Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib

04:50 / 22.10.2011 Dünən Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib. Budəfəki seminarın mövzusu 2008-ci il maliyyə böhranının dünya iqtisadiyyatına təsiri ilə bağlı olub. Seminarı giriş sözü ilə Universitetin rektoru, professor Ahmet Saniç açıb və bildirib ki, artıq neçə illərdir ki, Qafqaz Universitetində tanınmış elm adamları, ictimai xadimlər tərəfindən tələbələr və müəllimlər üçün cəmiyyətimizin müxtəlif sahələrini əks etdirən mövzularda seminarlar təşkil olunur. Məqsəd tələbələrin dünyada və ölkəmizdə baş verən proseslərlə bağlı dünyagörüşünü artırmaqdır. Bu gün təşkil olunan seminarın qonağı isə Türkiyə Respublikasının Prezidentinin baş müşaviri Durmuş Yılmazdır. O, ilk olaraq Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı təbriklərini çatdırıb. Daha sonra isə türkiyəli qonaq iqtisadi mövzuda geniş məruzə ilə çıxış edib. Natiq “2008-ci il qlobal maliyyə böhranı, bu böhrandan çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər” adlı məruzəsində bildirib ki, bu gün dünya iqtisadiyyatı güclü şəkildə inkişaf edir. 2008-ci ildə baş vermiş dünya maliyyə böhranı bir çox nəhəng dövlətlərə çox böyük maliyyə itkilərinə səbəb olmuşdur. D.Yılmazın sözlərinə görə, bu ilin ilk rübündə dünyada qlobal iqtisadiyyat güclənmiş və yüzdə 4,3 artmışdır, lakin Yaponiyada baş vermiş zəlzələ nəticəsində yaranmış problemlər ABŞ –da və Avropada cəmiyyətin maliyyəsi ilə bağlı problemlərinin artmasına gətirib çıxardıb. Türkiyə Prezidentinin baş müşaviri həmçinin yaranma təhlükəsi olan yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər haqqında vaxtında düşünməyin vacibliyini də vurğulayıb. Qonaq dünyada baş verən maliyyə böhranlarının səbəbləri, ondan çıxış yolları barədə də fikirlərini bölüşüb. Məruzəsinin sonunda Durmuş Yılmaz tələbələrin suallarına ətraflı cavab verib. Qeyd edək ki, tədbirin əsas təşkilatçıları Qafqaz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsi ilə Sosial-İqtisadi Tədqiqatlar Mərkəzidir. Sonda qonağa Qafqaz universitetinin plaketi təqdim edilib.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=36450

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF