Dünən Qafqaz Universitetində AİCT 2011 5-ci Beynəlxalq konfrans öz işinə başlayıb.



Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bildirib ki, 2003 cü ildə Qafqaz Universiteti tərəfindən başladılmış olan AICT “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfranslar silsiləsinin növbətisi bu gün keçirilir və 14-dək davam edəcək. Onun sözlərinə görə, bu Konfrans, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) və IEEE (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) nin texniki dəstəyi ilə təşkil olunmaqdadır. A.Sanic qeyd edib ki, bu beynəlxalq tədbir gələn il Özbəkistanda, sonrakı il isə Gürcüstanda keçiriləcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, konfransa Azercell və Accord şirkətlər qrubu partner sponsor, Ericsson qızıl sponsor, Microsoft, Nurgün Motors, Sinam ve DNS computer isə sponsor olaraq dəstək verməkdədirlər. Konfransin gündəliyinə aşağıdakı mövzular daxildir: İnformasiya elmləri və tətbiqi; Kommunikasiya, şəbəkə və avadanlıq; İKT-nin humanitar və ictimai elmlərdə tətbiqi; İKT-nin elm, təhsil və tədqiqatlarda tətbiqi; İKT-nin tibb və səhiyyədə tətbiqi; İKT-nin dövlət və idarəçilikdə tətbiqi; İKT-nin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi. O,bildirib ki, konfransa Azərbaycanın və dünyanın 31 ölkəsindən 250 dən çox məqaləylə elm adamlarının müraciəti daxil olub. Eyni zamanda konfrans müddətində müxtəlif mövzuları əhatə edən 12 ədəd planer iclas keçiriləcək. Konfransın fəxri sədrəri Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri Akademik Əli Abbasov, və Azərbaycan Respublikası Təhsil Naziri Professor Misir Mərdanovdur. Konfransın həmsədrləri Bakı Dövlət Universitetinin Rektoru Akademik Abel Məhərrəmov, Qafqaz Universiteti Rektoru Professor Ahmet Sanıç, İnformasiya Texnologiyaları İnstitutu Direktoru Professor Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru, professor Hakim Muhitdinovdur. Konfransın sədr müavinləri Qafqaz Universitetinin Elmi işlər üzrə Prorektoru Professor Niftali Gocayev, Bakı Dövlət Universitetinin Elmi işlər üzrə Prorektoru Professor Aydın Kazımzadədir.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov vurğulayıb ki, konfrans işini 3 gün müddətində davam edəcəkdir. Konfransın 1 ci günü Qafqaz universitetində açılış mərasimi və planer iclaslar olacaq. İkinci gün Bakı Dövlət Universiteti və İnformasiya Texnologiyaları İnstitutunda, üçüncü günü isə Qafqaz Universitetində seksiyalar üzrə konfrans davam edəcəkdir. Rektorun sözlərinə görə, bu cür tədbirlərin Azərbaycanda təşkil olunması onun dünyada tanınmasına da xidmət edir.
İnformasiya Texnologiyaları İnstitutu Direktoru Professor Rasim Əliquliyev qeyd edib ki, Azərbaycanda İKT sektorunun inkişafına, regionlarda bu sahədə xidmətlərin göstərilməsinə xüsusi diqqət ayrılır. Bununla əlaqədar bu sahə respublika iqtisadiyyatının yeni mühüm sahələrindən birinə çevrilib.
Konfransın gedişində sponsorlara təşkilatçılar tərəfindən Fəxri plaketlər təqdim olunub.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır