30 Kasım 2011 Çarşamba

Yüzlərlə fəal bloqçu “Sumqayıt bloq günü”ndə bir araya gələcək


3-4 dekabr tarixlərində Qafqaz Universitetində “Sumqayıt bloq günü” tədbiri keçiriləcək.
Gün.Az-ın verdiyi məlumata görə, Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edəcəklər.

“Sumqayıt bloq günü”nün əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq internetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etməkdir. Tədbir zamanı iştirakçılar Sumqayıt şəhəri ilə yaxından tanış olmaqla yanaşı, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərə dair biliklər əldə edə biləcəklər.

Belə ki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində gənclərlə hökumət nümayəndələrinin informasiya texnologiyalarının təhsilə tətbiqi, elektron hökumət və s. mövzular üzrə birgə müzakirələr təşkil olunacaq. Bu müzakirələrdə gənclər onları düşündürən sualları səsləndirməklə yanaşı, dövlət nümayəndələri də Azərbaycanda son illər bu istiqamətdə aparılan işlərlə iştirakçıları tanış edə biləcəklər.

İkinci hissə də isə  iştirakçılar kiçik qruplar şəklində Sumqayıt şəhərinin müxtəlif maraqlı yerlərinə və müəssisələrinə səfərlər edəcək, Sumqayıt ailələrinin evində qonaq olacaq və maraqlı mədəniyyət tədbirlərinə qoşulacaqlar. İştirakçılar gün ərzində gördüklərinə dair hazırladıqları materialları öz bloqlarında yerləşdirərək  “Sumqayıt haqqında yazılmış ən maraqlı bloq yazısı” müsabiqəsində iştirak edərək, mükafatlar da əldə edə biləcəklər.

Tədbirin ikinci günü isə iştirakçıların bloqçuluq fəaliyyətlərini inkişaf etdirə bilmələri üçün müxtəlif paralel təlimlər təşkil olunacaq.

Qeyd edək ki, Sumqayıt şəhərində keçiriləcək “Sumqayıt bloq günü” tədbiri silsilə xarakter daşıyır və gələcəkdə Azərbaycanın digər şəhər və rayonlarında da təşkil olunacağı gözlənilir. “Sumqayıt bloq günü” layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Nərmin Əhmədli
Gün.Az

Qafqaz Universitetində “Muğam xalqımızın sərvətidir” adlı muğam gecəsi keçirildi.

Muğam xalqımızın sərvətidir

29November, 2011 
Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Gənc nəslin muğamlara meyilliliyini artırmaq və milli ənənələrimizi gələcək nəsillərə ötürmək məqsədilə  universitetdə “Muğam xalqımızın sərvətidir” adlı muğam gecəsi keçirildi. Qafqaz Universitetinin “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə keçirilən gecədə çıxış edən respublikanın əməkdar artisti Valeh Rəhimov Azərbaycan xalqının ən dəyərli irsi haqqında ətraflı məlumat verdi. Valeh Rəhimov milli muğam sənətinin ümumdünya səviyyəsində tanıdılmasında  YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini dəyərləndirərək, onun milli musiqimizi, muğamlarımızı yenidən dirçəldərək özümüzə qaytardığını vurğuladı.
Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti, üslubu ilə seçilən respublikamızın xalq artisti, məşhur muğam ustası Mənsum İbrahimovun sehrli səsi qəlbləri riqqətə gətirdi.  Xanəndə xalq muğamlarını  elə yanıqlı səslə və ustalıqla çatdırdı ki, zalda əyləşən sənətkarlar da, muğam xiridarları da onun bu ustalığını sürəkli alqışlarla mükafatlandırdılar.
Milli varlığımız-muğamın təəssübçüsü  Mənsum İbrahimovun bu gün muğam sənətinə verdiyi töhfələrlə yanaşı,  pedoqoyi fəaliyyəti də yüksək dəyərləndirildi.  “Mənsum İbrahimov məktəbi”nin yetirmələri “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatının sahibi, əməkdar artist  Təyyar Bayramov, Aytən Məhərrəmova və Arzu Əliyevanın uca zəngulələri,  “mənsumsayağı” ifaçılıq məharətləri hamıda muğam sənətinin əbədiyaşarlığına inam yaratdı.

29 Kasım 2011 Salı

Onlar Qafqaz Universitetində oxuyurlar

        Artıq beşinci ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth olunur. 2011- ci ildə keçirilən Tələbə qəbul imtahanlarının nəticəsi açıqlananda ümumi respublika üzrə 700 bal toplayan 4 tələbənin 4 -də Qafqaz Universitetini seçdilər. Tələbə adını qazanmış bu 4 gənc 700 ballıq nəticə ilə imtahan verdiyi I qrupun və bütövlükdə builki abituriyentlərin liderinə çevrildilər. “Abituriyent" jurnalının yenicə çapdan çıxmış 11-ci sayı qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclərə həsr edilmişdir.
Jurnalda Prezident təqaüdçüləri ilə TQDK-da keçirilmiş görüş, hər bir yüksək ballı gənc haqqında məlumat, topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta təhsil müəssisəsi, onlarla keçirilmiş anket sorğusunun nəticələri, rəy və təklifləri, qəbula hazırlaşan şagirdlərə tövsiyələr, həmçinin ən yüksək nəticə göstərmiş abituriyentlərlə müsahibələr və digər maraqlı materiallar dərc edilmişdir. "Abituriyent" Jurnalının  11-ci sayısının  qapaq cilidində yerləşdirilən Azərbaycanımızın parlaq gəncləri 2011-ci ildə 700 bal toplayan  Məmmədova Ləman, Camallı Cahandar, Feyzullayeva Xavər, Əliyev Əli  kimi mükəmməl təhsil almış gənclərimizin rəsimləri verilmişdir. Məhz həmin gənclər Qafqaz Universitetini seçiblər ,ona görə seçiblər ki, bu təhsil ocağında Atatürk və Heydər Əliyev yolu durur. Eşq olsun bu yolda irəliləyən gənclərə.
Receb Rza

28 Kasım 2011 Pazartesi

Mən etiraf etdim, bəs sən?


28 November, 2011

Müasir cəmiyyətdə televiziya, kompüter, mobil telefon, internet kimi yeni texnologiyalar insan həyatını asanlaşdırmaqla yanaşı, onu real ünsiyyətdən uzaqlaşdırır. Sosial şəbəkələrdə gənclərimizin yaratdığı virtual dünya onların daxilində yaranan boşluğu dolduraraq real dünyadan uzaqlaşmağa şərait yaradır. Təcrübə göstərir ki, şəbəkə resurslarından kəskin istifadə ünsiyyətdə gizli kompleks və çətinliklərin olması səbəbindən qaynaqlanır.
Tələbə gənclərə özünü sərbəst ifadə etmək imkanlarının yaradılması məqsədilə “Düşüncə” klubunun təşəbbüsü və təşkilatçılığı ilə universitetdə silsilə seminarlar keçirilir. Sosial şəbəkələrdəki zahiri və xəyali ünsiyyətdən fərqli olaraq “Etiraf və mən” mövzusuna həsr olunan ilk seminar məşğələsi tələbələrin etdikləri yalnışları, günahları rahat etiraf edə bilmələrinə imkan yaratdı. Psixoloq Hüseyn Xəlilovun yaratdığı qarşılıqlı anlaşma şəraitində Aytən Məmmədova, Əyyub Hüseynzadə, Emin Hüseynov, Fərid Baratzadə öz zəif və güclü cəhətlərini, nəyə inandıqlarını, onlar üçün nəyin qiymətli olduğunu səhnədə etiraflar etdilər. Səmimi qurulan münasibətlər zalda canlanma yaratdı. Münasibətlərin interaktivliyi iştirakçılarda keçmiş səhvləri, yanlışlıqları, günahları özünə bağışlamaq, sonrakı daha böyük uğursuzluqlardan yaxa qurtarmaq üçün məğlubiyyətdən qorxmamaq hissi aşılayaraq özünə inamı artırdı. Hüseyn Xəlilov auditoriyaya göstərilən səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarmağı, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə həyatın qaynarlığına qoşulmağı tövsiyə etdi.
 Silsilə seminar məşğələləri dekabr ayında “Nitq mədəniyyəti və ifadə vasitələri” və “Tənqidi düşüncə” mövzuları ilə davam edəcək.

ATÖL 2004

Çağ Öğretim İşletmeleri
Azerbaycan Türkiye Özel Liseleri
Tanıtım Filmi 2004 

27 Kasım 2011 Pazar

Qafqaz Universitetində “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda seminar keçirilmişdir

Bakı, 26 noyabr (AzərTAc). Qafqaz Universitetində “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, universitetin Sosial İqtisadi Tədqiqatlar Mərkəzi (SİTM) tərəfindən təşkil olunmuş seminarda SİTM-in müdiri Sənnur Əliyev, Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktoru Emin Hüseynov və digər mütəxəssislər Avropa ölkələrində böhranın yaranma səbəbləri, böhrandan çıxmaq üçün atılan addımlar, həmçinin böhranın digər ölkələrə təsirlərindən danışmışlar.
Həmin böhranın Azərbaycana təsir etməməsi üçün reallaşdırılan tədbirlərdən bəhs edən natiqlər atılan doğru addımlar nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini vurğulamışlar.
Sonra mövzu üzrə müzakirələr aparılmışdır.

26 Kasım 2011 Cumartesi

Hazırlıq sinifləri arasında XI mini futbol turniri keçirildi





















Qalib 2-A sinfidir
 26 November, 2011,
İdman şöbəsinin təşkilatçılığı ilə Universitetin  Hazırlıq sinifləri arasında XI mini futbol turniri keçirildi. Turnirdə 12 komanda iştirak etdi. Final görüşündə 2-A sinfi ilə 2-C sinfi qalibiyyət uğrunda mübarizə aparırdı. Gərgin keçən 50 dəqiqəlik final oyununda 2-A sinfinin futbolçuları rəqiblərini 6-4 hesabı ilə məğlub edərək, çempion adına layiq görüldülər. Universitet rəhbərliyi qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı.

Gələcək jurnalistlərlə bir saat


















Süleyman Ünal
s.unal@zaman.az

 

Qafqaz Universitetində bu il jurnalistika fakültəsi açıldı. Bir neçə gün əvvəl həmin bölümün tələbələri “Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncayı, “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlunu, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlını və “Zaman-Azərbaycan” qəzetindən də məni görüşə dəvət etmişdilər.
Universitet tələbələri qarşısına çıxmağın, onların suallarını cavablandırmağın hər ölkədə çətin iş olduğunu yaxşı bilirəm. Jurnalist ixtisasına yiyələnən tələbələrin, xüsusilə də, çox yüksək bal toplamış gənclərin təhsil aldıqları “Qafqaz” Universiteti kimi bir təhsil ocağında yetişən gənclərin bizdən soruşacağı sualların çox çətin olduğunu da yaxşı bilirdim. Təxminimdə yanılmadım. Bu gənclərin bizə ünvanladığı suallar, bəzən də, söhbətə müdaxilələr onların geniş dünyagörüşündən, istər ölkədə, istərsə də, dünyada baş verən hadisələrdən xəbərdar olduqlarını, doğru-düzgün analiz qabiliyyətinə sahib olduqlarını göstərirdi.
Tələbələr istədikləri sualları verdilər, qonaq kimi biz də gücümüzün yetdiyi qədər cavab verməyə çalışdıq. Verilən cavablardan tələbələr razı qaldılarmı? - Bilmirəm. Amma bu görüşdə o qənaətə gəldim ki, tələbələr nəzəri dərslərlə yanaşı, davamlı olaraq praktika ilə də məşğul olmalıdırlar ki, həm özlərini yetişdirə, həm də ölkənin inkişafı üçün uğurlu işlər görə bilsinlər.
Əlbəttə, bu gənclər hələ jurnalist peşəsini, bir qəzeti başa gətirməyin maddi və mənəvi problemlərinin nə qədər çətin olduğunu hələ tam dərk edə bilməzlər və əslində buna lüzum da yoxdur. İnşallah, təhsillərini başa vurub iş həyatına başlayanda hər şeyi gözləri ilə görəcək, yaşayacaq və öyrənəcəklər. İndi isə onların öyrənən, xəyallarını gerçəkləşdirmək üçün özlərini yetişdirmək zamanıdır. Təbii ki, bu bir saatlıq görüşdə biz də bütün düşüncələrimizi onlarla paylaşa bilmədik. Bizi dəvət edən professor Qulu Məhərrəmli də o sualların bir hissəsinin növbəti görüşə saxlanılmasını istədi. Onu da deyim ki, mətbuat sahəsində biz onların ikinci qonaqları idik.
Universitetlərin media, sənət və ədəbiyyat bölümləri, tələbə dərnəklərinin keçirdikləri bu cür görüşlər hər kəs üçün çox faydalıdır. Bu görüşlər zamanı tələbələr gələcəkdə məşğul olacaqları peşənin nümayəndələri ilə birbaşa təmasda olur, onlardan soruşub-öyrənir, bizlər də öz işimizi gələcəkdə hansı gəncliyə həvalə edəcəyimizi öyrənmiş oluruq.
“Qafqaz” Universitetində keçirilən bu görüşdən onu anladıq ki, Azərbaycan təkcə iqtisadi sahədə deyil, media sahəsində yüksəliş dövrünü yaşayır. Bu gənclərin gələcəkdə medianın daha da inkişaf etdirəcəyi, dünya miqyasında Azərbaycanın səsini hər yerə yayacağı qənaətinə gəldim. Getdikcə qloballaşan dünyada Azərbaycan layiq olduğu yeri tutmaq üçün, heç şübhəsiz, medianın imkanlarından ən yüksək şəkildə yararlanmalıdır.
Xüsusilə, jurnalistika fakültələrində oxuyan tələbələr təkcə düşüncə baxımından deyil, hərtərəfli inkişaf etməlidirlər. Yəni onlar öz düşündüklərini həyata keçirmək üçün vasitələri də düşünməyi, həll etməyi bacarmalı, çox oxumalı, öz xalqının, dövlətinin dəyərlərini, mədəniyyətini yaxşı bilməli, ən başlıcası isə, müraciət etdiyi mövzuya hakim olmağı bacarmalıdırlar. Öz ölkəsini yaxşı tanıyan gənc jurnalist başqa ölkədə gördüklərini ən qısa zamanda saf-çürük edərək, gərəkli bildiyi şeyləri xalqına çatdırmalıdır. Yəni yüz səhifə oxuyub o oxuduqlarını bircə səhifədə öz oxucusuna verməyi bacarmalıdır.
Verilən suallar o tələbələrin nə qədər coşqulu, həyəcanlı olduğunu göstərirdi. Onların bu həyəcanı, duyğu və düşüncəsi illər keçdikcə təcrübə ilə birləşəcək, yeni üfüqlər açacaq, qəzet səhifələrində, efirdə, internet saytlarında xalqa xidmət göstərəcək.
Azərbaycanın gələcəyini inşa edəcək gəncliyin bu cəhdini təkcə “Qafqaz” Universitetinin jurnalistika bölümünün tələbələrində deyil, əvvəllər də görüşüb tanış olduğum gənclərdə görmüşdüm və bunun üçün Azərbaycanın hər sahədə inkişaf etdiyinə şahid olmaqdan məmnunluq duyuram. s.unal@zaman.az
http://www.zaman.az/az/columnistDetail_getNewsById.action?newsId=41422

Qafqaz Universitetində “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda seminar keçirilib

“Avropanın maliyyə böhranı və onun regional təsirləri”

04:03 / 26.11.2011
Qafqaz Universitetində dünən növbəti seminar keçirilib. “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda keçirilən seminarın təşkilatçısı Qafqaz Universiteti Dünya İqtisadiyyatı Bölməsinin və Sosial-iqtisadi Tədqiqatlar Mərkəzidir. Seminarda Avropa ölkələrində böhranın yaranma səbəbləri, böhrandan çıxmaq üçün atılan addımlar və onların məntiqi ardıcıllığı, böhranın avropa Birliyinin gələcəyinə gö.stərəcəyi mümkün təsirlər, böhranın digər ölkələrə təsirləri, Azərbaycanın bu böhrandan təsirlənməməyi üçün həyata keçirtdiyi pul siyasəti və s. istiqamətlərdə müzakirələr aparılıb.
İlk olaraq çıxış edən Qafqaz Universitetinin Sosial-iqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Sənnur Əliyev çıxışında Avropada iqtisadi inteqrasiya qərarının verilməsi, burada rol oynayan iqtisadi və siyasi motivlər, həmçinin birlik üçün xarakterik olan maliyyə böhranlarının xarakteristikası barədə məlumat verib. Onun sözlərinə görə, böhranın Azərbaycana təsiri o halda hiss olunar ki,neftin dəyəri aşağı düşsün. Həmçinin Azərbaycanın əsas ticarət tərəfdaşları bu sahədə Avropa dövlətləri sayılır. Orada yaşanan böhran Azərbaycana müəyyən qədər təsir göstərə bilər. Bundan əlavə ölkəmizin strateji valyuta ehtiyatlarının təminən 40 faizi də məhz avro ilə saxlanılır. Maliyyə böhranı nəticəsində avronun dəyərinin aşağı düşməsi də valyuta ehtiyatlarımıza təsirsiz ötüşməyəcək. Daha sonra çıxış edən Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktoru Emin Hüseynov bildirib ki, bütün dünya bu gün qlobal maliyyə böhranı mövzusunda müzakirələr aparır. 2007-2008-ci il böhranın Azərbaycana təsirinin çox cüzi olduğunu deyən E.Hüseynov bildirib ki, Azərbaycanfn strateji valyuta ehtiyatları 41 milyard dolları keçib. Xarici borcları azalıb. 2005-ci ildən sonra Ümumdaxili Məhsulun 3 dəfə artması iqtisadiyyatımızın kifayət qədər dayanıqlı olmasına əsas verir.
Azərbaycan Diplomatiya Akademiyasının İqtisad bölümünün baş müəllimi Elkin Nurməmmədov isə çıxışında Avrozonada borc böhranından danışıb. Onun sözlərinə görə, hazırda Avropanın bir çox ölkələrinin, o cümslədən Yunanıstan, İtaliya, Portuqaliya və İspaniyanın hələ də maliyyə böhranından çıxa bilmir. Böhranın yaranmasının əsas səbəbləri iqtisadiyyatın zəifləməsi, işsizliyin artması, istehlakın azalması, vergi daxilolmalarının zəifləməsi, bunun müqabilində isə sosial rifah xərclərinin artmasıdır. Avrozonada yerləşən ölkələrdə hazırda iqtisadi artım yoxjur. Onların ümumi borcu isə 12 trilyon dolları keçib. Bunun məntiqi nəticəsi olaraq bu gün avropa Birliyinin əsas maliyyə vəsaiti sayılan avronun dəyəri dünyanın digər aparıcı valyutaları ilə müqayisədə aşağı düşür.
Seminarın sonunda tədbir iştirakçıları tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sevinc QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=37756

Bir şiirin hikayesi: Neler olur dünyamızda


Qurtarsa müharibələr,
Gəlsə sevinc, getsə kədər,
Dost olsa bütün ölkələr
Nələr olar dünyamızda.


Bu misralar Rəşid Ramazanovun “Nələr olar dünyamızda” şerinin bir bəndindəndir. Rəşad bu şeri yazanda onun cəmi 12 yaşı olub. İndi Rəşidin 19 yaşı var və o, Qafqaz Universitetinin 1-ci kurs tələbəsidir. Amma özünün də dediyi kimi, 3 bənddən ibarət bu şer onun həyatını kökündən dəyişib. Baş verən bu hadisələr doğurdan da həm Rəşidə, həm də onun ailəsi üçün gözlənilməz olub. Doğrudan da nələr olur dünyamızda?

Hər şey doğrudan da balaca Rəşidin “Nələr olar dünyamızda” şerindən başlayıb. Daha doğrusu, Azercellin 2004-cü ilin dekabr ayında uşaqlar arasında elan etdiyi “DE!” şer və hekayə müsabiqəsindən başlayıb.

Qeyd edək ki, “DE!” layihəsinin əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaq idi. Bu məqsədə nail olmaq üçün Azercell bütün bölgələrdən olan uşaqların iştirakını təmin etdi. Ona görə də ölkəmizin hansı bölgəsində, ailədə və yaxud internatda yaşamasından asılı olmayaraq, bütün uşaqlara bu müsabiqədə iştirak etmək üçün lazımi şərait yaradıldı. Belə ki, “Azercell Telekom” respublikamızın 19 müxtəlif bölgəsinin 64 uşaq evləri və internat məktəblərində, eləcə də “Azercell Ekspres” ofislərində xüsusi qutular yerləşdirmişdi. Uşaqlar isə sanki bunu gözləyirdi. Onlar kövrək qəlblərindən süzülən sözləri kağıza köçürərək qutulara atırdılar. Müsabiqəyə 2 min nəfərdən çox uşaq qoşulmuşdu, öz əsərlərini göndərmişdilər. Onların içində Rəşidin da şeri var idi.

Müsabiqəyə yekun vurmaq üçün bir il vaxt tələb olundu. Axı əsərlərin sayı çox idi. Münsiflər heyəti onları oxuyub qiymətləndirməli idi. Rəşid və onun ailəsi bəlkə də artıq bu şeri unutmuşdular. Onlar öz gündəlik həyatları və qayğıları ilə yaşayırdılar. Amma bir gün onların qapısı döyüldü. Bunlar Azercellin əməkdaşları idi. Xoş xəbərlə gəlmişdilər. Rəşidin şeri öz yaş qrupu üzrə 3-cü yerə layiq görülmüşdü. İndi isə onun valideynlərindən Rəşidin şerinin “De!” kitabında dərc olunmasına razılıq istəyirdilər. Yaşın nə fərqi var ki, axı o müəllifdir, onun müəlliflik hüququ var. Valideynləri təbii ki, öz razılıqlarını verdilər. Gələn əməkdaşlar həmçinin Rəşidi 10 yanvar 2006-cı ildə “DE!” kitabının təqdimatına dəvət etdilər. Təqdimatda ona həm kitab, həm də ev kompüteri hədiyyə edildi.

Rəşid məktəbdə həmişə yaxşı oxuyurdu, əlaçı idi. Amma bütün bunlardan sonra daha da həvəslənmişdi və oxuyub-çalışmağa eşqi daha da artmışdı. Altıncı sinif şagirdi özünü bir daha sınamaq qərarına gəldi. Sınadı və yenə də uğur qazandı. O, Bakı özəl Türk Liseyinin Dədə Qorqud filialına yüksək balla qəbul oldu. Rəşid yüksək bal toplasa da təhsil haqqını ödəmək imkanı yox idi. Qeyd edək ki, onun atası Sahib bəy “Qaya” mətbuat firmasının əməkdaşı, anası Sevinc xanım isə orta məktəb müəlliməsidir. Onlar xeyli düşündükdən sonra “Azercell”ə müraciət etmək qərarına gəldilər və yanılmadılar. Azercell istedadlı Rəşidə hə dedi. Onun 5 illik təhsil xərclərini şirkət öz üzərinə götürdü. Rəşid da borclu qalmadı. Hər dərs ilinin sonunda öz qiymət cədvəlini şirkətə təqdim edirdi. Qiymət cədvəlində isə necə deyərlər, bir qiymət var idi, o da “5”. Deməli, hər şey qaydasında idi.

Rəşid liseydən sonra daha bir uğura imza atdı. O, ötən il 675 balla Qafqaz Universitetinin ingilis dilli “Kompüter Mühəndislik” ixtisasına qəbul oldu. Rəşid qış imtahanlarına da əla qiymətlə yekun vurdu. O, əlaçıdır. Yüksək bal topladığı və əlaçı olduğuna görə təhsil haqqından azaddır. Həm də Prezident təqaüdçüsüdür.

Rəşid öz uğurlarını bundan sonra da davam etdirəcəyini deyir. Çünki həyat dayanmır, davam edir və insanı müxtəlif sınaqlara çəkir. Rəşid deyir ki, kimsə ona belə bir əhvalat danışsaydı, ona heç vaxt inanmazdı. O, Azercellin bu addımını öz gələcəyinə bir sərmayə kimi qiymətləndirir. Özü də, təəccüblə soruşur: “Axı bu bir rabitə şirkətidir. Mənə dəstək verməkdə isə heç bir maddi marağı, mənfəəti yoxdur!?” Sonra fikirləşib deyir: “Yəqin bölüşür. Ətrafa, insanlara dəstək verir ki, onlar da başqasına bunu etsinlər. İndi mən də bu haqda çox fikirləşirəm. Gərək uğurlarımı davam etdirim ki, mən də insanlara dəstək verə bilim. Əlbəttə, dəstək dedikdə mən maddi dəstəyi nəzərdə tutmuram”.

Rəşid Ramazanov artıq Qafqaz Universitetinin 1 kursunu bitirir. Amma onun Azercellə əlaqələri itməyib. O, yayda bu şirkətdə praktika keçəcək. Axı Rəşid, Universiteti bitirdikdən sonra Azercelldə çalışmaq istəyir.
http://www.sherg.az/2011/06/30/get=38885
 

25 Kasım 2011 Cuma

“TİKA və onun son bir ildə Azərbaycandakı fəaliyyəti” mövzusunda seminar keçirilmişdir

Bakı, 24 noyabr (AzərTAc). Qafqaz Universitetində “Türkiyə Respublikasının Baş Naziri Aparatının Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) və onun son bir ildə Azərbaycandakı fəaliyyəti” mövzusunda seminar keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, seminarda TİKA-nın Azərbaycan üzrə proqram əlaqələndiricisi Salih Polat mövzu üzrə məruzə etmişdir. Bildirmişdir ki, TİKA dünyanın 26 ölkəsində ofis açmış, 100-dək ölkə ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Qurumun Azərbaycandakı ofisinin fəaliyyətə 1994- cü ildən başladığını xatırladan S.Polat Azərbaycanda, o cümlədən Qafqaz Universitetində reallaşdırdıqları layihələrdən və onun əhəmiyyətindən də bəhs etmişdir.
http://www.azertag.com/node/887380

TİKA Azərbaycan təmsilçisi Qafqaz Universitetində seminar verdi

02:13 / 25.11.2011
Dünən Türkiyə Respublikası Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Türkiyə işbirliyi və koordinasiya baş idarəsinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Dr. Salih Polat Qafqaz Universitetində “Türkiyə Respublikası Başnazirliyinin Türkiyə işbirliyi və koordinasiya baş idarəsi və son bir ildə Azərbaycandaki fəaliyyətləri” mövzusunda seminar verib.
Salih Polat qurumun 1992- də Türkiyə Xarici İşlər Nazirliyinə bağlı olaraq qurulduğunu, 1999-cu ildən etibarən Türkiyə Başnazirliyinə bağlı olaraq fəaliyyət göstərdiyini qeyd edib. TİKA hal hazırda Türk cümhuriyyətləri başda olmaq üzrə dünyanın 26 ölkəsində ofis açaraq, dünyanın yüzə yaxın ölkəsi ilə işbirliyi formatında fəaliyyət göstərməkdədir. Qurumun Azərbaycandakı ofisinin fəaliyyətlərinə 1994-cü ildən başladığını deyən Salih Polat bugünə qədər Azərbaycanda birçox layihənin reallaşdırıldığını qeyd edib. Qurumun 2011-ci ildə həyata keçirdiyi layihələrdən bəhs edən Polat bu il üçün nəzərdə tutulan layihələrin böyük ölçüdə artıq reallaşdığını bildirib.
Qonaq, TİKA`nın Qafqaz Universitetiyle birgə reallaşdırdığı layihələrdən də söz açaraq iki qurum arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı. TİKA ilə birlikdə tələbələrin yay praktikalarının Türkiyədə keçirilməsi ilə bağlı reallaşdırılan layihənin də həm tələbələrin iş həyatı ilə bağlı məlumatlarının artırılması, həm də iki ölkə insanlarının bir –biriləri ilə daha yaxın münasibətlər qurulması istiqamətində müsbət nəticələr verdiyi vurğuladı. Bu ilki layihə çərçivəsində Türkiyədə praktikada olan tələbələrdən bəziləri söz alaraq bu cür layihələrin faydalarından danışdılar və Dr.Salih Bəyə və universitet rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Salih Polat Azərbaycanda “İctimaiyyətə Dəstəkli Polis”, Azərbaycan Mərkəzi Bankı tərəfindən tələb edilən Layihələr, İqtisadi İnkişaf Nazirliyinin İnkişafın Stratejik Planlaması Şöbəsi ilə birlikdə həyata keçiriləcək layihələrin 2012- ci ildə həyata keçəcək layihələrdən başlıcaları olduğunu bildirdi.
Tədbirin sonunda qonağa öz təşəkkürünü bildirən universitetin Rektoru Prof. Ahmet Saniç Dr.Salih Polat-a təşəkkür plaketi və tələbələr tərəfindən hazırlanmış ebru tablosu hədiyyə edib.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=37698

TİKA gələn il Azərbaycanda 100-dək layihə həyata keçirəcək


Türkiyə Nazirlər Kabineti yanında Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan üzrə proqram əlaqələndiricisi Salih Polat bu gün Qafqaz Universitetində seminar verib. Seminar TİKA-nın son bir ildə Azərbaycandakı fəaliyyətlərinə və gələcək planlarına həsr olunub.
S. Polat TİKA-nın hazırda türk cümhuriyyətləri başda olmaqla, dünyanın 26 ölkəsində ofis açdığını söyləyib: “Bundan əlavə, TİKA dünyanın 100-ə yaxın ölkəsi ilə əməkdaşlıq etməkdədir. Qurum Azərbaycanda 1994-cü ildə fəaliyyət göstərməyə başlayıb”.
 TİKA rəsmisi indiyə qədər Azərbaycanda həyata keçirilmiş layihələrin bütün sahələri əhatə etdiyini söyləyib: “2011-ci il üçün 65 layihə nəzərdə tutulub. Artıq bu layihələrdən 40-dan çoxu həyata keçirilib. Gələn ilin əvvəllərinə kimi qarşımıza qoyduğumuz 65 layihənin hamısını həyata keçirməyə çalışacağıq. Gələn il üçün bu layihələrin sayı 100-ə  çatdırılacaq”. S. Polat deyib ki, bu layihələrdən ən başlıcası “Gənclərin Elmi Araşdırmalarına Dəstək” layihəsidir. Qonaq həmçinin bu il TİKA-nın arıçılıq sahəsinə xüsusi diqqət ayırdığını və Azərbaycanda toxumluq buğdanın inkişafına güclü dəstək verdiyini bildirib: “Bunun üçün Türkiyədən ekspertlər dəvət olunub, xüsusi dərman preparatları gətirilib”.
 Universitetin rektoru, professor Əhmet Saniç isə TİKA-“Qafqaz” əməkdaşlığından danışıb: “Son 4 il ərzində TİKA-nın dəstəyi ilə universitetimizin İqtisadiyyat fakültəsinin tələbələri praktika üçün Türkiyədə fəaliyyət göstərən banklara və bələdiyyələrə göndərilib”.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41411

Baş redaktorlar “qafqaz”ın tələbələri ilə görüşdü


Cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək xəbərlərin verilib-verilməməsi vicdan məsələsidir”

Dünən Qafqaz Universitetində Azərbaycanın bəzi nüfuzlu qəzetlərinin baş redaktorları ilə tələbələr arasında görüş keçirildi. “Zaman-Azərbaycan”ın baş redaktoru Süleyman Ünal, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı universitetin Jurnalistika fakültəsinin tələbələrinin suallarına cavab verməklə yanaşı, onlarla öz təcrübələrini də bölüşdülər. R. Arifoğlu tələbələrə jurnalistikanın çətinliklərindən qorxmamağı tövsiyə etdi.Jurnalistləri sözün əsgəri adlandıran R. Arifoğlu onların həqiqəti yazmağa məcbur olduqlarını bildirdi. İ. Tuncay isə jurnalistlərin bəzən jurnalist mövqeyindən deyil, vətəndaşlıq mövqeyindən çıxış etməli olduğunu söylədi. “Cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək xəbərlərin verilib-verilməməsi vicdan məsələsidir”,- xanım baş redaktor dedi.

Jurnalistikanın yerli şəraitlərə uyğun fəaliyyət göstərdiyini deyən S. Ünal isə jurnalistlərin insanlara və onların dəyərlərinə hörmət etməli olduqlarını söylədi. “Cəmiyyətin dəyərlərinə, dilinə və mədəniyyətinə qarşı diqqətli olmaq lazımdır. Bu diqqəti göstərən jurnalist, adətən, az xətaya yol verir”,- o dedi. Jurnalistləri cəmiyyətə fayda verən şəxslər adlandıran A. Aşırlı isə Azərbaycan reallığında jurnalistikanın bir sıra problemləri olduğunu vurğuladı.
Universitetin rektoru, professor Əhməd Saniçin gələcək jurnalistlərə tövsiyəsi isə: “Addımlarınızı sağlam atın. Populizmə qapılmayın. Əlinizdə olan məlumatı dəqiqləşdirmədən yazmayın. Hər zaman dəlillə yazın”,- oldu. 
Bizimxeber.com
http://bizimxeber.com/cemiyyet/thsil/9160-ba-redaktorlar-qafqazn-tlblri-il-goeruedue.html 

24 Kasım 2011 Perşembe

Bloqçular Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər.

Bloqçular Sumqayıt Bloq Günündə bir araya gələcək
24.11.2011 [23:42]

Gənclər şəhəri gənclərin gözü ilə…...100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər
Gənclər şəhəri gənclərin gözü ilə…...
3-4 Dekabr tarixlərində  Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri  Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə  Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər.
Tədbirinin əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq İnternetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etməkdir. 
Layihənin kordinatoru İlqar Mirzənin sözlərinə görə tədbir zamanı iştirakçılar Sumqayıt şəhəri ilə yaxından tanış olmaqla yanaşı, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərə dair biliklər əldə edə biləcəklər.
Beləki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində gənclərlə hökümət nümayəndələrinin İnformasiya Texnologiyalarının Təhsilə tətbiqi, elektron Hökumət və s. mövzular üzrə birgə müzakirələri təşkil olunacaq. Bu müzakirələrdə gənclər onları düşündürən sualları səsləndirməklə yanaşı, dövlət nümayəndələri də Azərbaycanda son illər bu istiqamətdə aparılan işlərlə iştirakçıları tanış edə biləcəklər. 
Tədbirin ikinci hissəsində isə  iştirakçılar kiçik qruplar şəklində Sumqayıt şəhərinin müxtəlif maraqlı yerlərinə və müəssisələrinə səfərlərlər edəcək, Sumqayıt ailələrinin evində qonaq olacaq və maraqlı mədəniyyət tədbirlərinə qoşulacaqlar. İştirakçılar gün ərzində gördüklərinə dair hazırladıqları materialları öz bloqlarında yerləşdirərək  “Sumqayıt haqqında yazılmış ən maraqlı bloq yazısı” müsabiqəsində iştirak edərək, mükafatlar da əldə edə biləcəklər. 
Layihə kordinatorunun sözlərinə görə birincisi Sumqayıt şəhərində keçiriləcək “Bloq Günü” tədbiri silsilə xarakter daşıyır və gələcəkdə Azərbaycanın digər şəhər və rayonlarında da təşkil olunacaqdır. 
Arzu edənlər tədbirin rəsmi saytında- http://bloqgunu.com/sumqayit/ -  qeydiyyatdan keçərək  tədbirə qoşula bilərlər. 
Sumqayıtda “Bloq günü” layihəsi ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

TİKA Azərbaycan təmsilcisi Dr. Salih Polat Qafqaz Universitetində seminar verdi.


 Türkiyə Respublikası Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Türkiyə işbirliyi və koordinasiya baş idarəsinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Dr. Salih Polat Qafqaz Universitetində “Türkiyə Respublikası Başnazirliyinin Türkiyə işbirliyi və koordinasiya baş idarəsi və son bir ildə Azərbaycandaki fəaliyyətləri” mövzusunda seminar  verdi.

Salih Polat qurumun 1992- də Türkiyə Xarici İşlər Nazirliyinə bağlı olaraq qurulduğunu, 1999-cu ildən etibarən Türkiyə Başnazirliyinə bağlı olaraq fəaliyyət göstərdiyini qeyd etdi. TİKA hal hazırda Türk cümhuriyyətləri başda olmaq üzrə dünyanın 26 ölkəsində ofis açaraq, dünyanın yüzə yaxın ölkəsi ilə işbirliyi formatında fəliyyət göstərməkdədir. Qurumun Azərbaycandaki ofisinin fəaliyyətlərinə 1994-cü ildən başladığını deyən Salih Polat bugünə qədər Azərbaycanda birçox layihənin reallaşdırıldığını qeyd edib. Qurumun 2011-ci ildə həyata keçirdiyi layihələrdən bəhs edən Polat bu il üçün nəzərdə tutulan layihələrin böyük ölçüdə artıq reallaşdığını bildirib.
Qonaq, TİKA`nın Qafqaz Universitetiyle birgə reallaşdırdığı layihələrdən də söz açaraq iki qurum arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı. TİKA ilə birlikdə tələbələrin yay praktikalarının Türkiyədə keçirilməsi ilə bağlı reallaşdırılan layihənin də həm tələbələrin iş həyatı ilə bağlı məlumatlarının artırılması, həm də iki ölkə insanlarının bir -biriləri ilə daha yaxın münasibətlər qurulması istiqamətində müsbət nəticələr verdiyi vurğuladı. Bu ilki layihə çərçivəsində Türkiyədə praktikada olan tələbələrdən bəziləri söz alaraq bu cür layihələrin faydalarından danışdılar və Dr. Salih Bəy-ə və universitet rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Salih Polat Azerbaycanda “İctimayyətə Dəstəkli Polis” , Azerbaycan Mərkəzi Bankı tərəfindən tələb edilən Layihələr, İqtisadi İnkişaf Nazirliyinin İnkişafın Stratejik Planlaması Şöbəsi ilə birlikdə həyata keçiriləcək layihələrin 2012- ci ildə həyata keçəcək layihələrdən başlıcaları olduğunu bildirdi.
Tədbirin sonunda qonağa öz təşəkkürünü bildirən universitetin Rektoru Prof. Ahmet Saniç Dr. Salih Polat-a təşəkkür plaketi və tələbələr tərəfindən hazırlanmış ebru tablosu hədiyyə etdi.
Receb Rza
http://qu.edu.az/view_news.php?news=1148&link=224&lang=az

Qafqaz Universitetinin hazırlıq kursu tələbələri arasında yemək yarışması keçirildi.

Qafqaz Universitetinin Dialoq Qafqaz klubu və Dil Öyrətim Kordinatorluğu şöbəsinin təşkilatçılığı ilə hazırlıq kursu tələbələri arasında yemək yarışması keçirildi. Gənc tələbə qızlar azərbaycan, türk , o cümlədən müxtəlif xalqların kulinariya nümunələrini xüsusi bacarıqla nümayiş etdirdilər. Salat hazırlama, dolma bükmə, börək hazırlama və meyvələrin doğranıb, bəzədilərək süfrəyə verilməsi nümunələri üzrə yarışa qatılanlar qədim hazırlanma üsullarının spesifik xüsusiyyətlərini saxlamaqla yanaşı, müasir kulinariyanın da tələblərini geniş surətdə nəzə almışdılar.
Dialoq Qafqaz klubunun hazırladığı əyləncəli –intellektual proqram yarişmaya marağı daha da artırdı. Tələbə qızlar təhsillə yanaşı,   kulinariya, incəsənət sahəsində də bacarıqlı olduqlarını göstərdilər.  Təqdim olunan nümunələr yüksək dad-tam keyfiyyətləri ilə münsifləri seçim prosesində çətinliyə salsa da, nəhayət qaliblər aşkarlandı.
Salat hazırlama kateqoriyası üzrə Laçınxanım Hüseynli, dolma bükmə kateqoriyası üzrə  Sultan Kaya, meyvələrin doğranıb , bəzədilərək süfrəyə verilməsi kateqoriyası üzrə  Tünzalə Fərhadova, börək hazırlama kateqoriyası üzrə  Elnarə Eminova qalib elan edildi.

Baş redaktorlar “Qafqaz”ın tələbələri ilə görüşdülər


Dünən Qafqaz Universitetində Azərbaycanın bəzi nüfuzlu qəzetlərinin baş redaktorları ilə tələbələr arasında görüş keçirildi.
“Zaman-Azərbaycan”ın baş redaktoru Süleyman Ünal, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı universitetin Jurnalistika fakültəsinin tələbələrinin suallarına cavab verməklə yanaşı, onlarla öz təcrübələrini də bölüşdülər.
R. Arifoğlu tələbələrə jurnalistikanın çətinliklərindən qorxmamağı tövsiyə etdi. Jurnalistləri sözün əsgəri adlandıran R. Arifoğlu onların həqiqəti yazmağa məcbur olduqlarını bildirdi.
İ. Tuncay isə jurnalistlərin bəzən jurnalist mövqeyindən deyil, vətəndaşlıq mövqeyindən çıxış etməli olduğunu söylədi. “Cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək xəbərlərin verilib-verilməməsi vicdan məsələsidir”,- xanım baş redaktor dedi.
Jurnalistikanın yerli şəraitlərə uyğun fəaliyyət göstərdiyini deyən S. Ünal isə jurnalistlərin insanlara və onların dəyərlərinə hörmət etməli olduqlarını söylədi. “Cəmiyyətin dəyərlərinə, dilinə və mədəniyyətinə qarşı diqqətli olmaq lazımdır. Bu diqqəti göstərən jurnalist, adətən, az xətaya yol verir”,- o dedi.
Jurnalistləri cəmiyyətə fayda verən şəxslər adlandıran A. Aşırlı isə Azərbaycan reallığında jurnalistikanın bir sıra problemləri olduğunu vurğuladı.
Universitetin rektoru, professor Əhməd Saniçin gələcək jurnalistlərə tövsiyəsi isə: “Addımlarınızı sağlam atın. Populizmə qapılmayın. Əlinizdə olan məlumatı dəqiqləşdirmədən yazmayın. Hər zaman dəlillə yazın”,- oldu. Natıq Pənahli
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41391
   

Bu gün Bakû’ye kar yağıyor anne!

    Bu gün, Bakü'ye kar yağıyor anne! Melek kana-dından tüyler saflığında, ana kalbinden hisler aklığında yağıyor. Bembeyaz kelebekler uçuşuyor başlarımızın üstünde, titrek nağmeler duyuluyor seslerimizin ötesinde.
Bu gün, hiç bulandırmadığın billur sevgin, asla toz kondurmadığın pak hislerin dolaşıyor hayâllerimde anne. Bir an, sesimi soluğumu, beyaz sessizliğe gömü-yor; hep içine hapsettiğin titrek nağmelerinin fısıltısını dinliyorum. Bu gün, Bakü'ye kar yağıyor anne! Bir nefeslik “kar şiirlerini” okuyorum; bir seyirlik kar re-simlerini süzüyorum. Kâh “Kar Musikileri” ile tarihten ince bir yaprak çeviriyorum; kâh bembeyaz tabiatın simasına çekilmiş “hatt-ı nurani” ile kendimden geçi-yorum. Bu gün, hep sakladığın çeşm - i giryânın sızıyor dörtlüğüme; yarım asırlık ıstırabın siniyor düşlerime...  
Bu gün, Bakü'ye kar yağıyor anne! Bir an, boş avuç-larımı, binlerce dilden dökülen sırlı bir duayla doldu-ruyor; bir an, sığ duygularımı, aşk u şevkten divane pervanelere dönen nurlu bir koroyla doyuruyorum.
Bu gün, gecelerin gizemli semasına ulaşan avuç avuç dualarına bir daha “âmin” diyorum anne. Bu gün, seherlerin bâd - ı sabâsına karışan coşkun hissiyatına kucak açıyorum.
Bu gün, Bakü'ye kar yağıyor anne! Şafak erken söktü; şehir, bembeyaz bir libasa büründü; çoluk çocu-ğun yüzü güldü. Kar, tebessümler yağdırıyor dört bir köşeye; gamzeler çakıyor her bir zerreye.
Bu gün, için ağlasa da hep gülen yüzünü, yüzünden hiç esirgemediğin tebessümünü seyrediyorum anne. Okuduğum her satıra, attığım her adıma çakan gam-zeni seziyorum. Gülücüğün olmayınca, gurbetlerin, bu kadar güzel olmayacağını; mesafelerin, bu kadar kolay aşılmayacağını hissediyorum.
Bu gün, Bakü'ye kar yağıyor anne! Bir Kerem eliyle, bahar çiçekleri misâli saçılıyor üzerimize... Sema, cö-mertlerden cömert bir matbâha; arz, bembeyaz bir sofraya dönüyor. Kâsesini dolduran doldurana; ruhunu doyuran doyurana...
Bu gün, kara toprağın çehresine bembeyaz çiçekler konuyor. Toprak, yüzünü okşayan yüz binler şekilli çiçeklere, sinesini açabildiği kadar açıyor. Onların usul-ca inişini, ritimle raks edişini, sevgi alış verişini hayran-lıkla takip ediyor. Sonra, bu bembeyaz sükûneti kana kana içiyor; baharın muştucusu kardelenlerin, gûnâ gûn çiçeklerin neşv ü nemâ bulması için...
Bu gün, Bakü'ye kar yağıyor anne! Kar, indiği her zerreye, düştüğü her sûdeye, lisan - ı hâlinden neler fısıldıyor neler? Zerreler kıştan nağmelerle, katreler meleklerden nâmelerle büyüyorlar...
Bu gün, kar ne denize, ne de dağlara yağıyor. Bu gün, kar üstümüze yağıyor. Işığa hasret gecelerimize, çağrıya müştak günlerimize, umuda teşne yarınları-mıza yağıyor.
Bu gün, Bakü'ye kar yağıyor anne! Hayatımıza en parlak ışık, dosdoğru bir çağrı ve bembeyaz bir umut doğuyor; tıpkı senin, hayatıma akseden o sönmeyen ışığın, şaşmayan yolun ve solmayan umudun gibi...
Ve ben, “Elhân-ı Şitâ” şairinin diliyle semaya sesle-niyorum:
 “Dök hâk-ı siyâh üstüne ey dest-i semâ dök;
  Ey dest-i semâ, dest-i kerem, dest-i şitâ dök!
  Ezhâr-ı baharın yerine berf-i sefîdi
  Elhân-ı tuyûrun yerine samt-ı ümîdi.” 

REDAKTORLAR GƏLƏCƏK JURNALİSTLƏRLƏ GÖRÜŞDÜLƏR


Bu gün Qafqaz Universitetində redaktorlarla tələbələrin görüşü keçirildi. Görüşdə “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iştirak edirdilər. Görüşü universitetin jurnalistika kafedrasının müdiri professor Qulu Məhərrəmli aparırdı.
Tədbirdən öncə Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç redaktorları universitet ilə yaxından tanış etdi. Rektor universitetdə yeni yaradılan labarotoriyalar, tikilən yeni yataqxana və korpusla redaktorları tanış etdikdən sonra bir neçə sinif otağını gəzdirib, keçirilən dərslərin keyfiyyəti barədə qonaqlara məlumat verdi.
Daha sonra Qafqaz Universitetinin konfrans zalında yeni yaradılmış Jurnalistika fakültəsinin tələbələri ilə redaktorların görüşü baş tutdu. Tədbiri giriş sözü ilə açan Qulu Məhərrəmli gələcəyin juralistlərinə qonaqlar barədə məlumat verdi. Tələbələrlə görüşə gələn redaktorlar gənc nəsilə öz dəyərli məsləhətlərini verdilər. Çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu zalda iştirak edən tələbələrə üz tutararaq onları gələcək həmkarları kimi gördüyünü söylədi: “Biz sizləri gələcək həmkarlarımız kimi bərabər səviyyədə görürük. Bəlkə də hazırda burada sizin aranızda əyləşən gənclər gələcəkdə hansısa bir media quruluşunun rəhbəri olacaq. Biz hər zaman gənc nəslin, sizlərin yanındayıq və bu yolda sizə hər cür dəstəyi verməyə hazırıq”.
R. Arifoğlu daha sonra tələbələrə Azərbaycanda mediasının hazırkı durumu, rəhbərlik etdiyi qəzetin fəaliyyəti barədə geniş məlumat verdi.
Daha sonra çıxış edən redaktorlar İradə Tuncay, Akif Aşırlı, Süleyman Ünal gənclərin suallarını cavablandırmazdan əvvəl onlara jurnalistika sahəsi ilə bağlı tövsiyyələrini verdilər.
Tədbirin ən maraqlı hissəsi ilə redaktorlarla tələbələr arasında keçirilən sual-cavab oldu. Fakutənin aktiv tələbələri onları maraqlandıran sualları qəzet rəhbərlərinə ünvanladılar. Tədbirin sual-cavab hissədinə iştirak edən tələbələr arasında Elmar Allahverdiyev xüsusi ilə seçilirdi.
Tədbirin yekununda çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanıç gələcəkdə bu kimi tədbirlərin tez-tez keçiriləcəyi anonsunu verdi. Daha sonra Qafqaz universitetinin Jurnalistika fakultəsinin tələbələri qonaqlarla xatirə şəkli çəkdirdilər.
Fərahim İLQAROĞLU
http://www.musavat.com/new/Media/112760-REDAKTORLAR_G%C6%8FL%C6%8FC%C6%8FK_JURNAL%C4%B0STL%C6%8FRL%C6%8F_G%C3%96R%C3%9C%C5%9ED%C3%9CL%C6%8FR_%28FOTOLAR%29

23 Kasım 2011 Çarşamba

Qafqaz Üniversitesi Tarihinden Konuklar Dergisi 2007

Konuklar_Dergisi_2007                                                                                                   

Qafqaz Üniversitesi Tarihinden Bülten 2004 No:2

Bulten_2004_No2                                                                                                   

Qafqaz Üniversitesi Tarihinden Bülten 2004 No:1


Qafqaz Üniversitesi Tarihinden Bülten 2002 No:2

Bulten_2002_No2                                                                                                   

Qafqaz Üniversitesi Tarihinden Bülten 2002 No:1

Bulten_2002_No1                                                                                                   

Qafqaz Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədr və idarə heyətinin seçkiləri keçirildi.


Oktyabrın 22-də Qafqaz Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədr və idarə heyətinin  seçkiləri keçirildi. Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyevin iştirak etdiyi seçkidə tələbə gənclər təşkilatının sədrliyinə irəli sürülən dörd namizəddən səs çoxluğu ilə Beynəlxalq İqtisadi Münasibətlər bölməsinin IV kurs tələbəsi Xətai Məmmədli qalib gələrək, TGT-nin sədri seçildi.  Tələbələrin özünün idarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatının respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında fəal iştirakını vurgulayan Əsgər Əmrəliyev universitetin ötən ildə bu istiqamətdəki işini müsbət dəyərləndirdi. 
TCN-nin sədr və idarə heyətinin seçilmiş yeni üzvləri tələbələrin hüquqlarını qoruması, potensialının aşkarlaması, tələbə şəbəkəsi ilə əhatəsinin genişləndirilməsi,  onların asudə vaxtının təşkilində və ixtisaslarının təkmilləşdirilməsində var gücü ilə fəaliyyət göstərəcəklərini bildirdilər.
http://qu.edu.az/view_news.php?news=1145&lang=az&link=224

Ölümsüzlüyə qovuşan qəhrəmanlar

Bu gün adı dillər əzbəri olan, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun yüksəldiyi zirvə təkcə onların  doğulduğu yerdən deyil , Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür. 
Noyabrın 16-da Oğuz klubunun üzvləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarlarını ziyarət etdilər. Klub üzvləri respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətləri olan qəhrəmanların əbədi  xatirəsi önündə baş əyərək, Vətən məhəbbətinin, yurd sevgisinin qəhrəmanlıq və mübarizlik timsalının ziyarətgahına  çevrilən şəhid məzarları üzərinə qərənfillər qoydular.

22 Kasım 2011 Salı

Azərbaycan Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəyə hazırlaşır

 



AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində ali məktəb tələbələrinin ACM beynəlxalq təşkilatının dəstəyilə 1975-ci ildən başlayaraq hər il keçirilən Proqramlaşdırma üzrə müsabiqədə azərbaycanlı tələbələrin iştirakına həsr olunmuş seminar keçirilmişdir.

Tədbirdə AR Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və “Bakı” nəşriyyatının nümayəndələri, o cümlədən tələbələr iştirak edirdi.

Seminarı giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informatika üzrə ölkədə şagirdlər və tələbələr arasında keçirilən olimpiadalar, gənclərin beynəlxalq və regional səviyyəli müsabiqələrdə iştirakından söhbət açdı.

Bu il Tailandda informatika üzrə keçirilən beynəlxalq olimpiadada (IOI - International Olympiad in Informatics) Azərbaycan məktəblisinin bürünc medal qazanması və bu nailiyyətin əldə olunması üçün həyata keçirilən kompleks tədbirlərdən söhbət açdı.

Məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada ilə yanaşı, dünyada hər il informasiya texnologiyaları sahəsində nüfuzlu qurum olan ACM (Association Computing Machinery) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunan beynəlxalq proqramlaşdırma müsabiqəsinin əhəmiyyətindən və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının zəruriliyindən danışdı. Sonra Qafqaz Universitetinin müəllimi Etibar Seyidzadə ACM qurumu və beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təşkili prinsipləri, müvəffəqiyyət əldə etməyin mexanizmləri haqqında ətraflı məlumat verdi.

Seminara qonaq qismində dəvət olunmuş Kiyev Dövlət Universitetinin dosenti Mixail Medvedyev Ukraynada informatika üzrə olimpiya hərəkatı, ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş dövlət proqramı, həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında məlumat verdi.

Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq perspektivlərindən, qazanılan təcrübədən söhbət açdı. Gələcəkdə institutun nəzdində fəaliyyət göstərən Olimpiya mərkəzində iştirakçılar üçün İnternet üzərindən onlayn mühazirələrin oxunması, yarışların təşkil olunması qərara alındı.

AR Təhsil Nazirliyinin təhsilin idarəolunmasının informasiya sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov Təhsil Nazirliyi tərəfindən olimpiadalara dəstək istiqamətində aparılan işlərdən söhbət açdı. Həmçinin akademiya və digər müvafiq qurumların da bu məsələlərə dəstək göstərmələrinin vacibliyini qeyd etdi. İTİ-nin Olimpiya və Distant mərkəzlərinin böyük imkanlara malik olduğunu vurğuladı.

Ölkə prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşıya mühüm vəzifələrin qoyulduğu bildirildi.

Daha sonra Azərbaycanın beynəlxalq yarışlarda müvəffəqiyyət qazanması istiqamətində həyata keçirilməsi zəruri olan kompleks tədbirlər ətrafında geniş müzakirələr aparıldı və fəaliyyət prioritetləri müəyyənləşdirildi. 


http://ictnews.az/read-6320-news-1.html

ARDNŞ təqaüdlərinin verilməsi ilə bağli növbəti müsabiqə keçirilmişdir










ARDNŞ Təqaüd proqramı çərçivəsində 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə əsasən, Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan etmişdir. Noyabrın 20-də müsabiqənin birinci mərhələsi üzrə test imtahanı keçirilmişdir. İmtahanda ali məktəblərinin bakalavr pilləsinin 2-4-cü kurs və magistratura pilləsinin 1-2-ci kurs tələbələri iştirak etmişlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanda tələbələrin məntiqi bilikləri yoxlanılmışdır. ARDNŞ təqaüdünü almaq üçün müraciət etmiş 1471 tələbədən 1191 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanmış, onlardan 1085-i I tur üzrə imtahanda iştirak etmişdir. Namizədlər məntiqi təfəkkürün yoxlanılması məqsədi ilə TQDK-nın tərtib etdiyi 40 test sualını cavablandırmışlar. Müsabiqənin ilkin nəticələri ARDNŞ-nin və TQDK-nın saytında yerləşdirilmişdir. İmtahanda yüksək bal toplamış namizədlər müsabiqəsinin ikinci turunda iştirak edəcəklər. Bu turda tələbələr ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə olunacaqlar. ARDNŞ-nin təqaüdünün verilməsi üzrə hazırkı müsabiqədə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetinin tələbələri yüksək fəallıq nümayiş etdirmişlər. Müraciət edənlərin 36,8%-i ARDNŞ-nin Təqaüd Proqramında ilk dəfə iştirak edir. Qeyd edək ki, indiyədək ARDNŞ təqaüdlərini respublikanın ali məktəblərinin mindən artıq tələbəsi almışdır.

Türkiyənin Osmanqazi Universitetinin nümayəndələri Qafqaz Universitetində olmuşlar

Bakı, 21 noyabr (AzərTAc). Türkiyənin Osmanqazi Universitetinin bir qrup professor-müəllimi Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilmişdir.
Sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılmışdır.
Qonaqlar universitetin tədris şəraiti ilə də tanış olmuşlar.

20 Kasım 2011 Pazar

Qafqaz Üniversitesi Türkmence Broşür 2011

Qafqaz Universitesi Türkmence Broşür 2011                                                                                                   

Quba Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Quba Özəl Türk Liseyində olub

Quba Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Sahib Məmmədov Quba Özəl Türk Liseyində olub. Qonağı Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu qarşılayaraq, şagirdlərinin qazandığı uğurlar barədə ətraflı məlumat verib. Sonra S. Məmmədov liseyin tarixini əks etdrirən muzeylə və liseyin sinif otaqları, laboratoriyalari, kitabxanası ilə yaxından tanış olub.
Sahib Məmmədov liseyin fəaliyyətindən və burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduğunu bildirib. Quba RİH başçısının 1-ci müavini liseyin müəllimlərinin məsuliyyətlə işləməsini və liseyin təlim-tərbiyə metodlarını yüksək qiymətləndirib. Liseyəin kollektivinə təhsildə uğurlar diləyib.

http://www.cag.edu.az/haber.php?id=313

19 Kasım 2011 Cumartesi

Qafqaz Üniversitesi İş Dünyası Haber Bülteni 2011/4 38.Sayısı çıktı.

İş Dünyası Haber Bülteni 38.Sayı  2011/4
                                                                                                  

Qafqaz Universitetinin beynəlxalq əməkdaşlıq imkanları genişlənir



19 November, 2011
Türkiyənin Əskişəhər şəhərində yerləşən Osmanqazi Universitetinin professor-müəllim heyətindən ibarət 10 nəfərlik qrup, Qafqaz Universiteti ilə müxtəlif sahələrdə elmi əməkdaşlıqlar qurmaq üzrə ölkəmizə gəlmişlər. Ziyarətdə Universitetin Kənd təsərrüfatı fakültəsi,  tibb fakültəsi, dövlət və bələdiyyə idarəetməsi fakültəsi, kimya fakültəsi və beynəlxalq əlaqələr fakültələrinin dekan və nümayəndələrindən ibarət professor-müəllimlər iştirak edir.
Ölkəmizə dünən – 18.11.2011 – təşrif edən qonaqlar Bakı Dövlət Universitetində olmuş və Universitetdə bir sıra yerləri, xüsusilə Heydər Əliyev muzeyini və Nano texnologiya laboratoriyasını ziyarət etmişlər. Daha sonra fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etmişlər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən heyət, İçəri şəhər turundan sonra Təhsil Naziri Professor Misir Mərdanov cənabları tərəfindən qəbul edilmişdir.
Ziyarətin bu günkü proqramında Qafqaz Universitetinin Rektorunu ziyarət edən qonaqlar, universitetlə qısa tanışlıqdan sonra müvafiq ixtisas bölmələri üzrə işçi qruplarının fəaliyyəti başlamış və  gün ərzində davam edəcəkdir.
Müvafiq əməkdaşlıq layihələri tamamlandıqdan sonra qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün müxtəlif bölgələrə gəzintiləri nəzərdə tutulmuşdur.  
 

Qafqaz Universitetinə necə getmək olar? Bunu bilmək istəyirsinizsə cizgi filmini izləyin.

“Sumqayit bloq günü ” keçiriləcək

Azərbaycanda bloqçuluğun inkişafı ilə bağlı növbəti çox fərqli və çox maraqlı bir gün-”Sumqayit bloq günü ” keçiriləcək.
Dekabr ayının ilk həftəsində Qafqaz Universitetinin akt zalında baş tutacaq tədbirə Bakıdan, Sumqayıtdan və eləcədə regionlardan bloqçular dəvət olunacaq.
Bu maraqlı günü qaçırmaq istəmək istəmirsinizsə bizə qoşulun. Bunun üçün ilk növbədə qeydiyyatdan keçməlisiniz. Qeydiyyat bu gündən açıq elan olunur.
Sumqayıt bloq günü Amerikanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi vasitəsi ilə təşkil olunur.

http://sumqayitxeber.com/?p=12853