taçlandırırken, 20-25 yaralıyı da Bakü'ye götürme kararı aldılar. Aslında bu, tam da Haydar Aliyev'in ilişkilerimizi anlatmak için söylediği 'Bir millet, iki devlet' anlayışının gereğiydi.
Kardeşlik adına gurur veren bu tabloyu daha muhteşem yapan ikinci nokta ise savaş, işgal, iç kargaşa ve ekonomik zorluklarla yola çıkan Azerbaycan'ın bağımsızlığının 20'nci yılını kutladığı bugünlerde başkalarına, hem de en hızlı biçimde yardım edecek güçlü bir konuma gelmesiydi. Gerçekten de her biri bu mevsimde bağımsızlık yıldönümlerini kutlayan Türk cumhuriyetleri, büyük yeraltı ve yerüstü zenginliklerine rağmen ilk yıllarda içinde zoraki yaşadıkları eski sistemin yıkılması ve yerine yeni sistemin konulmasındaki güçlüklerden dolayı karşı karşıya kaldıkları büyük sorunlarla yer etmişlerdi zihinlerde. Bir yandan devlet inşa ederken bir yandan da tahrip edilmiş kimlik inşa etmenin hala bazı zorluklarını yaşasalar da Azerbaycan'ın gönderdiği bu yardım, kardeş cumhuriyetlerin düne göre aldıkları mesafeyi gösteren bir milat gibiydi. En azından benim gözümde sembolik değeri büyük bir adımdı bu. Dün yardım talep eden, iğneden ipliğe her şeye ihtiyaç duyan bu ülkeler, yardım eden, yatırım yapan ülkeler konumuna gelmişti.
Gerçekten de topraklarının yüzde 20'sindeki işgale, 1 milyondan fazla mülteciye ev sahipliği yapmasına rağmen Azerbaycan, Kafkasların yükselen yıldızı olmuştu. Güney Kafkaslardaki toplam ekonomik büyüklüğün yüzde 83'ü Azerbaycan'a aitti. Sadece son 8 yılda, milli geliri 3 kat, petrol sektörü 2 kat, devlet bütçesinin gelirleri 9 kat, öz kaynağa dayalı yatırımları 3 kat, dış ticaret hacmi 5,4 kat, stratejik döviz rezervleri 19 kat artmıştı. Hâlâ alması gereken önemli mesafeler vardı ama BM İnsani Gelişmişlik sıralamasında 2005'te 101. sırada iken 67. sıraya yükselmişti.
Değişen çehresiyle yeni Azerbaycan'ı tanımak için Türkiye'de tertip edilen Azerbaycan Haftası etkinlikleri iyi fırsat. 25-28 Ekim tarihlerinde Erzurum, Trabzon, Kars ve Iğdır'da düzenlenecek programlarda iki ülke ilişkileri, süren Ermeni işgali, Azerbaycan dış politikası gibi pek çok konu iki ülke aydınlarınca tartışılacak. Hem gönderdiğin yardımlar hem 20'nci bağımsızlık yılın için tebrikler Azerbaycan!

26 Ekim 2011 Çarşamba

Ahmet Sanıç: "Quş, İnək, Arı və Professor"


http://www.video.az/ru/video/16017/Ahmet-Sanic-Qu%C5%9F-%C4%B0nek-Ari-ve-Professor-TEDxBaki

Micro Economics Server Qurbanov (25.10.2011)


Qafqaz Universitetinde “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar keçiriləcəkdir.

Növbəti seminar “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” – Ramin Orucov



Start:29/10/2011 11:00 am End:29/10/2011 1:00 pm
Venue:Qafqaz Universiteti Bakı-Sumqayıt Şosesi 16-km, Xırdalan, Azerbaijan, AZ0101
Ramin Orucovun təqdimatında növbəti seminar.
“İKT sahəsində əsas istiqamətlər” – Ramin Orucov
İş Təcrübəsi : 
  • Azercell Telekom, Proqramçı (2 il, 7 ay)
  • Fövqəladə Hallar Nazirliyi, Proqramçı (1 il)
  • Qafqaz Universiteti, Laborant (1 il, 7 ay)
Təhsili :
  • 2008 – MS: Qafqaz Universiteti , Kompüter Mühəndisliyi.
  • 2006 – BA: Qafqaz Universiteti , Kompüter Mühəndisliyi.
Əsas mövzular : 
  • İKT sahəsindəki əsas istiqamətlərin təsnifatı.
  • İş üçün tələb olunan bilik və bacarıqlar.
  • Beynəlxalq sertifikatlar və onların əhəmiyyəti.
  • Nümunə karyera planları.
  • Tövsiyələr.
  • Yerli və xarici iş axtarış saytları.
http://thecesworld.org/az/?p=1454

25 Ekim 2011 Salı

Türkiyə Prezidentinin müşaviri TÜSİAB üzvləri ilə görüşüb


Xəbər verdiyimiz kimi, ötən həftə Qafqaz Universitetində təşkil olunan “2008-ci il qlobal maliyyə böhranından çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər” adlı konfransda iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Prezidenti Abdullah Gülün iqtisadiyyat məsələləri üzrə müşaviri, Türkiyə Mərkəzi Bankının keçmiş rəhbəri Durmuş Yılmaz ötən gün ölkəmizdə fəaliyyət göstərən TÜSİAB (Türk Sənayeci və İşadamları Beynəlxalq Cəmiyyəti) üzvləri ilə də bir araya gəlib.
 
 Türkiyə Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri dünya iqtisadiyyatında, xüsusilə də Avropada yaşanan böhranla bağlı fikirlərini toplantı iştirakçıları ilə paylaşıb. D. Yılmaz ölkəmizdə fəaliyyət göstərən iş adamlarını maraqlandıran sualları da cavablandırıb. Görüşün sonunda TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır TÜSİAB üzvləri adından D. Yılmaza təşəkkür edərək, xatirə hədiyyəsi təqdim edib. Məlumat üçün bildirək ki, Qafqaz Universitetinin dəvəti ilə ölkəmizə gələn Türkiyə Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri ötən gün qəzetimizi də ziyarət edərək, “ZAMAN-Azərbaycan”ın fəaliyyəti ilə yaxından tanış olub. D. Yılmaz həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla da görüşüb.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41001

“Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

10:45 (24.10.2011)
23-25 dekabr 2011-ci il tarixlərdə Lənkəran Dövlət Universitetində “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinləniləcək.
Konfransın əsas bölmələri:
1. Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi
2. Azərbaycanın milli inkişaf modeli
3. Təhsil və sosial-iqtisadi inkişaf
4. İnformasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf
5. Dayanıqlı inkişafın elmi-nəzəri problemləri
6. İdarəetmə və optimal idarəetmə modelləri
7. Qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişaf
Konfransın sonunda mövzuya dair tələbə və gənc tədqiqatçılar üçün bir həftəlik tədris seminarı da nəzərdə tutulur. Seminarda tanınmış alimlər nümunəvi dərslər (master klass) keçirəcəklər.
Konfransın işinə dair məlumat Təşkilat Komitəsi tərəfindən mütəmadi veriləcək.
Konfransda iştirak etmək istəyənlər 31 oktyabr 2011-ci il tarixədək qeydiyyat vərəqini, 1 səhifə həcmində məruzə tezisini kağız və elektron formada göndərə bilərlər. Məruzələrin tam mətni və onların elektron forması 10 dekabr 2011-ci ilədək göndərilməlidir.
Ünvan:
AZ-4200, Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı, 50.
Lənkəran Dövlət Universiteti, www.lsu.edu.az
e-mail: conference@lsu.edu.az
tel: (0171) 5-25-88, 5-03-40, 5-42-61; faks: (0171) 5-27-86
Əlaqələndirici şəxs: dosent Şəmmədov Ramiz, mob: +994703212018
http://www.science.az/az/index.php?id=3998