Bakıda keçirilən “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda beynəlxalq konfrans başa çatmışdır

Bakı, 14 oktyabr (AzərTAc). Qafqaz Universitetində keçirilən “İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi” mövzusunda üçgünlük 5-ci beynəlxalq konfrans oktyabrın 14-də başa çatmışdır.
AzərTAc xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən (Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Özbəkistan və s.) alim və mütəxəssislərin qatıldığı beynəlxalq tədbirdə İKT-nin ayrı-ayrı sahələrdə tətbiqi üzrə məruzələr dinlənilmiş, təqdimatlar olmuş, müzakirələr aparılmışdır.
Xatırladaq ki, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, YUNESKO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) və IEEE (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) tərəfindən təşkil edilmiş konfransa dünyanın 31 ölkəsindən 250 dən çox məqalə daxil olmuşdur.
http://pda.azertag.com/news.jsp?id=2065&lang=az&date=2011-10-14&partition=8

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır