“Ondoqquz Mayıs” Universitetinin prorektoru liseydə

Oktyabrın 9-da “Ondoqquz Mayıs” Universitetinin prorektoru prof.Dr Ahmet Bulut və universitetin xarici əlaqələr şöbəsinin müdiri Cafer Yaren Quba Özəl Türk Liseyində olublar. Qonaqları Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu qarşılayaraq, liseyin tarixi şagirdlərinin qazandığı uğurları haqqında geniş məlumat verib. Ötən tədris ilində məktəblilərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplayaraq Azərbaycanın eləcə də dünyanın bir çöx ölkələrindəki universitetlərdə təhsillərini davam etdirmələrindən danışıb. Sonra qonaqlar liseyin maddi-texniki bazası, sinif otaqları, kitabxanası və laboratoriyaları şagirdlərinin sosial şəraiti ilə yaxından tanış olublar. Bu təhsil ocağının tarixini əks etdirən muzeydə də olan qonaqlar liseydə şagirdlər üçün hazırlanmış şəraitdən şagirdlərinin nizam intizamından məmnun olduqlarını bildiriblər. Liseyin müəllim şagird kollektivinə təhsildə uğurlar arzulayıblar.
http://www.cag.edu.az/haber.php?id=303

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF