Liseydə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20- ci ildönümünə həsr olunmuş konfrans

Oktyabrın 14- də Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin, (BDM) Qeyri Hökumət Təşkilatının və “Çağ” Öyrətim İşlətmələrinin təşkilatçılığı ilə Bakı Özəl Türk Liseyində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20- ci ildönümünə həsr olunmuş konfrans keçirildi. Əvvəlcə konfrans iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxudular. Sonra konfransda iştirak edən Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, BDM-nin 1-ci müavini prof. Vaqif Arzumanlı, “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu, Azərbaycan Ombudsman Aparatının şöbə müdiri Mahir Məmmədov, Azərbaycan Mədəniyyət Departamentinin rəhbəri Nüşabə Ələsgərli, BDM-nin Qarabağ bürosunun rəhbəri Ənvər Əhməd, Polşa Diaspora Cəmiyyətinin sədri Olqa Yujanina və üzvü Sevin Hüseynov, Sank-Peterburq Diasporunun sədri Şirxanov Şirin, İTV-nin əməkdaşı, qiraətçi Kamil Məhərrəmoğlu, BDM-nin Ağsaqqallar Şurasının sədri Əvəz Lələdağ çıxış etdilər. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, bu günə qədər keçdiyi tarixi yoldan, AXC-nin süquta uğradıldığı o qanlı-qadalı illərdə Türk ordusunun Azərbaycanın xalqının müstəqilliyinin qorunmasındakı xidmətlərindən, Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin nümayəndələrinin bu yaxınlarda qardaş Türkiyəyə olan səfərlərindən, işğal altında olan Qarabağdan ətraflı söhbət açdılar. Müstəqilliyinin bərpasının 20-ci illiyini qeyd etdikləri Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, inkişafının əsasını qoymasından,  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında  bu inkişafın bütün sahələrdə eləcə də təhsildə davamlı olmasının təmin edilməsindən danışıblar. Müstəqil Azərbaycanın daima var olmasını arzulayıblar. 


  http://www.cag.edu.az/haber.php?id=304

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF